Məhkəmə qərarları › İş №2(002)-74/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-74/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-74/2021 16.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mikayıl qızı və onun nümayəndəsi və vəkili Nümayəndə , Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh oğlunun və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mikayıl qızı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh oğluna qarşı “«pul tələbinə»” dair iddiası, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh oğluna qarşı «pul tələbi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan günün məzənnəsinə uyğun olaraq, ondan aldığı 15000( on beş min) ABŞ dolları pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2019-cu ilin dekabr ayında çoxdan tanıdığı Mövsümov Nadir Qadir oğlu vasitəsilə tanış olmuşdular. Sahibkar fəaliyyətini genişləndirmək üçün böyük ərazidə torpaq sahəsinə ehtiyacı var idi. Söhbət əsnasında Nadirin onu tanış etdiyi Cavabdeh torpaq sahəsi olduğunu və həmən torpağı satdığını öyrəndi. Cavabdeh Al eydi X27 ona Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən və Binəqədi rayonu Qəsəbə Bələdiyyəsi tərəfindən cavabdehin adına rəsmiləşdirilmiş № 1812/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncam əsasında 62 sot (6200 m) torpaq sahəsinin olduğunu, hər sotu 2000$ olmaqla, ümumilikdə 124.000 $ satdığnı bildirdi. Qeyd olunan torpağa baxdıqdan sonra iddiaçı ümumilikdə 120.000 ABŞ dollara cavabdəhdən, sözügedən 62 sot torpağı almağa razılaşdı. Cavabdeh Al Obeydi el Misxar Suxel oğlu ilə ona ilkin olaraq ona 15.000 ABŞ dolları beh verməyi və torpağın özəlləşməsini və bununla bağlı xərclərin iddiaçının ödəməyimə dair razılaşdılar, bundan sonra sözü gedən torpağın özəlləşməsinə dair sənədləri aidiyyatı orqana təqdim etmək üçün cavabdeh tərəfindən iddiaçıya etibarnamə verildi. Digər sənədlər isə cavabdeh ona xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu Təbriz küçəsi ərazisində yerləşən Diamond” restoranında X15 (AZE № 09586142) iştirakı ilə 15000 ABŞ dolları pulu beh şəkilində aldıqdan sonra verdi. xx.xx.2020 iddiaçı ƏMDK Əmlak Xidməti Məkanına müraciət edərək torpağın özəlləşməsinə dair sənədləri təqdim etdi. Lakin sözügedən qurumda ona Cavabdeh tərəfindən təqdim edilmiş torpaq sənədlərinin saxta olduğunu və heç bir halda özəlləşmənin və çıxarışın verilməsinin mümkün olmadığı bildirildi. Bundan sonra o, Cavabdeh tərəfindən aldadıldığını anladı və telefonla zəng edərək ondan aldığı 15000 ABŞ dolları pul məbləğinin geri qaytarılmasını tələb etdi.O isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etdi. Bu səbəbdən iddia təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh oğlu ilkin iddia üzrə iddiaçıqarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «pul tələbinə» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı 6000 (altı min) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq, Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh oğlu iddia ərizəsini onunla əsaslandırmışdırki, ilkin iddia ərizəsində göstərilənlər həqiqətə uyğun olmadığından, əslində Cavabdeh İddiaçı qızma borclu deyil, əksinə İddiaçı Cavabdeh 6000 (altı min) ABŞ dolları məbləğində pul borclu olduğundan, hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Belə ki, Cavabdeh İddiaçı tanışı Xadir Mövsümov vasitəsi ilə tanımışdır.2019-cu ilin axırlarında Nadir Mövsümov Cavabdeh yə bildirmişdir ki, onun İddiaçı adlı bir tanışı var, onun gömrükdən gələn yükə görə gömrük rüsumunu ödəməyə təxminən on gün müddətinə 10000 (on min) ABŞ dolları məbləğində pul lazımdır. X35 Adel bu pulu girov müqabilində borc kimi İddiaçı verərsə, o zaman Nadir bir az pul qazana bilər. Cavabdeh , şəxsi marağı olmasa da, öz yaxın tanışının qazanc götürməsi üçiin bu pulu verməyə razılaşmışdır. Bundan soma, xx xxxxxx 2019-cu il tarixdə Nadir Mövsümov Cavabdeh ilə İddiaçı Nərimanov rayonu, Təbriz 116 ünvanında yerləşən “Diamond” restoranında görüşərkən tanış etmişdir. Həmin gün, İddiaçı xahişini özü Cavabdehyə izah edib borcun təminatı olaraq 2 ədəd qızıl sırğa və üzükdən ibarət olan bir dəst brilyant komplekti və 1 ədəd qızıl qolbağı girov Cavabdehyə vermək istədiyi bildirmişdir. Cavabdeh Nadir Mövsümovun məsuliyyəti ilə buna razı olacağını bildirmiş və bunu İddiaçı belə izah etmişdir ki, onu tanımır, Nadirin xahişinə görə razı ola bilər. Razılaşdıqdan sonra, İddiaçı qızılların girov götürülməsi barədə Cavabdeh qəbz (iddia ərizəsinə əlavə olunmuşdur) alır və 10000 (on min) ABŞ dolları məbləğində pulu borc olaraq götürür. On beş gündən sonra X. Abışova zəng edərək pulu qaytarmaq istədiyini bildirmiş, lakin A. Al Obeydi Bakıda olmaması səbəbindən görüş baş tutmamışdır. Bakıya qayıdandan sonra, xx xxxxxx 2020ci il tarixdə, Cavabdeh , Nadir Mövsümov və İddiaçı bu dəfə “Soltan Sofrası ” restoranında görüşmüşlər. Girovları istəyən İddiaçı qızılları geri alıb, qəbzlə təsdiq edir. (İddia ərizəsinə əlavə olunmuşdur). Cavabdeh qaytarılacaq pulu görmədən bütün girov qızılları İddiaçı qaytarır. Daha sonra, İddiaçı pulun maşında olduğunu bildirərək restorandan çıxır və birneçə dəqiqədən sonra qayıdanda cəmi 4000 (dörd min) ABŞ dolları qaytarır. Cavabdeh rusdilli vətəndaşdır, Azərbaycan dilini çox zəif bilir. İddiaçı isə rus dilini bilmir. Onlara ünsiyyətdə əsasən Nadir. Mövsümov kömək edirdi və onun vasitəsi ilə məsələləri aydınlaşdırırdılar. Görüşün davamında Nadir Adelə deyir ki, İddiaçı öz iş dostu olan türk vətəndaşı üçün tikiş fabriki yaratmaq üçün torpaq sahəsi axtarır və soruşur ki, Adel öz torpaq sahəsini satmaq istəyirmi. Adel bildirir ki, torpağı sata bilər, lakin sahə özəlləşdirilməyib və qiymətini bildirir. Onlar, alıcı olan türk vətəndaşı ona məxsus torpağı almağa razılıq verəcəyi təqdirdə, 124000 ABŞ dollarına, torpağın hər sotu 2000 ABŞ dollarından, alqı-satqı ediləcəyinə razılaşırlar, bu şərtlə ki, X. Abışova və onun türk tanışı torpaq sahəsinin özəlləşdirmə xərclərini öz üzərlərinə götürsünlər. Xanım tərəf bildirir ki, özəlləşmə ilə əvvəllər də məşğul olduğundan və daha geniş əlaqələri oİduğundan özü bu işlə məşğul olacaq. Cavabdeh özü özəlləşmə ilə məşğul olacağı halda torpağın qiyməti bir sotuna 2000 ABŞ dollarından çox olacaqdı. (Məhkəmənin diqqətinə çatdırırıq x. bu hallar iddia ərizəsində göstərilənlərlə üst-üstə düşmür. Belə ki, iddia ərizəsində X. Abışova guya torpaq sahəsinin özünün alacağını göstərsə də, əslində 62 sot torpaq sahəsi türk vətəndaşı üçün alırdı). Cavabdeh torpağı sata biləcəyini bildirir və razılaşırlar ki, torpağa baxandan sonra söhbətlərini davam etdirsinlər.Bu arada Cavabdeh qalan 6000 ABŞ dollarını X. Abışovadan istəsə də, o pulun xərcləndiyini, lakin bir-iki günə qaytaracağını deyir. Lakin pulu qaytarmır.3 gündən sonra Cavabdeh, X. Abışova və Nadir birlikdə torpaq sahəsinə baxırlar, X. Abışova torpağı videoya çəkir və sənədlərinə baxır. Daha iki gün sonra Nadir türk vətəndaşının torpağı almaq istədiyini Adelə bildirir. Danışıqlara əsasən torpağın özəlləşdirilməsi üçün xx xxxxxx 2020-ci ildə Adel X. Abışovaya notarial etibarnamə və torpağın sənədlərinin əslini verir və ondan bu barədə qəbz alır. Aydındır ki, əgər sənədlər qaydasında olmayıbsa, yəni torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış yoxdursa, türk vətəndaşı və ya X. Abışova ona pul verə bilməzdilər. Əksinə, aralarındakı endirimlə bağlı razılaşma nəzərə alınmasa, X. Abışova özəlləşdirmə xərcləri üçün A.Obeydidən pul istəməli idi.Bu arada A.Obeydi X. Abışovadan yenə qalan 6000 ABŞ dollarını istəyir. X. Abışova yenə isə həmin məbləği qaytarmaqdan imtina etməmişdir. Torpaq məsələsi yaranandan sonra isə X. Abışova indi pulu olmadığını, həmin bu alış-veriş nəticəsində ona qalacaq məbləğdən pulu qaytaracağını demişdir. xx xxxxxx 2020-ci il tarixdə X. X34 Adel yə zəng edib deyir ki, gəlin görüşək başqa söhbət var və xahiş edir ki, Adel tək gəlsin (Nadirin iştirakı olmadan) və “Diamond” restoranında görüşməyi təklif edir. Adel restorana gəlir və X. Abışovanın başqa tanımadığı bir şəxslə bir stol arxasında oturduğunu görür. Adel onlara yaxınlaşıb salamlaşandan sonra İddiaçı Nadirin ondan 10000 ABŞ dollar istədiyini deyir. Adel soruşur ki, Nəyə görə istəyir? Xanım bildirir ki, Nadir ondan iş alındığı halda 10000 (on min) ABŞ dolları istəyir. Bəs siz ona nə verəcəksiniz? Adel bildirir ki, iş alınandan sonra hər iki tərəf ona mükafat verə bilər, bu adətən belə olur, əgər razılaşdırılırsa. X. Abışova bu məbləğin çox böyük olduğunu bildirib Adelə Nadirlə danışmağı xahiş edir. Bu müzakirədən sonra Adel sağollaşıb gedir, X. Abışova və onunla olan şəxs estoranda qalırlar. Sonra, elə həmin gün, Adel Nadirlə görüşüb bu məsələni müzakirə edir və işə görə Nadirə çatacaq mükafat hissəsinin aşağı məbləğdə razılaşdırır. İddia ərizəsində X. Abışova guya həmin gün Cavabdeh yə 15000 (on beş min) ABŞ zolları beh verdiyini göstərmişdir: “Bundan sonra sözü gedən torpağın özəlləşməsinə dair sənədləri Adiyyəti orqana təqdim etmək üçün cavabdeh tərəfindən mənə etibarnamə verildi. Digər sənədləri isə cavabdeh mənə xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Təbriz küçəsi ərazisində yerləşən Diamond” restoranında X14 (AZE 09586142) iştirakı ilə 15000 ABŞ dolları pulu beh şəklində aldıqdan verdi” Halbuki, heç bir beh olmamışdır və sənədlər də iddiaçıya Nadir Mövsümovun iştirakı ilə xx.xx.2020-ci ildə verilmişdir. Hesab edirik ki, iddia ərizəsində işin həqiqi hallarının təhrif edilməsi X. Abışovanm 6000 (altı min) ABŞ dollarını qaytarmaqdan yayınmaq üçün düşünülmüşdür. Əminik ki, məhkəmə prosesində qarşılıqlı iddiada göstərilənlər öz təsdiqini tapacaqdır.Artıq pulun verilməsindən 8 (səkkiz) ay, pulun 4000 dörd min) ABŞ dolları hissəsinin qaytarılmasından isə, 6 (altı) ay müddət keçməsinə baxmayaraq, Xanımqız X34 Adel yə borclu olduğu 6000 (altı min) ABŞ dolları məbləğində pulu qaytarmamışdır. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mikayıl qızı məhkəmə iclasında verdiyi izahatında və xx.xx.2020-ci il tarixli məhkəmə iclasında verdiyi yazılı izahatında bildirmişdir ki,2019-cu ilin dekabr ayının axırlarında biznes fəaliyyəti ilə bağlı 10000 ABŞ dolları məbləğində pul lazım olduğundan tanışı Mövsümov Nadir Qadir oğluna bu barədə bildirərək ondan pul istəmişdi. Mövsümov onda həmin məbləğin olmadığını lakin tanışlarından tapa biləcəyini bildirdi. Bir müddətdən sonra N.Q.Mövsümov bir nəfər tanışında həmin məbləğin lakin həmin şəxsin pulu qiymətli ziynət əşyasını girov götürmək şərti ilə verəcəyini bildirdi.O,razılaşdı. Ertəsi gün təqribən 20000 ABŞ dolları məbləğində qızıl və billyant əşyalarını götürüb Nərimanov fayonunda yerləşən “Diamond” restoranına gəldi. Həmin vaxt N.Q.Mövsümov və onunla Cavabdeh həmin restorana gəldi. Həmin vaxt N.Q.Mövsümov Cavabdeh iddiaçıya 10000 ABŞ dollarını faiz, iddiaçının isə ona qızıl və brilliyant əşyalarını girov kimi verdiyini təsdiqləyən bir kağız yazdı. 2020-ci ilin fevral ayının əvvəllərində o, yenidən N.Q.Mövsümov , Cavabdeh ilə yenidən Nərimanovda görüşdülər.Həmin vaxt İddiaçı özünün biznes sahəsini genişləndirmək üçün torpaq sahəsinə ehtiyac olduğunu bildirmişdir. Cavabdeh bildirdi ki, onun Binəqədi rayonu ərazisində 62 sot torpaq sahəsi var və onu satmaq istədiyini bildirdi. 62 sot ssahəsinin ,hər sotunu 2000 ABS dollarına satır. İddiaçı isə ona bildirdi ki, torpağa baxdıqdan sonra razılaşarlar. Bundan sonra Cavabdeh ona məxsus qızılları ona qaytardı. O, ısə 4000 ABŞ dolları qaytarıb bildirdi ki, o dediyi vaxt gəlmədiyi və çox yubandığından o, həmin puldan bir qismini müəyyən işlər üçün xərcləmişdi lakin yaxın günlərdə qaytaracaq. Hətta bildirdi ki, istəsə girovuda götürməyə bilər. Cavabdeh bildirdi ki, ehtiyac yoxdur girovu onun götürməyini bildirdi, Ertəsi gün Binəqədi rayonunda yerləşən Al X7 məxsus torpaq sahəsinə baxmaq üçün gəldilər. Həmin vaxt Nadirdə onlarla idi. Həmin vaxt o, Nadirdən xahiş etdi ki, Cavabdeh torpaq sahəsinin sərhədlərini göstərdikcə çəksin ki, sonra onu özü gələndə həm yeri həm də torpağın sərhədlərini tapa bilsin. O, da onun telefonu ilə Cavabdeh torpağı və onun sərhədlərini ona göstərərkən çəkdi.. Bakıya qayıdarkən yolda söhbət əsnasında İddiaçı torpağı bəyəndiyini və almağa razı olduğunu bildirdi. Cavabdeh bildirdi ki, 62 sot torpaq sahəsinin hər sotunu 2000 ABŞ dollarına satır və cəmi 62 sot torpağın ümumi məbləği 124000 ABŞ dolları etsədə o, İddiaçı 4000 ABŞ dolları güzəştə gedir. Onunla 120000 ABŞ dollarına torpağı alqı-sätqı etməyə razılaşdılar. Həmçinin Al beydi X27 bildirdi ki, torpağın bələdiyyə sənədləri var, özəlləşmə sənədlərinidə İddiaçı almalıdı . İddiaçı ondan soruşdu ki, niyə o? o bildirdi ki, o dili yaxşı bilmir və xarici olduğundan da ola bilsin ki, bundan istifadə edib əlavə pul kəssinlər və maneələr yaratsınlar. Beləliklə razılaşdılar ki, özəlləşmə ilə bağlı İddiaçı müraciət etsin. Həmin vaxtı, İddiaçı Cavabdeh bildirdi ki, əgər mümkündürsə əvvəlcədən borclu olduğum 6000 ABŞ dolları əsas ,600 dollar faizi torpağa beh verəndə qayatrsin.Amma Cavabdeh isə bir işi o birinə qatmamalı olduğunu bildirərək, birinci pulu qaytarandan sonra torpaq işinə keçəcəyini dedi.Ertəsi gün Nadir X. Abışovaya zəng edib dediki , torpağı alacaqsa onda ona 10000 ABŞ dolları ödəməlidirlər. Sonra o bu barədə Cavabdeh bildirəndə o dedi ki Nadir ilə onun özü danışacaq. xx.xx.2020 –ci il tarixdə “Daimond” restoranında İddiaçı Cavabdeh ilə görüşərək, borc pulunun qalan hissıəsini -6000 ABŞ dollarını qaytardı. xx.xx.2020 –ci il tarixdə isə Cavabdeh İddiaçı öz adından torpağın özəlləşdirilməsi üçün etibarnamə verdi Həmdə 66000 dollar borc pulun qaytarılması və xx.xx.2020-ci il tarixdə torpağa görə 15000 ABŞ dolların verilməsi barədə razılaşmaları haqqında Nadirə heçnə demesinlər.Çünki Nadir bilsə ki faiz olaraq 600 dollar ödənilib onda 300 dollarını özünə istəyəcək. X18 etdyi torpaq alqi satqisina görə də 10000 dollar istəmişdir.xx.xx.2020-ci il tarixdə İddiaçı Cavabdeh ilə Diamond restoranında görüşərək, 15000 ABŞ dolları pulu beh olaraq ona verdi o, isə torpağa aid digər sənədləri İddiaçı verdi.Həmin vaxt onların yanında X25 da var idi. X25 maşın ustasıdır,onunla o həmin restoranda nahar edirdi.Bu zaman pulu İddiaçı sayarkən kəsir gəldiyindən X25 da saymışdır, o,15000 dolların olduğunu təsdiqlədi.Həmçinin Cavabdeh da özü də pulu saymışdır. İddiaçı ertəsi gün sənədlər ilə Əmlak Xidməti Məkanına gedende ona sənədlərin saxta olduğu bildirildi. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mikayıl qızı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdilər. İddiaçı izahatında bildirdi ki, 10000 dollar borcu alan zaman və sonradan 4000 qaytaran zaman Nadir Mövsumov iştirak etmişdir və həmin əlyazmalar onun tərəfindən yazılmışdır. Cavabdeh qalan 6000 min borcunu xx.xx.2020-ci ildə qaytardığını və həmin zaman Nadir onlarla olmadığından, o pulu qaytaran zaman heç bir yazılı sənəd imzalanmamışdır. Torpaq sahəsi üçün 15000 beh verərkən sənədlər ilə əlaqədar problemin olduğunu bilməmiş, yalnız ƏMDK-da öyrənmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh oğlu və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etdilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli AR-İ №998951 Etibarnamədən görünür ki, Cavabdeh oğlu İddiaçıı Mikayıl qızına Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 1812/21 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən onun adina ayrılmış 6200kv.m torpaq sahəsinin sənədləşdirilməsi və özəlləşdirilməsi ilə əlaqədar bütün idarə və təşkilatlarda, dövlət orqanlarında. Arxiv İdasrəsində, Bələdiyyədə, Asan xidmət mərkəzlərində İcra Hakimiyətində, Rayon icra hakimiyyətində, DTXK-də məni təmsil etməyi, sorğu sorğu verməyi, sorğuya cavab almağı, adımdan ərizə verməyi imzalamağı, ona çatası sənədləri, Torpaq kadastr planını almaği sənədləri toplayıb AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDR-dən Çıxarış almağı bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar imza etmək hüququ olmaqla digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-ci il tarixli Cavabdeh oğlu və İddiaçı tərəfindən imzalanmış əlyazısı olan sənəddən görünür ki , Cavabdeh oğlu İddiaçı 10000 ABŞ dollar pulu vermiş, İddiaçı isə qızıl və brilyant ziynət əşyalarnı (iki sırğa, bir qolbaq) girov kimi X31 Suxel oğluna vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh oğlu və İddiaçı tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli sənədlərdən görünür ki , İddiaçı Cavabdeh oğluna 10000 dollar pulun əvəzində girov kimi verdiyi ziynət əşyalarnı geri götürmüş və 4000 ABŞ dollarını Cavabdeh oğlunaqaytarmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli qəbzin sürətindən görünür ki, Cavabdeh İddiaçı torpağın özəlləşdirilməsi ilə əlaqədar sənədləri təhvil vermişdir. X12 xx.xx.2020-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, maşın ustasıdır , İddiaçı isə onun müştərisidir.10 ildir ki ,tanışdırlar. İddiaçı həmişə maşını xarab olanda ona zəng eleyir,o gəlib maşını servisə götürür. xx.xx.2020-ci il tarixdə yenə də İddiaçı ilə görüşmüşdülər. Bu dəfə yolda dayanib Nərimanov rayonunda yerləşən Daimond restoranında nahar etdilər.Daha sonra yanlarına bir kişi yaxınlaşır. Sonra onun adının Adel olduğunu öyrəndi. Aralarında hansısa torpaqla bağlı söhbət oldu. İddiaçı həmin kişiyə 15000 dolları pul verdi. Pulu verməmişdən əvvəl İddiaçı xahişi ilə o da pulu saymışdır.Həqiqətən 150 ədəd yüzlük ABŞ dolları var idi. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki , İddiaçı ilə uzun müddətdir, tanışdılar. Cavabdeh bir neçə dəfə N.Mövsumovun və İddiaçı yanında görüb. Fevralın əvvəllərində İddiaçı Cavabdeh və N.Mövsumov kafedə görüşmüşdülər. Nadir çölə çıxanda Cavabdeh İddiaçı dedi ki, 6000 dollar pulu qaytardığından Nadirin xəbəri olmasın çünki faiz istəyəcək. Şahid Mövsumov Nadir Qadir oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki , .Abışova Cavabdeh ona 10000 ABŞ dollar verməsi əvəzində qızıl zinət əşyalarının girov kimi verilməsi barədə latın qrafikası ilə rus dilində tərtib edilmiş xx xxxxxx 2019 cu il tarixli və xx.xx.2020-ci il tarixli əlyazmalar və Cavabdeh İddiaçı bələdiyyə sənədlərinin təhvil verməsi barədə xx xxxxxx 2020-ci il tarixli qəbz onun tərəfindən tərtib edilmiş, Cavabdeh və İddiaçı tərəfindən imzalanmışdır. O, Cavabdeh və İddiaçı hər ikisini ayrı ayrılıqda tanıyırdı. İddiaçı ona 10000 ABŞ dollarına ehtiyacı olduğunu və orc pul axtardığını bildirdiyindən Xanımqızı Adel ilə o tanış etmiş, məhkəməyə təqdim edilmiş sənədlərdə qeyd edildiyi kimi Adel Xanımqıza 10000 ABŞ dolları pul vermiş, qarşılığında qızıl əşyalar girpv kimi qoyulmuşdur, sonradan qızılların qaytarılmasında və 4000 ABŞ dolları qaytarılmasında da iştirak etmişdir. Sonradan Cavabdeh və İddiaçı arasında torpaqla bağlı razılaşma olduğunu bilmiş, Xanımqız torpağa baxarkən o da orda iştirak etmiş və fotoşəkillər çəkmiş, sənədlər Xanımqıza verilərkən həmin qəbzi o tərtib etmişdir. Həmin vaxt Xanımqız qalan 6000 dollar borcunu torpaq məsələsi həll edərkən verməyi təklif etsə də, Adel buna razı olmayaraq “ aramızdakı bir məsələni həll etdikdən yəni qalıq borcu qaytardıqdan sonra digər məsələyə keçməyə razı olduğunu bildirdi. Lakin Xanımqız tərəfindən həmin 6000 ABŞ dolları pulun qaytarılmasında iştirak etməmişdir, həmçinin Xanımqız tərəfindən Adelə 15000 ABŞ dolları behin verilməsində iştirak etməmişdir. Bunu yalnız Xanımqız ona demişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarından görünür ki, tərəflər arasında mübahisəsiz hal: tərəflər aralasında torpaq satışı ilə bağlı razılaşma olması, bununla bağlı Cavabdeh tərəfindən İddiaçı etibarnamə verilməsi, həmçinin xx.xx.2019-cu il tarixdə Cavabdeh oğlu İddiaçı 10000 ABŞ dollar borc pul verməsi, İddiaçı isə qızıl və brilyant ziynət əşyalarını girov qoyması, xx.xx.2020-ci il tarixdə , İddiaçı tərəfindən Cavabdeh oğluna 4000 ABŞ dollar geri qaytarılması isə qızıl və brilyant ziynət əşyalarının İddiaçı geri qaytarılması hallarıdır. Tərəflər arasında mübahisəli hal: Cavabdeh oğlu İddiaçı tərəfindən 6000 ABŞ dollarının qaytarılmamasını iddia edərək həmin pulun alınaraq ona verilməsini tələb edir. İddiaçı 6000 ABŞ dollarını qaytardığını iddia edir və İddiaçı Cavabdeh oğluna 15000 dollar pul beh verdiyini iddia edərək, həmin pulu tələb edir və Cavabdeh oğlu həmin iddianı qəbul etmir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi rədd edilməlidir Belə ki, ilkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan hala- 15000 ABŞ dolları məbləğində pulun beh kimi ilkin iddia üzrə cavabdehə verilməsinə dair məhkəməyə təqdim edilmiş yeganə sübut X4 ifadəsi olmuşdur. Məhkəmə hesab edir ki, ilkin iddia tələbinin əsaslılığının sübuta yetirilməsi üçün yeganə sübut olan şahid ifadəsi kifayət deyil. Bu səbəbdən ilkin iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə həmçinin qarşılıqlı iddia ərizəsini əsassız hesab edərək qeyd edir ki, 10000 ABŞ dollarının qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia üzrə cavabdehə girov müqaviləndə borc verildiyi və həmin puldan 4000 ABŞ dollarının geri qaytarılması tərəflər arasında mübahisələndirməyən hallardır. Lakin şahidlər X11 Mövsumov Nadir Qadir oğlunun məhkəmə iclasında verdikləri ifadələr, həmçinin borc verilən zaman girov kimi qoyulan qızıl zinət əşyalarının İddiaçı qaytarılması kimi hallar 6000 ABŞ dollarının qaytarılma İddiaçı tərəfindən Cavabdeh qaytarılmasını təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliyə görə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Avropa İnsan Hüquqları Məhkəməsi "X2rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh oğluna qarşı 15000( on beş min) ABŞ dolları pul tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh oğlunun ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 6000 (altı min) ABŞ dolları məbləğində pul tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh oğluna qarşı «pul tələbi» tələbinə dair iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh oğlunun ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «pul tələbinə» qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar