Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-746/2025 22.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 02 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 3 saylı notariat ofisində bağlanmış və 3M-89 reyestr nömrəsi ilə təsdiqlənmiş Kredit müqaviləsi üzrə 18000 manat (on səkkiz min) borc və məhkəməyə ödənilmiş 144(yüz qırx dörd) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Qubadlı rayonu, Mahmudlu kəndindən məcburi köçkün kimi Sumqayıt şəhərində fərdi həyət evində yaşayır. Onunla Cavabdeh ilə 02 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 3 saylı notariat ofisində 3M-89 reyestr nömrəsi ilə təsdiqlənmiş Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, o, "Borc verən", cavabdeh "Borc alana" 18000 manat 00 qəpik (on səkkiz min manat sıfır qəpik) məbləğində pul borc verir. "Borc alan" krediti xx.xx.2024 tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. "Borc alan" kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. "Borc verən" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. "Borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.Beləliklə də, cavabdeh qətiyyətlə borcu qaytarmaqdan imtina etmişdir. Və onu ağır maddi durumda qoymuşdur. Məhz cavabdehin borcu qaytarmaması və qanunsuz hərəkətləri nəticəsində o digər şəxslərə külli miqdarda borca düşmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 3 saylı notariat ofisinin notariusu H.A.Orucovun 16 avqust 2024-cü il tarixli, B/517 nömrəli məktubunda göstərilmişdir ki, "Bakı şəhəri 3-cü Notariat ofisi sizin D/79 sorğunuza əsasən məlumat üçün sizə bildirir ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri 3 saylı notariat ofisində İddiaçı və Cavabdeh arasında 3M-89 reyestr nömrəsi ilə təsdiqlənmiş kredit müqaviləsinə dair avtomatlaşdırılmış elektron notariat sistemində heç bir dəyişiklik və xitam barədə məlumat aşkar edilməmişdir". Ona görə də o, məcbur olub mülki qaydada kredit müqaviləsi üzrə pul tələbi ilə məhkəməyə müraciət edir. Ona görə də, mən məhkəməyə müraciət etməyə məcbur olaraq ona 18000 manat 00 qəpik (on səkkiz min manat sıfır qəpik) pulun ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh onlar notariusa müraciət edən kimi pulu qaytaracağına söz versə də, sonradan yenə də onları aldatdı. Onu ağır maddi duruma salmışdır. Hal-hazırda da başqa vətəndaşlara külli məbləğdə borclu qalmışdır. Cavabdeh isə onun pulunu özündə saxlamaqla onu ağır maddi durumda qoymuşdur. O, dəfələrlə onun özü ilə əlaqə saxlamış, lakin cavabdeh üzə çıxmır və onun pulunu mənimsəmişdir. Beləliklə də, onların əmlakını ələ keçirtmişdir. Hadisələrin sonrakı inkişafı göstərdi ki, onlar öz şübhələrində yanılmamışdır. Belə ki, cavabdehdən dəfələrlə öz pulunu istəmişdir, lakin ala bilməmişdir. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-746/2025 saylı qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilərək,Cavabdeh borca görə 18000(on səkkiz min) manat məbləğində maddi ziyan və 144(yüz qırx dörd) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-746/2025 saylı qiyabi qətnaməsinin ləğv edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnaməni ləğv edib, işin mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-746/2025 saylı qərardadına əsasən ərizə təmin edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)- 746/2025 saylı qiyabi qətnaməsi ləğv edilməsi, işə mahiyyəti üzrə baxılıb təzələnməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. O bildirdi ki, cavabdehə 2021-ci ildən 27000 manatdan bir az yuxarı pul vermişdir. xx.xx.2023-cü ildə Notarusa gedib 18000 manata münasibətdə müqavilə bağlandı. Məhkəmənin qiyabi qətnaməsi çıxandan sonra 6013,60 manat pul ödədi. Vatçap yazışçasına olan axrıncı borcu 9578 manat olması qeyd olunub ki, həmin borc 27000 manatdan çıxıldıqdan sonra yerdə qalan 18000 manat notariatda rəsmiləşdirilən puldur. 18000 manatdan yuxarı olan məbləğə dair müqavilə bağlanmayıb, amma mənə ödənişlər edib.Ona görə də 18000-6013,60 olmaqla mənə bu günə olan borcu 11986,40 (on bir min doqquz yüz səksən altı manat qırx qəpik) təşkil edir ki, həmin pulu tələb edir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə etdi ki, yazışmalardakı ödənilmiş pullar borcun əvvəlki məbləğindən çıxılmalıdır. Hazırda cavabdehin qiyabi qətnamədən sonra 18000 manat borcdan 6013,60 manat ödənildiyini nəzərə alaraq qalan 11986,40 manat borcun tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, müəyyən çətinliyi vardı deyə onun iddiaçıya 18000 manat borcu olmuşdur. Həmin puldan müəyyən ödənişlər etmiş, nəticədə 9578 manat məbləğində borcu qalmışdır. Qiyabi qətnamədən sonrada ödənişlər etməklə 6013,60 manat pul ödəmişdir. Vatçap yazışçasına olan axrıncı borcu 9578 manat olması qeyd olunub.Ona görə də onun borcu 9578-6013,60 manat olmaqla 3564,40 manat borcu var. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı ilə Cavabdeh arasında 02 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 3 saylı notariat ofisində bağlanmış və 3M-89 reyestr nömrəsi ilə təsdiqlənmiş Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, o, "Borc verən", cavabdeh "Borc alana" 18000 manat məbləğində pul borc verir. "Borc alan" krediti xx.xx.2024-cü il tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasında olan vatsap yazışmalarından görünür ki, tərəflərin xx.xx.2023-cü il tarixli borcu 9578 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki, icra məmuru tərəfindən Azərbaycan Beynəlxalq Bankına İddiaçı hesab nömrəsi(rekvizitləri) təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli inkasso əməliyyatlarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-746/2025 saylı qiyabi qətnaməsi üzrə 18144 manat məbləğində ümumi borcun tam ödənilməsinədək hər ay 2005,6 manat olmaqla borclu Cavabdeh hesabından tutularaq İddiaçı müvafiq təqdim edilmiş hesabına köçürülsün. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş qəbzdən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə təyinatı Qaradağ rayon Məhkəməsi olmaqla 144 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında 02 fevral 2023-cü il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, "Borc verən "Borc alana" 18000 manat məbləğində pul borc verir. "Borc alan" krediti xx.xx.2024-cü il tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. İddiaçı E. İsmayılov iddia edir ki, cavabdehə 2021-ci ildən 27000 manatdan bir az yuxarı olmaqla pul vermişdir. xx.xx.2023-cü ildə Notarusa gedib 18000 manata münasibətdə müqavilə bağlandı. Məhkəmənin qiyabi qətnaməsi çıxandan sonra 6013,60 manat pul ödənildi. Vatçap yazışçasına olan axrıncı borcu 9578 manat olması qeyd olunub ki, həmin borc 27000 manatdan çıxıldıqdan sonra yerdə qalan 18000 manat notariatda rəsmiləşdirilən puldur. 18000 manatdan yuxarı olan məbləğə dair müqavilə bağlanmayıb, amma ona ödənişlər edib.Ona görə də 18000-6013,60 olmaqla bu günə olan borcu 11986,40 (on bir min doqquz yüz səksən altı manat qırx qəpik) təşkil edir ki, həmin pulu tələb edir. Cavabdeh isə öz növbəsində bildirir ki, onun iddiaçıya 18000 manat borcu olmuşdur. Həmin puldan müəyyən ödənişlər etmiş, nəticədə 9578 manat məbləğində borcu qalmışdır. Qiyabi qətnamədən sonrada ödənişlər etməklə 6013,60 manat pul ödəmişdir. Vatçap yazışçasına olan axrıncı borcu 9578 manat olması qeyd olunub.Ona görə də onun borcu 9578-6013,60 manat olmaqla 3564,40 manat borcu var. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.. Beləliklə, məhkəmə hazırki mübahisə üzrə qeyd edir ki, tərəflər arasında notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan borc aldığı 18000 manatı xx.xx.2024-cü il tarixədək geri qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam və vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 18000 manat məbləğində pul tələb etmişdir. Məhkəmə isə ilk növbədə cavabdehlə mümkün olan bütün əlaqə ünvanlarına məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş və həmçinin mobil nömrələrinə isə sms bildiriş göndərsə də cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək, iddia tələbinə münasibət bildirmədiyindən qiyabı qətnamə qəbul edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-746/2025 saylı qiyabi qətnaməsi ilə iddia tələbinin təmin etmişdir. Daha sonra isə cavabdeh ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-746/2025 saylı qiyabi qətnamənin ləğv edilməsini xahiş etdiyindən ərizəsi təmin edilmiş və mülki iş təzələnərək mahiyyəti üzrə yenidən baxılması qərara alınmışdır. Məhkəmə hazırkı mübahisəni sübutetmə yükü ilə bağlı olan hal olduğunu bildirərək aşağıdakıları qeyd edir. Əvvəla iddiaçının bildirdiyinə görə ki, 27000 min manatdan bir az yuxarı pul vermişdir, bu halı məhkəmədə sübut edə bilmədi. Həmin məbləğə münasibətdə də hər hansı bir müqavilə bağlanmamışdır. Bağlanan müqavilə 18000 manat münasibətdə olub ki, cavabdeh də həmin məbləğə münasibətə borcun olduğunu etiraf edib.18000 manatdan yuxarı məbləğ olubsa əgər məhkəmə qeyd edir ki, o borc müqaviləsi yox əsassız varlanma ola bilədi ki, bu halı da cavabdeh etiraf etməyib. xx.xx.2023-cü il tarixə Vatçap yazışmasında olan “bu günə olan borc 9578 ” manata münasibətdə məhkəmə qeyd edir ki, kredit müqaviləsi xx.xx.2023-cü il taixdə bağlanmışdır. Həmin yazışma da müqavilə tarixindən 8 ay 14 gün sonra olmuşdur ki, bu da cavabdehin iddiaçının dəlillərinin aradan qaldırılmasına zəmin yaradır. O da mübahisəsiz olan haldır ki, hər iki tərəf etiraf edir ki, qiyabi qətnamədən sonra 6013,60 manat pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh müəyyən müddətə geri qaytarılmasını öhdəsinə götürməsinə baxmayaraq, aralarındakı razılaşma üzrə öhdəliyini tam və vaxtında icra etmədiyindən hazırda iddiaçı cavabdehdən borc pulunu tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə inkasso sərəncamını əldə etmiş müəyyən etmişdir ki, inkasso sərəncamı üzrə hər ay 2005,60 manat pul ödənilməsi nəzərə alınmışdır. Tərəflər də bildirir ki, 6013,60 manat pul ödənilmişdir. Lakin məhkəmə müəyyən etdi ki, 2005,60 x 3 =6016,80 manat pul ödənilib. Odur ki, tutulan məbləğ Vatçap yazışmasında olan “bu günə olan borc 9578” manat – 6016,80=3561.20 manat olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə məhkəmə iclaslarında tətbiq edilmiş sübutları və iddiaçının izahatlarını, nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə borca görə 3564.40 manat məbləğində pul tutulmalıdır. Həmçinin məhkəmə əlavə edir ki, iddiaçı tərəfindən isə hazırda cavabdehin tələb olunan məbləğdə borcun olduğunu təsdiqləyən sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 144 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki mülki iş üzrə iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 55,61 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh borca görə 3561,20(üç min beş yüz altmış bir manat iyurmi qəpik) manat və 55,61 manat (əlli beş manat altmış bir qəpik) dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-746/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-746/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver