Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-755/2023 14.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30000 (otuz min) pulun tutularaq ona ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı ərizəsini bununla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı Lökbatan qəsəbəsində yaşayan Cavabdeh hal-hazırda "Azərsun ASC"-də mühafizə işində çalışan, 2022 ilin əvvəllərində tanışlığı naminə ona ərk edib bildirdi ki, təcili olaraq ona 30.000( otuz min azn) manat pul lazımdır. O həmin məbləğin nə üçün ona lazım olduğunu xəbərləşəndə dedi ki, iş qurmaq üçün ona lazımdır. Əlində müəyyən məbləğ var, yenə də yollayacaqlar və ona o pul gələn kimi onun pulunu qaytaracaqdır. Hazırda isə tələsir ki, işini əlindən çıxartmasın. İddiaçı Cavabdeh həmin məbləğin onda olmadığını bildirmişdir. Aradan müəyyən vaxt kecəndən sonra təxminən may ayında onlar görüşdülər və Zaur özünün bir necə kişi tanışı ilə gələrək həmin adamlarla iş qurduğunu bildirdi. Hətta işinin fermer təsərrüfatından ibarət olduğunu dedi və bir sıra şəkillər də göstərdi. O də inanaraq razılaşdı və dedi ki, birdən bu işin baş tutmasa pul batsa necə olacaq? Zaur da dedi ki, pulun batma ehtimalı yoxdur. Çünki, işi artıq yoluna düşüb, çox az məsələ qalıb. Gəliri gəlir, pulu hissə-hissə qaytaracaqdır. Amma istəsə lap imza ilə ona borcu olduğu barədə qəbz verib və üstündə maaş kartını versin. Zaur maaşının 2000 (iki min azn) manat olduğunu, "xxxx" ASC-də mühafizənin rəisi işlədiyini bildirdi. O də bu qədər sözə inanıb razılaşdı və dedi ki, bir-iki günə təkrar görüşsünlər və məsələni həll etsinlər. xx.xx.2022-ci il tarixində Cavabdehla Yasamalda görüşmüşlər. Pulu verməzdən əvvəl Zaur ona maaş kartını təqdim etdi ki, pul lazım olsa hər ay maaşdan götürsün. O isə qarşılığında 6 ayın tamamında bütöv şəkildə borcu qaytarmasını istəmiş və 30.000 (otuz min) manat borc aldığı barədə bir qəbz yazıb şəxsiyyət vəsiqəsinin surətini əlavə edərək öz imzası ilə təsdiqləyib ona vermişdir. Zaur həmin qəbzlə 6 ay müddətinə qaytaracağını qeyd etmişdir. Nəticədə Zaurun qəbz yazmağına və maaş kartını ona verməsinə inanıb 30.000 manatı Zaura vermişdir. Təxminən bir neçə aydan sonra Zaur onun zənglərinə cavab verməməyə başlamış və o, bu hərəkətdən şübhəyə düşərək gedib bankomatda həmin maaş kartını yoxlamaq istəmiş və nəticə etibarilə görmüşdür ki, kart bloklanıb. Yenidən uzun zaman Zauru telefonla axtarmağa başlamış, hətta evinə getmiş amma onu ünvanında tapa bilməmişdir. Bundan sonra Zaurun onun etibarından istifadə edərək onu aldatmasını anlamışdır. Daha sonra o, Zauru tapa bilmiş, pulu qaytarmamasının və zənglərinə cavab verməməsinin səbəblərini soruşduqda Zaur ona işlərinin yolunda olmadığını, yoluna düşəndə pulu qaytaracağını bildirmiş, alacaqları olduğunu, iki ay gözləyərsə pulu bütöv qaytaracağını bildirmişdir. Bu görüşdən sonra o, Zauru daha iki ay da gözləmiş, lakin Zaur aldığı borcu qaytarmamışdır. Nəticədə o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və cavabdehin etiraf ərizəsi olduğunu, həmin ərizədəki imzanın həqiqətən cavadehə məxsus olmasını təsdiq etmək üçün onda olan bəzi sənədləri məhkəməyə təqdim etdiyini, həmin sənədlərlə cavabdehin həqiqətən də hazırkı borcu tam həcmdə etiraf etməsi barədə ərizəsindəki imzasının Cavabdeh özünə məxsus olmasının təsdiq edildiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini, pul tələbi ilə razı olduğunu, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda cavabdeh teleqram vuraraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli “qəbz”dən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı 30000 (otuz min) manat pul borc aldığını, əgər 6 ay müddətində həmin məbləği qaytarmazsa İddiaçı həmin pulu ondan məhkəmə yolu ilə almasına etiraz etmədiyini yazaraq qəbzə imza etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdirki, Cavabdeh İddiaçı məxsus olan 30000 manat məbləğində pul vəsaitini müəyyən işin görülməsi müqabilində əldə etmiş, lakin həmin pul vəsaitini iddiaçıya geri qaytarmamışdır. Bu hal cavabdehin özünün məhkəməyə ünvanlandığı ərizədə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehin borcun alınması barədə öz əli ilə yazıb imzaladığı “qəbz”i və eyni xətlə yazıb imzaladığı, iddianı tam etiraf etməsi barədə ərizəsini, bundan əlavə, məhkəməyə vurduğu teleqramın məzmununda iddianı etiraf edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməsini nəzərə alaraq hesab edir ki, cavabdehin etirafı işin hallarının gizlədilməsi məqsədilə və ya aldatma, yanılma təsiri nəticəsində baş verməmişdir. Bununla da, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində (iddiaçıya məxsus pul vəsiatini əsassız olaraq özündə saxlamaqla, geri qaytarmamaqla) özünə məxsus olan qeyd edilən məbləğdə pul vəsaitindən məhrum olmuşdur. Məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, hazırkı mülki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Göstərilənlərdən əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbi təmin edildiyindən, ödənilmiş 180 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına həmin məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 30.000 manat məbləğində pul vəsaiti və 180 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 30.000 (otuz min) manat məbləğində pul vəsaiti və ödənilmiş 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-755/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-755/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver