Məhkəmə qərarları › İş №2(002)-760/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-760/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-760/2024 09.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tanıdığı Cavabdeh 14000 (on dörd min) manat əsas borca görə, dəymiş ziyana görə 14000 manat, yəni 28000 (iyirmi səkkiz min) manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı yaxından tanıdığı Cavabdeh qızma gözəllik salonu açmaq məqsədi ilə 14000 (on dörd min) manat borc vermişdir. Yəni 01 noyabr 2022-ci ildə. Hər ay 600 (altı yüz) manat vermək şərti ilə. Ancaq bir ildən çox keçmişdir. Cavabdeh borcu qaytarmaqdan imtina edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329-2-ci maddəsinə əsasən Əqdlər yazılı və şifahi (sadə və ya notarial) qaydada bağlanır. Cavabdeh 01 noyabr 2022-ci ildən 13 yanvar 2024-cü ilə qədər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən İddiaçı 14000 (on dörd min) manata qədər ziyan vurmuşdur. Yəni 14000+14000=28000 manat. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il plenumunun ARM məcəlləsinin 449-cu, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il plenumunun AR Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən şərh olunmasına dair izahat verir və mülki qanunvericilik öhdəliklərinin yerinə yetirilməsinə dair məsuliyyət müəyyənləşdirilir. Belə ki, 449.1-ci maddəsində nəzərdə tutulur ki, özgənin pul vəsaitini qanunsuz saxlamaqla ona qaytarmaqdan boyun qaçırmaqla, onun ödənişini gecikdirməklə və ya ondan faydalanmağa görə faiz tutulmalıdır. Faizin ödənilməsi isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. İddiaçı məhkəmə iclasında izahatlarında iddianı müdafiə etdiyini bildirərək, əlavə etdi ki, o, cavabdehə faiz pul verməyib, cavabdeh ondan öz imzası ilə 14000 manat borc pul götürmüşdür. Hal-hazırda borcu gecikdiyinə görə cavabdehdən əlavə pul da tələb edir. Cavabdeh vəkili və nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirir ki, iddiaçı cavabehə aylıq 5% ödəmək şərti ilə 8000 manat məbləğində pul götürmüşdür.Lakin sonradan müəyyən problemlərə görə 8000 manatı qaytara bilməmişdir. İddia tələbini qismən 8000 manat hissəsində qəbul edərək, qismən təmin edilməsinə etiraz etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz ərizəsini məhkəməyə göndərərək, bildirmişdir ki, o, iddia tələbini əsassız hesab etməklə, ona qarşı öz etirazımı bildirir.Belə ki, İddiaçı iddia ərizəsində ona 14000 manat məbləğində borc pul verdiyini bildirmişdir. Əslində isə bu pul ona borc kimi yox, aylıq faizlər ödəmək şərtilə faizə verilmişdir. Nəzərinizə çatdırır ki, İddiaçı özü sələmə pul verməklə məşğul olur və onun kimi digər şəxslərə də aylıq faizlər ödəmək şərtilə faizə pul verir. O, da əvvəllər də tanışı üçün ondan faizə pul götürmüşdü, tanışı bu pulu ödəmədiyi üçün məcbur olub həmin pulu onun özü ödəmişdim. Bundan sonra isə özünün maddi çətinlikləri olduğu üçün iddiaçıya aylıq faizlər ödənmək şərtilə ona faizlə pul verilməsini xahiş etmişdi. O da aylıq 5% ödəməklə ona hissə-hissə olmaqla, ümumilikdə 8000 manat məbləğində pul vermiş və həmin bu 8000 manat məbləğin aylıq 5%-ni hesablayaraq, ümumilikdə ondan 14000 manat pul götürməyi barədə qəbz yazmışdır. Yəni onun dediyinə görə o aralarında olan faiz münasibərtlərini bildirməmək üçün bu yola əl atmış, əslində onun iddiaçıdan 14000 manat götürmədiyi halda faizlərlə birlikdə 14000 manat göstərmişdir. Ona görə də iddiaçının ona maddi ziyan vurmağı barədə göstərdiyi dəlillər əsassızdır. Bir daha qeyd edir ki, onun imzalatdığı 14000 manatlıq qəbzdəki əsas borcun məbləği 8000 manat olmaqla, qalan faiz məbləğlərilə hesablanmış ümumi cəm məbləğdir. Yəni faktiki olaraq o, İddiaçı hissəhissə olmaqla cəmi 8000 manat pul götürmüşdür. Ona görə də İddiaçı iddia ərizəsində göstərilənlərə qarşı öz etirazını bildirir və məhkəmədən onun iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli borc müqaviləsinə dair yazılı razılaşmadan görünür ki, Cavabdeh İddiaçı ayda 600 manat ödəmək şərti ilə 14000 manat məbləğində pulu borc götürmüşdür. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli borc müqaviləsi ilə iddiaçının izahatları müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 14000 manat məbləğində pul borc verilmişdir. İddiaçı razılaşma üzrə borcunu dəfələrlə tələb etsə də, cavabdeh isə müvafiq razılaşma üzrə nəzərdə tutulduğu qaydada iddiaçının borcunu ödəməmiş və hal-hazırda iddiaçı cavabdehdən 14000 manat məbləğində əsas borcunu və gecikdirilmiş borc üzrə 14000 manat məbləğində dəymiş ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında mübahisəli hal: cavabdeh iddia tələbini 8000 manat hissəsində qəbul edərək, bildirir ki, cavabdehdən yalnız əsas borc olaraq 8000 manat olmaqla pul götürmüşdür. Məhkəmə iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsini və cavabdeh tərəfindən borcun qismən etirafını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 14000 manat pul tutulması hissəsində əsaslıdır, belə ki tərəflər arasında 14000 manat məbləğində borcun verilməsinə şəxsən imzalanmış razılaşma(müqavilə) mövcuddur, cavabdeh yalnız 8000 manat borc aldığını qeyd etsə də, bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin digər 14000 manat məbləğində pulun tutulmasına dair hissədə qeyd edir ki, iddiaçı tərəfindən həmin tələb sübuta yetirilmədiyindən, məhkəməyə müvafiq tələbi əsaslandıran yetərli və mötəbər sübut təqdim edilmədiyindən hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 175 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Hal-hazırki iddia üzrə tələb qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsmunun iddianın təmin edilmiş hissəsinə (14000) mütənasib olaraq-132 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. . Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 483, 120-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 14000(on dörd min) manat borc pul tutulsun. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 132(yüz otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar