Məhkəmə qərarları › İş №2(002)-762/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-762/2022

03.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-762/2022 03.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, X1 cavabdeh “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nə qarşı “pulun indeksasiyası ilə artırılması” tələbinə dair ərizəsinin mümkünlüyünü Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında yoxlayaraq, MÜƏYYƏN ETDİM: X1 cavabdeh “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nə qarşı “pulun indeksasiyası ilə artırılması” tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəçi X3 ərizəsi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmçinin həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tələbkar X4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət etməmişdir. Belə ki, tələbkar X4 ərizəsinin “xahiş etdi” hissəsini natamam yazaraq, onun borcludan konkret olaraq nə tələb etməsi məlum deyildir. Digər tərəfdən hazırkı ərizə məhkəmənin dəftərxanasında 8 indeksi ilə deyil, 2 indeksi ilə qeydiyyata alınmışdır. Belə olan halda həmin ərizəyə iddia icraatı qaydasında baxılması münkün deyildir. Bu ondan irəli gəlir ki, qaldırılan məsələ ilə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır ki, həmin məsələyə də qətnamənin icrası qaydası kimi baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150.0.1, 152.2.4, 263- 264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 cavabdeh “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nə qarşı “pulun indeksasiyası ilə artırılması” tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada veriliyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar