Məhkəmə qərarları › İş №2(002)-792/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-792/2021

29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-792/2021 29.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı Əliyeva Kristina Rinatovna iştirakı ilə İddiaçı Əliyeva Kristina Rinatovna cavabdeh Əliyev Samir Rüstəmoviçə qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva Kristina Rinatovna cavabdeh Əliyev Samir Rüstəmoviçə qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2015-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 103 manat alimentin miqdarı dəyişdirilərək cavabdeh Əliyev Samir Rüstəmoviçdən xx xxxxxx 2009-cu il təvəllüdlü Cavabdeh Samir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 175 manat miqdarında onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əliyeva Kristina Rinatovna iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Əliyev Samir Rüstəmoviç ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Rəsmi nikahdan bir uşaqları xx xxxxxx 2009-cu il təvəllüdlü Cavabdeh Samir oğlu anadan olmuşdur. Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2015-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2015-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2009-cu il təvəllüdlü Cavabdeh Samir oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 103 manat aliment kəsilmişdir. Hər şey günü-gündən bahalaşmasına və alimentin miqdarının artmasına baxmayaraq, cavabdeh uşağa 103 manat alimenti bele vermir.Halbuki cavabeh kifayət qədər gəlirə malikdir. Buna baxmayaraq, onun uşağı cəmi 103 manatla keçinmək məcburiyətində qalıb. Uşaq öz yoldaşlarından geri qalır və cavabadeh isə bunu nə anlamır nə də düşünmür. Uşağın gündəlik problemlərini həll etməkdə cətinlik cəkir. Cavabdeh uşağın ad günündə və yaxud bayram günlərində bir dəfə də olsun bir şey alıb uşağa nə gətirib nədə ki göndərib. Cavabdeh bir valideyn kimi uşağı ilə maraqlanmır. İddiaçı Əliyeva Kristina Rinatovna məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ № 248041 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı Əliyeva Kristina Rinatovna ilə Cavabdeh arasındakı nikah xx xxxxxx 2016-ci il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 216-nömrəli akt ilə pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ № 611425 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin xx xxxxxx 2009-cu il təvəllüdlü Cavabdeh Samir oğlu adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki,tərəflərin bir övladlarının olması, uşağın iddiaçının yanında olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması, cavabdehin müntəzəm aylıq qazancının olması işin mübahisəsiz hallarıdır. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay bir uşağa görə- 175 manat miqdarda aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment məbləğinin artırılması ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment məbləğinin artırılması) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment məbləğinin artırılması ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məbləğinin artırılması tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment məbləğinin artırılması tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Plenum qərarında qeyd edilmişdir ki, məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx xxxxxx 2009-cu il təvəllüdlü Cavabdeh Samir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdeh Əliyev Samir Rüstəmoviçdən iddiaçı Əliyeva Kristina Rinatovna xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 175 manat miqdarında aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 2009-cu il təvəllüdlü Cavabdeh Samir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh Əliyev Samir Rüstəmoviç iddiaçı Əliyeva Kristina Rinatovna xeyrinə xx xxxxxx 2009-cu il təvəllüdlü Cavabdeh Samir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay cavabdehdən 175 ( yüz yetmiş beş)manat miqdarında aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar