Məhkəmə qərarları › İş №2(002)-798/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-798/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-798/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun yaxın tanışıdır. Onun iş yoldaşı olan X4 özünə pensiya düzəltmək istəmiş, bunun üçün X4 ona 1800 manat pul vermişdir. O da həmin pulu Cavabdeh vermişdir. Lakin sonradan Cavabdeh verdiyi vədə əməl etməmiş, X2 onun vasitəsi ilə aldığı 1800 manat pulu ona qaytarmamışdır. Bundan sonra X4 həmin pul məbləğinin qaytarılmasına dair ona qarşı məhkəmədə iddia qaldırmışdır. Daha sonra Cavabdeh ondan 1800 manat pulu almasına dair ona qəbz vermişdir. Dəfələrlə cavabdehdən aldığı pulun qaytarmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, onun təmin edilməsinə etirazınını olmadığını bildirdi. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki, materiallarında olan və Cavabdeh tərəfindən 29.01.2020-ci il tarixdə yazılmış və imzalanmış qəbzdən görünür ki, o, X3 pensiya düzəltmək məqsədi ilə 1800 manat pulu İddiaçı almışdır. İddiaçının mövqeyinə görə cavabdeh onun qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, pul məbləğini ödəməkdən yayınmışdır. İddiaçının təqdim etdiyi qəbzdən də görünür ki, cavabdeh iddiaçıya 1800 manat məbləğində pul vermişdir. Məhkəmədə həmçinin müəyyən edildi ki, İddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə iclasında araşdırılmış işin faktiki hallarından görünür ki, Cavabdeh İddiaçı yaxın tanışıdır. Onun iş yoldaşı olan X4 özünə pensiya düzəltmək istəmiş, bunun üçün X1 Rayiq Şirin oğluna 1800 manat pul vermişdir. O da həmin pulu hazırkı iş üzrə cavabdeh olan Cavabdeh vermişdir. Lakin sonradan Cavabdeh X2 onun vasitəsi ilə aldığı 1800 manat pulu qaytarmamış, 29.01.2020-ci il tarixdə ondan 1800 manat məbləğində pul almasına dair qəbz vermişdir. İddiaçı dəfələrlə cavabdehdən aldığı pulun qaytarmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayınmışdır. Belə olan halda Cavabdeh əsassız varlanması barədə nəticəsinə gəlmək üçün əsas ola bilən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində nəzərdə tutulmuş hallar mövcuddur. Qeyd edilən bu maddi hüquq normalarının tələbindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, iddiaçı həmin pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur; cavabdehin isə mövqeyi onda n ibarətdir ki, o, həqiqətən də həmin pulu iddiaçıdan almışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə sübut etmə yükü pulun mövcudluğunu mübahisələndirən tərəfin üzərinə düşür. Hazırki iş üzrə iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut edir, cavabdeh isə iddianı etiraf edir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu da cavabdeh Cavabdeh aid edilməlidir. Məhkəmə hesab edir ki, pulu əldə edən cavabdehin əsasız varlanmasının mövcud olması müəyyən edildiyindən, 1800 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu ondan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1800 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar