Məhkəmə qərarları › İş №2(002)-799/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-799/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-799/2021 09.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Qaçay oğlu ilə 31.08.2007-ci ildə Yasamal Rayon Qeydiyyat Şöbəsində 770 saylı akt qeydi ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından 19.06.2008-ci il tarixdə X8 və 15.08.2009-cu il tarixdə X7 adlı iki uşaqları doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 yanvar 2013-cü il tarixli, 2(008)-952/2013 saylı qətnaməsi ilə Cavabdeh ilə X4 arasında 31 avqust 2007-ci il tarixdə Yasamal rayon VVADQ şöbəsində 770 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, 19.06.2008-ci il təvəllüdlü X6 və 15.08.2009-cu il təvəllüdlü X5 anaları X2 yanında saxlanılması, 19.06.2008-ci il təvəllüdlü X6 və 15.08.2009-cu il təvəllüdlü X5 anaları X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə ayrılıqda 93 manat olmaqla, ümumilikdə 186 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. X3 rəhmətə getmiş, lakin qızı X1 üçün 93 manat kifayət etmir. Cavabdeh isə həmin uşağın saxlanması, onun əvvəlki həyat şəraitinin davam etməsində və uşağın əlavə xərcində könüllü iştirak etmir. Bunun üçün də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2020-ci ildən uşaqlar üçün yaşayış minimum 170 manat müəyyən edilməklə, bu səbəbdən cavabdehdən uşağın saxlanması üçün müəyyən edilən alimentin miqdarının artırılmasını istəyir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2013-cü il tarixli, 2(008)-952/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, 15.08.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh Qaçay oğlundan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 yanvar 2010-cu il tarixli, AZ-İİ seriyalı, 405094 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 15.08.2009-cu il təvəllüdlü X5 atası Cavabdeh Qaçay oğlu, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 yanvar 2013cü il tarixli 2(008)-952/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh Qaçay oğluna qarşı nikahın pozulmasl və aliment tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə X4 arasinda 31 avqust 2007-ci il tarixdə Yasamal rayon VVADQ şöbəsində 770 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, 19.06.2008-ci il təvəllüdlü X6 və 15.08.2009-cu il təvəllüdlü X5 anaları X2 yanında saxlanılması, 19.06.2008-ci il təvəllüdlü X6 və 15.08.2009-cu il təvəllüdlü X5 anaları X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə ayrılıqda 93 manat olmaqla, ümumilikdə 186 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 2 uşaqlarının olması, həmin uşaqları ananın yanında qalması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 170 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, onun normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin ediməli, 15.08.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2013-cü il tarixli 2(008)-952/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh Qaçay oğlundan İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin artırılması ilə bağlı tələblər dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, MPM-in 119.1-ci maddəsinin tələbinə görə 30 manat məhkəmə məsrəfi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Qaçay oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilsin. 15.08.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2013-cü il tarixli 2(008)-952/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh Qaçay oğlundan İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutulsun. 30 manat məhkəmə məsrəfi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar