Məhkəmə qərarları › İş №2(002)-802/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-802/2023

11.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-802/2023 11.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun təqsirli hərəkətləri nəticəsində ona dəymiş 12.600 (on iki min altı yüz) manat məbləğində maddi ziyanın və 127,80 (yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində ödədiyi dövlət rüsumunun tutularaq ona ödənilmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Bildirir ki, mülkiyyətində olan və etibarnamə əsasında idarə etmək üçün vətəndaş X2 verdiyi «Nissan Juke» markalı Az ** ZB *** dövlət qeydiyyat nişanlı minik avtomobili sonuncu tərəfindən idarə olunarkən təxminən saat 09:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Xəyal» restoranından təxminən 150 metr aralıda Cavabdeh idarə etdiyi «Mersedes-Benz C 180» markalı AZ ** CM *** dövlət qeydiyyat nişanlı avtomobillə qəsəbənin daxili istiqamətində hərəkətdə olarkən sükan arxasında yuxuladığı üçün idarəetməni itirmiş və avtomobil 1.3 xəttini (qoşa xətti) kəsib tamamilə əks-istiqamətli hərəkət zolağına çıxaraq həmin zolaqda hərəkətdə olan X1 idarə etdiyi «Nissan Juke» markalı Az ** ZB *** dövlət qeydiyyat nişanlı və vətəndaş X3 idarə etdiyi «Renault Megane» markalı AZ ** XX *** dövlət qeydiyyat minik avtomobilləri ilə toqquşmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, hadisənin baş verməsinə səbəb Cavabdeh olmuş, iş üzrə cinayət işinin başlanması rədd edilsə də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək müvafiq qaydada cəzalandırılmışdır. Həmin qərardan da aydın olmuşdur ki, cavabdehin təqsiri üzündən nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində onun mülkiyyətində olan avtomobil yararsız hala düşərək ona xeyli miqdarda maddi ziyan dəymişdir. Avtomobilimə dəymiş ziyanla bağlı qüsur aktı tərtib edilmiş və dəymiş ziyan 21020 manat müəyyən edilmişdir. Avtomobilə dəyən ziyanın 5000 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən ziyanın tam olaraq aradan qaldırılması ilə bağlı tədbir görülmədiyindən ona məxsus avtomobili idarə etmək üçün etibarnamə verdiyi X1 həyat yoldaşı tərəfindən məhkəməyə müraciət edilmiş və məhkəmə araşdırması zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunaraq keçirilmiş və həmin ekspertizanın rəyinə görə isə ona məxsus «Nişsan Juke» markalı Az ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilə 12.600 (on iki min altı yüz) manat maddi ziyan vurulduğu müəyyən edilmişdir. Lakin iddaçı olaraq X1 həyat yoldaşı X7 avtomobilin mülkiyyətçisi olmadığından iddia rədd edilmişdir. Hal hazırda Cavabdeh vurulmuş ziyam ödəməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh onun təqsirli hərəkətləri nəticəsində ona dəymiş 7.600 manat məbləğində maddi ziyanın və 127,80 (yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində ödədiyi dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin və prosesin digər iştirakçılarının izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizəni müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə malumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında isə iddia tələbini qəbul etmədiyini bildirərək, onun hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyanın ümumilikdə məbləğdə 6800 manat olduğunu, ondan 5000 manat məbləğində ziyanın sığorta şirkəti tərəfindən ödənildiyini, hal-hazırda isə 1800 manat məbləğində ziyanı ödəyəcəyini əlavə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən-təmin edilməlidir. Mülki işin halları: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 9/6036 saylı ekspert rəyindən görünür ki, tədqiq edilən 2012-ci il buraxılışlı «Nissan Juke» markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 12.600 (18.000 manat – 30 %) manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2688 saylı ekspert rəyindən görünür ki, tədqiq edilən 2012-ci il buraxılışlı «Nissan Juke» markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 12.600 (18.000 manat – 30 %) manat müəyyən olunmaqla həmin iş üzrə verilmiş 9/6036 №-li rəyin nəticəsi təsdiqlənir.Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş; «Mercedes-Benz C 180» markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisənin baş verməsində təqsirkar olduğuna görə onun Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə, X1 isə «Nissan Juke» markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyinə görə Azərbaycan Respublikası İXMnin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmələri üçün qərarın surətinin Qaradağ RPİ DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2035/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X4 Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin qiymətləndirmə aktından görünür ki, Nissan-Juke markalı **-ZB-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 6836 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AC № 501516 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Nissan-Juke markalı **-ZB-*** qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2022-c i il tarixli etibarnamıədən görünür ki, İddiaçı Nissan- Juke markalı **-ZB-*** qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək X6 etibar etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosesual-Məcəlləsinin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflər arasında mübahisəsiz hal: Cavabdeh idarə etdiyi «Mersedes-Benz C 180» markalı AZ **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı məxsus «Nissan Juke» markalı Az ** ZB *** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətməsi tərəflər arasında işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisəli hal isə nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyanın məbləği ilə əlaqədar olaraq yaranmışdır. Beləki, iddiaçı cavabdehdən dəymiş zərər görə 7600 manat məbləğində maddi ziyan tələb edir, cavabdeh isə iddia tələbini qismən qəbul edərək, yalnız 1800 manat məbləğində iddia tələbi ilə razılaşmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi «Mersedes-Benz C 180» markalı AZ ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən İddiaçı məxsus «Nissan Juke» markalı Az ** ZB *** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmidşir ki, cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Nissan Juke» markalı Az ** ZB *** dövlət qeydiyyat nişanlı minik avtomobilə maddi ziyan vurulmuşdur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəkətləri nəticəsində səbəbli əlaqənin olması halı aşkar olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin qanuni sahibliyində olan avtomobilin idarə edilməsi nəticəsində iddiaçıya maddi zərərin vurulması halı müəyyən edildiyindən, Cavabdeh törətmiş olduğu inzibati xəta nəticəsində İddiaçı məxsus avtomobilə nəqliyyat hadisəsi nəticəsində ziyanın vurulması müəyyən edildiyindən, cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs kimi mülki hüquq məsuliyyəti daşımalı və iddiaçının əmlakına vurduğu zərərin əvəzini ödəməlidir.Həmçinin, məhkəmə cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə təyin edilmiş ekspertiza rəyindən görünür ki, iddiaçıyazərərçəkmişə dəymiş maddi ziyanın məbləği avtomobilin salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 12.600 manat müəyyən olunsa da, həmin məbləğin 5000 manat məbləğinin sığorta şirkəti tərəfindən ödənildiyindən iddiaçı hal-hazırda dəymiş maddi ziyanın məbləğinin 7600 manat məbləğ təşkil etdiyini bildirərək, həmin məbləği cavabdehdən tələb edir. Cavabdeh isə dəymiş ziyanın yalnız 6800 manat təşkil etdyini, onun da 5000 manat məbləğinin sıorta şirkəti tərəfindən ödənildiyini nəzərə alaraq hazırda iddia tələbinin yalnız 1800 manat məbləğində olan hissəsini qəbul etdiyini bildirərək, iddia tələbinin qalan hissədə rədd edilməsini xahiş etsə də, yaranmış vəziyyətə əsasən hazırkı borcunun 1800 manat olmasına dair heç bir sübut təqdim etməmiş, ekspertiza rəyləri ilə dəymiş zərərin məbləği 12600 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddiaçı 7600 manat dəymiş maddi ziyana dair iddia tələbi əsaslı olmaqla, həmin hissədə təmin olunmalıdır. Ancaq iddiaçı iddia tələbinin məhkəməyə verilməsinə dair ödəmiş olduğu 127,80 manat məbləğində dövlət rüsumunun tələbinə dair hissədə məhkəmə qeyd edir ki, hazırki iş üzrə təmin edilmiş 7600 manat məbləğində iddia tələbinə mütənasib olaraq, 96 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, ekspert rəyini və digər sübutları əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, iddiaçı İddiaçı məxsus əmlaka vurulmuş ziyana görə Cavabdeh 7600 manat məbləğində pul vəsaiti və 96 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı İddiaçı məxsus olan əmlaka vurulmuş ziyanın əvəzi olaraq Cavabdeh 7600(yeddi min altı yüz) manat məbləğində pul vəsaiti və 96(doxsan altı) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar