Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-844/2023 03.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, vətəndaş İddiaçı bölməyə etdiyi müraciət əsasında araşdırma aparılmış, qeyd edilən məsələnin mülki xarakterli olduğu müəyyən edilmiş, vətəndaşa aidiyyəti orqana müraciət hüququ izah edilmişdir.
2. İddiaçı müraciəti ilə əlaqədar Qaradağ Rayon 10-cu Polis Bölməsində aparılan araşdırma zamanı vərəndaş X14 tərəfindən xx.xx.2022-ci il tarixdə aşağıdakı məzmunda izahat yazılmışdır: “..təxminən bir neçə ay öncə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yaşayan Şəfayə adlı xanımdan satıb pul qazanmaq məqsədilə 33 ədəd peçi, 3 ədəd plazma televizor götürmüşəm. Həmin şəxs “İran peç”lərin 1 ədədini 285 manata, Plazma televizorları isə ikisini 2400 manat, birini isə 1380 manata ona vermişdir. Mən həmin şəxsə 1380 manat pul ödəsəm də, pnlara 11.700 manat borcu qalmışdır. Həmin pulları ödəmək istəsə də, əlimdə pul olmadığı üçün ödəyə bilmirəm. İzahatı özüm yazdım, düzgündür. Düzgünlüyünü imzamla təsdiq edirəm.”
İddia tələbi
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan nisyə aldığı 1 ədədi 285 manat olan 33 ədəd İİR-da istehsal olunan peçləri və ya onların dəyəri olan 9405 manat pulun və 3 ədəd Plama Televizoru və ya onların ümumi dəyəri 3750 manat pulun, ümumilikdə 13155 manat puldan cavabdeh tərəfindən ödənilmiş 1380 manat çıxılmaqla, ödənilməmiş 11775 manat pulun və 126 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində cehizlik mallar dükanı işlədir. Əvvəllər də tanıdığı Cavabdeh onun dükanına gələrək ondan müəyyən mallar almaq istədiyini bildirmişdir. Malları baxıb seçdikdən sonra pulunu sonra ödəyəcəyini bildirmişdir. Onda ona inanaraq onu qeyd etdiyi malları 1 ədədi 285 manat olan 33 ədəd İİR-da istehsal olunan peçləri və 3 ədəd 1 ədədi 1350 manat digər iki ədədi isə 240 manat dəyərində olan Plazma Televizoru 2022-ci ilin oktyabr ayında Cavabdeh verdi. Cavabdeh qısa bir zamanda malların pulunun ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəmək istəməmişdir. İddiaçı cavabdehə və sonuncunun yaxınlarına dəfələrlə müraciət edərək borcunu ödəməsini tələb etsə də, Cavabdeh borcunu ödəməmişdir. Bundan sonra o, cavabdehin malların pulunu ödəmədiyini gördükdə Qaradağ RPİ-ə şikayət ünvanlamışdır. Qaradağ RPİ-ə şikayət ünvanladıqdan sonra Qaradağ RPİ-in 10-cu Polis Bölməsi tərəfindən Cavabdeh dəvət edilərkən, cavabdeh bütün qeyd edilənləri təsdiq edərək, həmin malları aldığını lakin ödənişi hazırda ödəyə bilmədiyini bildirmişdir. Hal-hazırda Cavabdeh ona ümumilikdə 13155 manat borcu var idi ki, Əli həmin borcdan 1380 manat ödəmiş, qalan 11775 manat borcu ödəməmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 600.1, 427.2, 385.1, 442, 324.1, 324.2, 342.4, 324.5 və 3891-ci maddələrinə istinad etmişdir.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində məişət əşyalarının satışı ilə məşğuldur, satdığı malların bir qismini həmin ərazidə yerləşən mağazada vitrində yerləşdirsə də, malların əksəriyyətini Ağaverdi adlı şəxsə məxsus, kirayədə yaşadığı evdə saxlayır və alıcılar əşyaları həmin evdən götürürlər. Qəsəbə sakinləri də bilirlər ki, o, cehizlik mallar satışı ilə məşğul olur. Cavabdeh ondan İran peçləri və televizor almış, bir neçəsinin pulunu ödədiyi üçün onda etibar yaranmış və şifahi qaydada, yazılı müqavilə bağlamadan 33 ədəd peç və 3 ədəd plazma televizoru ona nisyə satmış, bu barədə öz dəftərinə qeydlər etmişdir. Sonradan dəfələrlə pulunu istəsə də, Cavabdeh aldığı əşyaların pulunu qaytarmamış və bu günə cəmi 11.775 manat borcu qalmışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər də cavabdehin ondan mallar almasını və borcunu qaytarmamasını təsdiq edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş edir.
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdeh iddia tələbində göstərilən əşyaları almasını və hansı məbləğdə borcu qalmasını Polis Bölməsinə izahat verərək etiraf etmişdir. Həmin sənədlər iş materiallarına əlavə edilmişdir. Bundan əlavə, məhkəmədə dindirilmiş şahid ifadələri də cavabdehin borclu olmasını, polis bəlməsində verdiyi izahatda göstərdiyi əşyaları qaytarmadığını tam sübuta yetirir. Cavabdeh tərəfindən dəvət edilən şahidlərin təzadlı ifadələr verməsi, suallara hadisənin birbaşa şahidi olmamaları iddianın əsaslı olmasını bir daha sübut edir. İddiaçının vəkili göstərilənlərin nəzərə alınaraq iddianın tam həcmdə təmin edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qismən qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, sözügedən malları iddiaçı Şəfayədən yox, Ağaverdi adlı şəxsdən nisyə götürmüş, sonradan pulunu ödəyə bilməmiş, iddiaçı onu polisə vermişdir. Qaradağ rayon 10-cu Polis bölməsində izahatı özü yazmışdır, bu zaman ona hər hansı təzyiq və ya təsir olmamışdır, həmin izahatda 11770 manat qeyd edilməsi texniki səhv olmuşdur, əşyaların ayrı ayrılıqda məbləği hesablandıqda 11775 manat olduğunu qəbul edir. İzahatı yazdıqdan sonra o, nisyə aldığı əşyalardan 17 ədəd “İran peç”ini və 3 ədəd “Plazma televizor”u iddiaçının özünə qaytarmış, 7 ədəd “İran peç”inin isə pulunu ödəmişdir. Hazırda onun cəmi 7 ədəd “İran peç”inə görə iddiaçıya borcu qalmışdır. 17 ədəd “İran peç”ini Sədərək ticarət mərkəzindən alaraq, ordan taksi vasitəsilə iddiaçını evinə aparmış və Ağaverdi adlı şəxsə vermişdir, bundan sonra başqa bir vaxtda da 3 ədəd televizoru qaytarmışdır. Göstərilənləri onunla birlikdə iddiaçının ünvanına malları aparan sürücülər şahid kimi məhkəmə iclasında verdikləri ifadələrində təsdiq etdilər. Odur ki, iddia tələbinin qismən təmin edilərək cəmi 7 ədəd “İran peç”inin və ya onların dəyərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir.
Prosesin digər iştirakçılarının ifadələri
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, İddiaçı onun qardaşının kirayəçisidir, Cavabdeh də tanıyır, iddiaçıdan nisyə mallar almasının birbaşa şahidi olmuşdur. Məşişət əşyaları mağazaya yerləşmədiyi və İddiaçı öz evi isə geniş olmadığı üçün həmin məişət əşyaları onun evində saxlanırdı, cavabdeh Əliyə satılan mallar da onun evindən götürülərək aparılmış, danışıqlar onun yanında baş tutmuşdur. Buna görə də, təsdiq edir ki, Əlinin Şəfayəyə məxsus 30-dan çox peçi və 3 ədəd plazma televizoru nisyə alıb aparmasını gözü ilə görmüşdür, lakin Əlinin nə həmin əşyaların özlərini, nə də pulunu qaytardığını görməmişdir. Bundan əlavə, əgər həmin mallar və ya onların dəyəri qaytarılsa idi, onun xəbəri olardı.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, X1 onun həyat yoldaşıdır, iş üzrə iddiaçı və cavabdehin hər ikisini tanıyır. Belə ki, iddiaçı Şəfayə onun həyat yoldaşı Ağaverdi ilə birlikdə mağaza işlədirlər, iddiaçının evi balaca, onların evi isə böyük olduğundan iddiaçı satışda olan əşyalarını onların evinə qoyur. Cavabdeh Əli Şəfayə ilə “alver” etdiyinə görə bir neçə dəfə onların evinə gəlib, ona çay da süzmüşdür, Əlinin Şəfayədən “İran peç”ləri və televizorlar alıb apardığını görmüş, lakin həmin malları qaytarmasının şahidi olmamışdır.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək iddiaçını tanıyır, onun qonşusudur, digər qonşusu X1 ilə birlikdə mağaza işlədirlər. Cavabdehi həmin evdən “İran peç”ləri götürüb maşına yükləyib apararkən görmüş, həmin peçlərin yük maşınına daşınmasına da kömək etmişdir. Peçlərdən başqa əşya görməmişdir. Əşyaların dəqiq sayını bilmir, təxminən 20-25 peç olduğu yadındadır. götürmüşdü, həmin peçlərin daşınmasında iddiaçıya kömək etmişdir. X16 həmin əşyaların qaytarılması görmədiyini bildirdi.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək iddiaçı Şəfayəni tanıdığını, iddiaçının qəsəbədə mağazada işlətdiyini bildirdi. Cavabdehin Şəfayədən peç apardığını gördüyünü, Ağaverdi ilə qonşu olduqlarını, mağazanı Ağaverdinin deyil, Şəfayənin işlətdiyini, Ağaverdinin ona kömək etdiyini bildirdi. İran peçlərinin yarısını evdən, yarısını isə mağazadan götürdüyünü görmüşdür. Mağaza ev arasında təxmini 200 metr məsafə olar. Mallar İran peçləridir, yüklənməsini kənardan görmüşdür, dəqiq sayını deyə bilmir, cavabdeh Əlinin alınan əşyaları geri qaytarması barədə məlumatı olmadığını və görmədiyini bildirdi.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək cavabdehin atasını tanıdığını və kafe işlətdiyini, iddiaçını tanımadığını, cavabdehin onda yük aparmaq üçün kömək istədiyini və 8-10 qutu olduğunu və cavabdehdən soruşduqda içində peç olduğunu, əşyaları Puta qəsəbəsinə apardığını, lakin hansı tarixdə aparmasının yadında olmadığını və götürdüyü yerdə dükan görmədiyini bildirdi.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, cavabdeh Əli onun xalası nəvəsidir, iddiaçını isə tanımır. Təsdiq edir ki, Əli iddiaçıdan 31 peç alıb, Əlinin atası peçləri qaytardığını ona demişdir. O, özü peçlərin qaytarılmasını görməmişdir. Televizorları isə Əlinin atası ilə birlikdə onun maşını ilə qaytarmışlar. Cavabdehin atası televizorları qaytaranda o avtomobili sürmüş, Puta qəsəbəsində yerləşən bir evə çatanda maşını saxlamış, özü evə daxil olmamış, çöldə gözləmiş, cavabdehin atası televizorları içəri aparmış, amma onu kimə qaytardığını görməmişdir, göstərilən ərazidə kameralar da vardır görüntülər ordan əldə edilə bilər.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, Cavabdeh qəsəbə adamı kimi tanıdığını, İddiaçı da tanıdığını, bir dəfə malı verəndə gördüyünü bildirdi və qeyd etdi ki Əli ona Sədərəkdə “şirniyyat” tərəfdə yaxınlaşaraq malı Puta qəsəbəsində ünvana aparmaq lazım olduğunu, İran peçini cavabdehlə birlikdə Şəfayəyə vermişdir. Peçi Sədərəkdən götürmüşəm, Əli soruşub neçəyə apararsız, qiyməti barədə razılaşıb Puta qəsəbəsinə aparmışam, düşürüb getmişəm. Peçlərin sayını bilmədiyini, təhvil verəndə Ağaverdinin qəbul etdiyini, evə apardıqlarını iki nəfər də fəhlə gəlib düşürüb getdiklərini bildirdi. Şahid malların qaytarılması hadisəsinin hansı tarixdə olması barədə sədrin sualına cavab olaraq tarixi xatırlamadığını bildirdi.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
18. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
19. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
20. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
21. 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
22. 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
23. 408.1-ci maddəsinə əsasən, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.
24. 408.2-ci maddəsinə əsasən, şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır
25. 409.1-ci maddəsinə əsasən, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.
26. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
30. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
31. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
32. 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
33. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
35. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
36. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
37. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
39. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
40. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
b) Əsaslandırma
43. İddia əsaslıdır.
44. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə şifahi nisyə alqı-satqı müqaviləsidir və hazırkı mübahisənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600-cü maddələri təşkil edir. Çünki, iddiaçı məişət əşyalarını cavabdehin mülkiyyətinə vermək, cavabdeh isə əşyaların qiymətini müəyyən müddət sonra ödəmək (nisyə satış) barədə şifahi razılığa gəliblər. Odur ki, hazırkı iddia tələbi müqavilədən irəli gələn tələbdir.
45. Həmin müqavilənin mövcudluğu üçün ilk növbədə oferta və aksept (Mülki Məcəllə 405.2), ikinci növbədə, forma tələblərinə riayət edilməsi, etibarlılığı (Mülki Məcəllə 406.1, 329.1, 329.3) yoxlanılmalıdır.
46. İddiaçının dükan işlətməsi işin mübahisəsiz halıdır və onun məişət əşyalarının satışı ilə bağlı təklifi Mülki Məcəllənin 408.2-ci maddəsinə uyğun olaraq ümumi ofertadır. Cavabdehin iddiaçıdan bir ədədi 285 manatdan olmaqla, cəmi 9405 manata 33 ədəd “İran peçi” və cəmi 3750 manata 3 ədəd “Plazma televizor”dan ibarət əşyaları qəbul etməsi müvafiq olaraq etibarlı akseptdir. Göstərilənlər cavabdehin polis bölməsinə verdiyi izahatı və məhkəmə araşdırması zamanı etirafı ilə təsdiq edilir. Bu səbəbdən, Mülki Məcəllənin 405.2-ci maddəsinə uyğun olaraq etibarlı alqı-satqı müqaviləsi bağlanmışdır, həmin müqavilə Mülki Məcəllənin 324.4, 329.3-cü maddələrin tələbinə əsasən etibarlıdır, etibarsızlığa səbəb olacaq hər hansı digər faktları tərəflər təqdim etməmiş və məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında etibarlı müqavilə münasibəti mövcud olmuşdur.
47. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh bir ədədi 285 manatdan olmaqla cəmi 9405 manata 33 ədəd “İran peçi” və cəmi 3750 manata 3 ədəd “Plazma televizor”u olmaqla, ümumilikdə 13155 manat dəyərində məişət əşyasını İddiaçı nisyə aldığını Qaradağ Rayon 10cu Polis Bölməsində yazaraq imzaladığı izahatı ilə etiraf etmişdir. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq cavabdeh həmin izahatı azad iradəsi ilə yazdığını və ona hər hansı təsir və təzyiq edilmədiyini bildirmişdir.
48. Mübahisəli məsələ cavabdehin iddiaçıya olan borcunun məbləğidir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında qeyd edilən əşyalardan 17 ədəd “İran peçi”ni və 3 ədəd “Plazma televizoru” iddiaçıya qaytardığını və 7 ədəd “İran peçi”nin isə pulunu ödədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinin tələbinə əsasən, əşyaların və onların dəyərinin bir hissəsinin qaytarılmasının sübut edilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh bu halları şahid ifadələri ilə sübut edəcəyini bildirmiş və müvafiq vəsatət vermişdir.
49. Məhkəmə cavabdeh tərəfindən dəvət edilmiş şahidlər X12, X8, X3 ifadələrinə tənqidi yanaşır. Belə ki, həmin şahidlərdən Rafael Sultanov və Rəşad Məmmədov peçləri, Emil Həsənov isə televizorları Puta qəsəbəsində iddiaçının satışda olan əşyaları anbar kimi saxladığı bir yaşayış evinə apardıqlarını bildirsələr də, onlar həmin əşyaları hansı tarixdə aparmaları, əşyaların kimə təqdim edilməsi, hansı əşyalardan ibarət olması barədə sədrlik edənin suallarına səhih cavablar verə bilməməmişdir. Bundan əlavə, şahid Emil Həsənov cavabdehin onun xalası nəvəsi olduğunu qeyd edərək özünün şahid olduğu hadisələri deyil, cavabdehin atasının peçləri İddiaçı qaytardığını ona dediyini qeyd etmişdir. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən müəyyən əşyaların ödənildiyini, lakin həmin məbləğin (1380 manat) onun tərəfindən iddia ərizəsində ümumi borcdan çıxılaraq cəmi 11.775 manat göstərildiyini qeyd etmişdir.
50. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən dəvət edilərək məhkəmə iclasında dindirilmiş şahidlər X12, X8, X3 cavabdehin iddiaçı ilə aralarındakı müqavilə üzrə öz öhdəliklərini hansı hissədə icra etməsi hadisəsinin birbaşa şahidi olmamışlar, eləcə də, cavabdeh tərəfindən müəyyən əşyalar qaytarılmışsa belə, bu hadisənin polisdə verilən izahatdan əvvəlki yoxsa sonrakı tarixdə baş verməsini müəyyən etmək mümkün olmur.
51. Məhkəmə cavabdehin polis bölməsində yazılı etirafdan sonra əşyaların çox hissəsini qaytarması və bir hissəsinin pulunun ödəməsini yazılı sübut (qəbz, təhvil-təslim aktı və s.) vasitəsilə rəsmiləşdirməməsini də nəzərə alaraq bu qənaətə gəlir ki, öhdəliyin cavabdeh tərəfindən qismən icra edilməsi faktı sübut edilmir.
52. Məhkəmə iddiaçı tərəfindən dəvət edilmiş şahidlər X1, X4, X11 və X5 ifadələrinə də tənqidi yanaşaraq bildirir ki, onlar cavabdeh tərəfindən öhdəliklərinin icra edilməməsinin birbaşa şahidi olmamış, yalnız cavabdehin onların evində olaraq müəyyən əşyaları yük maşını vasitəsilə aparmasını gördüklərini qeyd etmişlər. Qeyd edilən əşyaların nisyə alınması artıq cavabdeh tərəfindən etiraf edildiyindən həmin faktın sübutu üçün iddiaçı tərəfindən şahid ifadələrinə zərurət olmamışdır.
53. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh iddianı etiraf etdiyi üçün öhdəliyi icra etməklə bağlı sübutetmə yükü ona keçmiş, lakin cavabdeh nisyə aldığı əşyaların və onların pulunu qismən ödəməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
54. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
55. Göstərilənlər “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019cu il tarixli Qərarında da öz əksini belə tapmışdır ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.
56. Məhkəmə qeyd edilən halları əsas götürərək, cavabdehin iddiaçı qarşısında nisyə aldığı əşyalara görə 11.775 manat məbləğində pul öhdəliyinin yaranması halı aşkar olduğundan, iddia tələbi təmin edilməlidir.
57. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş 126 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
58. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdehin iddiaçıdan tələbdə göstərilən əşyaları nisyə aldığını etiraf etməsini, sonradan həmin əşyaların və onların dəyərinin bir qisminin qaytarılması halını sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11775 manat məbləğində pul vəsaiti və ödənilmiş 126 dövlət rüsumu tutularaq İddiaçınun xeyrinə ödənilməlidir.
59. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 11.775 (on bir min yeddi yüz yetmiş beş) manat pul vəsaiti və ödənilmiş 126 (yüz iyirmi altı) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova