Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-856/2022 31.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçının iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş iş üzrə icraatın təzələnməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2160 manat məbləğində borcun,ödənilmiş 42 manat dövlət rüsumunun və eyni zamanda AR Mülki Məcəlləsinin 449.4-cü maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq qətnamə icra olunan günə qədər cərimə faizləri hesablanmaqla tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Kərimli X1 Aysel Mehman qızına 15 may 2016-cı ildə yazılı şəkildə borc müqaviləsi bağlayaraq özümə məxsus olan, lakin maddi çətinliklərə görə satmaq niyyətində olduğu Samsung 6 EDGE+ markalı telefon vermişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh hər ayın 15-i 180 manat məbləğ olmaqla bir il ərzində borcunu tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh borcu 1 il müddətinə qaytarmağı öhdəsinə götürsə də, bugünə kimi borcunu qaytarmamışdır. Qeyd olunan tarixdə borcunu qaytarmadığına görə dəfələrlə ondan müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi və borc məbləğinin qaytarılması tələb olunsa da, cavabdeh öhdəliyin icrasından yayınmışdır. Uzun sürən narazılqdan sonra təxminən bir il bundan öncə cavabdehin atası onunla danışdı və onu pulu qaytaracağına inandıraraq məhkəməyə müraciət etməməyi üçün telefon nömrəsini də verdi. Yazılı şəkildə həmin borcları geri qaytaracağını öz öhdəsinə götürsə də, bu günə kimi müxtəlif bəhanələrlə qeyd olunan pul məbləğlərini qaytarmaqdan imtina etmişdir. Hər dəfə borcunu ödəməsini tələb etdikdə onu dilə tutaraq başqa vaxt ödəyəcəyinə onu razı salmışdır. Lakin indi başa düşdü ki, onun bu pulları qaytarmaq fikiri yoxdur və onu aldatmaq niyyətindədir. Hazırda ölkədə baş verən pandemiya və səhhətindəki narahatçılıqlara görə maddi cəhətdən vəziyyəti ağırlaşmışdır. Halbuki cavabdehə verdiyi telefonu vaxtında digər şəxsə satsaydı, işində geriləmələr də olmazdı. Cavabdeh onun pulunu və qızıl əşyanı özündə əsassız olaraq saxlamaqla ona maddi cəhətdən ziyan da vurmuşdur. Buna görə də hesab edir ki, həmin pullar məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir.Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında cavabdehə telefon satdığını, hər ay 12 ay müddətində 180 manat ödəniş etməli odlğunu, telefonun dəyərinin 2160 manat olduğunu, cavabdeh telefonu alsa da, pulunu ona ödəməmişdir, bu halların nəzərə alıanraq,iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 15.05.2016-cı il tarixli kağız surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh Samsung 6Edge+ markalı telefon satmış, borcalan həmin pul vəsaitini hər ayın 15-İ 180 manat ödəməklə 1il ərzində borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05.05.2022-ci il tarixli 4/421 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 23-cü vərəqində “15.05.2016.Mən Cavabdeh....” sözləri ilə başlayıb, “....Mehman qızı ***-***-**-**. ***-***-**-**” hərf və rəqəmli yazılar ilə bitən 15.05.2016-cı l tarixli qəbzdəki yazılar və həmin yazılardan aşağıda “15.05.2016.” rəqəmləri qarşısındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 125 manat təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı öz mülkiyyətində olan telefonu alıcının mülkiyyətinə vermiş, alıcı qismində çıxış edən cavabdeh isə həmin əşyaının dəyərini 12 ay müddətində hər ay 180 manat ödəməklə əşyanı dəyəri olan 2160 manat pul vsəaitini qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəf öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, nəticədə cavabdehin iddiaçı qarşısında əmlakın dəyərinin qaytarılması ilə bağlı borc öhdəliyi yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddia tələbi 2160 manat pulun öədnilməsi hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə pulun qaytarılmamasına görə hesablanmış faiz borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, idida tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı hazırki mülki iş üzrə Mülki Məcəllənin 449-cu maddəsinin dispozitiv şərtlərinin müəyyən eidlməsi mümkün olmamışdır. Ona görə də iddia tələbi faiz borcunun tutulması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 42 manat məbləğində dövlət rüsumu ödənilmiş və buna dair müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 42 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2160 manat borc pul vəsaiti və ödənilmiş 42 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınun xeyrinə ödənilməlidir, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2160 manat məbləğində pul vəsaiti və ödənilmiş 42 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınun xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 (yüz iyirmi beş) manat məbləğində pul vəsaiti cavabdeh İsaryılova Aysel Mehman qızından tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-856/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-856/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver