Məhkəmə qərarları › İş №2(002)-860/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-860/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-860/2020 28.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh hüquqi varisi X3 qarşıpul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşıpul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxxx 2019-cu il tarixli, YSNPU-3064 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 2241,94 manat, faiz borcuna görə 52,08 manat, dəbbə borcuna görə 18,12 manat, cəmi 2312,14 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh vəfat etdiyi müəyyən edildiyindən, iddiaçı tərəfin ərizəsinə əsasən cavabdehin hüquqi varisi qismində X6 mülki işə cəlb edilmiş, bu səbəbdən iddiaçı tərəf iddia tələbinin hazırda cavabdehin hüquqi varisi X3 yönəldiyinin nəzərə alınmaqla təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 izahat verərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, YSNPU-3064 saylı kredit müqaviləsinə əsasən illik 19,9 % dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, YSNPU-3064 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə faizləri və əsas borc məbləğini, habelə gecikməyə görə hesablanmış dəbbə pulunu tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliklərinin icra edilməsindən yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, YSNPU-3064 saylı kredit müqaviləsi üzrə 2241,94 manat əsas, 52,08 manat faiz, 18,12 manat dəbbə pulu olmaqla, cəmi 2312,14 manat borcu vardır. Bu səbəbdən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, Cavabdeh vəfat etdiyi üçün cavabdehin hüquqi varisi qismində X6 mülki işə cəlb edilmiş, onun mərhum borcludan yaşayış evindən və avtomobildən ibarət miras əmlakı qəbul etdiyi müəyyən olunmuşdur, bu səbəbdən iddiaçı tərəf iddia tələbinin hazırda cavabdehin hüquqi varisi X3 yönəldiyinin nəzərə alınmaqla təmin edilməsini xahiş edir. Cavabdeh hüquqi varisi X6 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxx 2019-cu il tarixli, YSNPU-3064 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank ilə Cavabdeh arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh illik 19,9% olmaq şərti ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş və kreditin qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. İş materiallarında olan RB05/PK-1108 saylı, xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixli, YSNPU-3064 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə olan əsas borcu 2241,94 manat, faiz borcu 52,08 manat, dəbbə pulu 18,12 manat olmaqla, cəmi borcu 2312,14 manat təşkil edir. İş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 445 saylı məktubdan görünür ki, mərhum Cavabdeh xx.xx.2019-cu il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi X7 ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Şahgəldiyev Rasim Mövsum oğlu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Cavabdeh vərəsəsi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 16, 21 saylı mənzildə qeydiyyatda olan oğlu X4r, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev (Şimal keçidi) küçəsi, ev 16, mənzil 21 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 51,86 kv.m, yaşayış sahəsi 28,82 kv.m olan mənzildən ibarətdir. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Şahgəldiyev Rasim Mövsum oğlu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Cavabdeh vərəsəsi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 16, 21 saylı mənzildə qeydiyyatda olan oğlu X4r, şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DİN DYP idarəsi RQİŞ tərəfindən verilmiş xx/xx/1997-ci il tarixli AA-030599 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən şassi: 0018326, buraxılış ili: 1993, markası: SKİF 500, 7714AU nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu, faizləri və gecikməyə görə dəbbə pulu məbləğini iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuş, lakin hal-hazıradək iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyi yerinə yetirilməmişdir. Buna görə də iddiaçı təşkilatın kredit müqaviləsi üzrə əsas borc, faiz borcu, dəbbə pulu ilə bağlı olan və hazırda borcludan qalan miras əmlakı qəbul etmiş vərəsəyə qarşı yönələn tələbləri tam əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxx 2019-cu il tarixli, YSNPU-3064 saylı kredit müqaviləsi üzrə Cavabdeh hüquqi varisi X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2241,94 manat əsas borc, 52,08 manat faiz borcu, 18,12 manat dəbbə pulu olmaqla, cəmi 2312,14 manat (iki min üç yüz on iki manat on dörd qəpik) məbləğində borc pul vəsaiti və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar