Məhkəmə qərarları › İş №2(002)-860/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-860/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-860/2022 15.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanovTural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azevrocar» MMC ilə bağlanmış 11 fevral 2020-ci il tarixli, CAR-1984 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi,lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **- PP-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA516397 ban, 0441 mühərlik nömrəli qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 11 fevral 2020-ci il tarixli, CAR-1984 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2022-ci il tarixə 589.74 manat gecikdirilmiş əsas, 123.32 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 85.15 manat dəbbə pulu, ümumilikdə 798.21 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2020-ci il tarixli, CAR-1984 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA516397 ban, 0441 mühərlik nömrəli, qara rəngli avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N23) əsasən Cavabdeh illik 17 % hesablanmaqla, 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 356.53 manat, ümumilikdə isə 12835 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 12835 manatın 10000 manatı əsas məbləğ təşkil edir.Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 14 dekabr 2021-ci il tarixdə 2990 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh iddia qaldırılan 14 fevral 2022-ci il tarixə 11 fevral 2020-ci il tarixli, CAR-1984 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə ümumilikdə 798.21 manat borcu yaranmışdır.“Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İzinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə N°3) müəyyən edilir. Müqavilənin 4.3-cü bəndinə əsasən, lizinq ödənişlərinə (Lizinq Obyektinin dəyəri, Lizinq verənin mükafatı, tərəflər arasında razılaşdırılmış əlavə məsrəflər və s.) daxildir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.10-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir.Daxili lizinq müqaviləsinin 15.1-ci maddəsinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər.Daxili lizinq müqaviləsinin 16.1-ci bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 16.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır.. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş CAR-1984 saylı, 11.02.2020-ci il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və müqaviləyə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə 36 ay müddətinə lizinq ödənişlərini cədvələ əsasən ödəməyi öz öhdəsinə götürür. İş materiallarından görünür ki, lizinq obyekti üzərində mülkiyyət hüququ müqavilənin qüvvədə olduğu bütün müddət ərzində,hətta həmin müqavilə hər hansı bir səbəbdən ləğv vəya xitam verildikdə də lizinq verəndə qalır (Müqavilənin 2.1.-ci bəndi). İş materiallarına əlavə olunmuş 15.04.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh lizing müqaviləsi üzrə 14.02.2022-ci il tarixədək əsas borc üzrə 589.74 manat gecikdirilmiş əsas, 123.32 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 85.15 manat dəbbə pulu, ümumilikdə 798.21 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş AC 676275 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətndən görünür ki, Daewoo Gentra” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA516397 ban, 0441 mühərlik nömrəli, qara rəngli nəqliyyat vasitəsinin sahibi kimi İddiaçı MMC göstərilmiş, habelə lizinq müqaviləsinə əsasən özgələşməməsinə dair xüsusi qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş, 17 iyul 2021-ci il tarixli, 369 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, lizinq alanla İddiaçı MMC arasında imzalanmış CAR-1984 saylı, 11.02.2020 -ci il tarixli daxili lizinq müqaviləsinin şərtləri pozulduğu üçün həmin müqaviilənin 9-cu bəndini rəhbər tutaraq birtərəfli qaydada ləğv ediləcəyi, lizinq obyekti və yaranmış borcu məhkəmə qaydasında tələb ediləcəyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 11.02.2020-ci il tarixli 3 saylı Əlavənin məzmunundan aydın olur ki, lizinq alan Cavabdeh 10000 manat məbləğində pul vəsaitini illik 17 % olmaqla, 36 ay müddətində hər ay 356,53 manat ödəməklə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 11.02.2020 -ci il tarixli, 1№ li Əlavənin məzmunundan aydın olur ki, 11.02.2020-ci il tarixli lizinq müqaviləsinə əsasən əldə olunan əmlakın adı “Daewoo Gentra” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA516397 ban, 0441 mühərlik nömrəli, qara rəngli nəqliyyat vasitəsi, dəyəri 10000 manat təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan 11.02.2020-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, lizinq obyekti qimsində çıxış edən əmlak lizinq alan Cavabdeh təhvil verilmişdir. Göründüyü kimi tərəflər arasında daxili lizinq müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lzinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748.2.9-cu maddəsinə əsasən lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği lizinq müqaviləsində göstərilməlidir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.6-ci maddəsinə əsasən lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlər əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında lizinq müqaviləsi bağlanılmışdır. Lizinq obyekti qismində 10000 manat dəyərində olan “Daewoo Gentra” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış etmişdir. Həmin müqaviləyə əsasən lizinq verən qismində çıxış edən iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəinə götürmüş, lizinq alan qismində çıxış edən cavabdeh isə bunun müqabilində 36 ay müddətində hər ay əsas məbləğ və lizinq mükafatı məbləği daxil olmaqla, 356,53 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, lizinq verən tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməsinə baxmayaraq, cavabdeh qismində çıxış edən lizinq alan tərəfindən isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə icra etməli olduğu lizinq ödənişləri vaxtında və lazımi qaydada icra edilməmiş,müqavilə şərtləri pozlumuşdur. Bununla da, cavabdehin iddiaçı qarşısında lizinq müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsinə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə lizinq ödənişi borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəmə qaydasında lizinq müqaviləsinin ləğvi, lizinq predmetinin geri alınması və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Məhkəmə iddia tələbi üzrə əsas borc,mükafat borcunu və hesablanmış dəbbə pulunu ayrıayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi tam təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış CAR-1984 saylı 11.02.2020-ci il tarixli daxili lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA516397 ban, 0441 mühərlik nömrəli qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, lizinq borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış CAR-1984 saylı 11.02.2020-ci il tarixli Daxili lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA516397 ban, 0441 mühərlik nömrəli qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı, Cavabdeh 11.02.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 589.74 manat, 123.32 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 85.15 manat dəbbə pulu, ümumilikdə 798.21 manat borcu və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış CAR-1984 saylı 11.02.2020-ci il tarixli Daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA516397 ban, 0441 mühərlik nömrəli qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh 11.02.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 589 (beş yüz səksən doqquz) manat 74 (yetmiş dörd) qəpik, 123 (yüz iyirmi üç) manat 32 (otuz iki) qəpik gecikdirilmiş mükafat və hesablanmış 85 (səksən beş) manat 15 (on beş) qəpik dəbbə pulu, ümumilikdə 798 (yeddi yüz doxsan səkkiz) manat 21 (iyirmi bir) qəpik borcu və ödənilmiş 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar