Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-886/2022 15.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızınınsədrliyi, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «yetkinlik yaşına çatmış əlil uşağa ödənilən alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsrafilova Təranə Gülxan qızı Cavabdeh qarşı «yetkinlik yaşına çatmış əlil uşağa ödənilən alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 193(yüz doxsan üç) manat sabit pul məbləği həddi buluğa çatmış əqli və fiziki qüsurlu(eyni zamanda yataq xəstəsi olan) X1 üçün və Mediatra ödənilən 50 manat tutularaq onun anası və qəyyumu olan X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı valideyinləri Qanuni nümayəndə ilə Cavabdeh 14 oktyabr 1998-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar.Onların rəsmi nikahından 4 dekabr 1998-ci il təvəllüdlü İddiaçı, 25.07.2003-cü il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)1329/2017 saylı 10.03.2017-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh X4 yetkinlik yaşma çatmış, lakin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan, anadangəlmə əqli, və fiziki cəhətdən qüsurlu olan (eyni zamanda yataq xəstəsi), 04. 12.1998 -ci il təvəllüdlü İddiaçı saxlanması üçün hər ay 136,60 (yüz otuz altı manat, altmış qəpik) manat alimentin İddiaçı qızma ödənilməsi Qət edilmişdir. Sonradan Qaradağ Rayon Məhkəməsinin qərarı ilə almentin miqdarı 175 manata çatdırılmışdır.Hal-hazırda İddiaçı qızma təyin edilmiş 175 manat aliment onun müalicə və qidalanması üçün azlıq təşkil edir və alimentin artrılması zərurəti yaranmışdır. Belə ki, İddiaçı təyin edilmiş 175 manat aliment onun maddi və müalicə xərclərini ödəmir.İddiaçı yataq xəstəsi olduğu üçün ona daima kənar şəxsin nəzarəti lazımdır. Bundan başqa Xəzər Rayon Məhkəməsinin 2(003)1590/2017 saylı, 30 may 2017-ci il tarixli qətnaməsi ilə 04 dekabr 2017-ci il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesb edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək,öz izahatında uşağın saxlanması üçün çox xərc tələb edildiyini, özünün isə həmin xərci ödəməkdə çətinlik çəkdiyini, özünün işlədiyini 700 manat əmək haqqı aldığını, uşağa görə 350 manat müvainət və əlavə olaraq 80 manat baxım üçün pul aldığını, cavabdehin yetərincə maddi imkanın olduğunu,yaşayış minimumu hazırda 193 manat olduğundan, istəyirəm kki həmin məbləğ qanunla müəyyən edilmiş yaşayış minimumu həddində müəyyən edilsin, cavabdeh həmin işdə işləyir, eyni maaşı alır, lakin gecə növbəsi olduqda əlavə pul alır, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək,etirazını onunla əsaslandırmışdır ki, o hər ay 680 manat əmək haqqı alır, həmin əmək haqqının 50 faizindən çoxunun alimentə görə tutulduğunu, yerdə qalan pul ilə də öz dolanacaq xərclərini ödədiyini, əgər uşağa baxa bilmirsə, ayın günlərini bölək, 15 gün o baxsın, 15 gün anası baxsın, maddi imkanı olduğu halda uşaqlarından heç vaxt gizlətməz hamısını onlara verməyə hazırdır, lakin işlədiyi yer də bəllidir, aldığı maaş da bəllidir, maddi gücüm nəyə çatır öədməyə hazırdır, uşağın müalicəsi çün də nə xərc lazımdırsa, çəkə bilər axı elə bir xərci də oxdur, dövlət tərəfindən də yetərli qədər müvainət alır, bu halların nəzərə alınaraq, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.05.2009-cu il tarixli 2(002)-401/2009 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, Cavabdeh Oqyat oğlunun gəlirinin yarısı 04 mart 2009-cu il tarixdən başlayaraq xx xxxxxx 1998-ci il təvəllüdlü İddiaçı və 25 iyul 2003-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutularaq Qanuni nümayəndə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)1329/2017 saylı 10.03.2017-ci il tarixli məhkəmə qətnaməsi əsasında Cavabdeh yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan xx.xx.1998-ci il təvəllüdlü İddiaçı saxlanması üçün 136,60 manat məbləğində aliment tutulması qət edilmiş, məhkəmənin 2(002)-2360/2021 saylı 18.08.2021-ci il tarixli qətnməsi əsasında alimentin miqdarı artıralaraq, hər ay 175 manat məbləğində müəyyən eidlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimenti məhkəmə hər ay ödənilən sabit pul məbləğində təyin etməklə yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün ödənilən alimentin miqdarını dəyişdirə və yaxud valideyni aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarın 8.13-cü bəndində qeyd edilmişir ki,alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən idida tələbinin əsası kimi istinad edilən halların müəyyən eidlməsi mümkün olmamışdır. Beləki , məhkəmə araşdırması zamanı müvafiq məhkəmə qətnaməsi əsasında uşağın saxlanması üçün müəyyən eidlmiş alimentin miqdarının artırıldığı vaxtdan sonrakı dövrdə uşağın aylıq xərcinin artması halının müəyyən edilməsi, habelə cavabdehin maddi vəziyyətində qazancım artımına dair dəyişiklik baş verməsi halının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi qanunvericiliklə müəyyən eidlmiş yaşayış minimumu məbləği artmasının alimentin məbləğinin artmasına əsas olması halı ilə bağlı məhkəmə onu qeyd edir ki, yalnız qanunvericilikdə müəyyən edilmiş yaşayış minimumu məbləğinin artımı alimentin miqdarının mütləq mənada artması üçün yeganə meyar qismində çıxış etmədiyindən, həmin əsasın da nəzərə alınması mümkün olmamışdır. Eyni zamnada məhkəmə araşdırması zamanı uşağın əvvəlki maddi təminat səviyyəsinə əhəmiyyətli dərəcədə təsir edən hər hansı hal müəyyən edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsini müəyyən etmək mümkün olmadığından, onun üzərinə yerinə yetirilməsi qeyri-mümkün olan öhdəliyin qoyulmasını məqsədəmüvafiq hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, yalnız ölkə üzrə yaşayış minimumunun dəyişdirilməsi alimentin miqdarının artırılması üçün əsas deyildir. İddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına, həmçinin cavabdehin əmək haqqında əlavə gəlirləri olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı iddia əsaslı deyildir və iddia təmin edilə bilməz. Həmçinin, məhkəmə iddia tələbinin çəkilmiş mediasiya xərcinin tutulması hissəsi ilə bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi təmin edilmədiyindən, mülki prosessual qanunvericiliyin tələbinə əsasən bu halda iş üzrə çəkilmiş xərclər iddiaçıya aid edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 124.2.-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin) 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «yetkinlik yaşına çatmış əlil uşağa ödənilən alimentin miqdarının artırılması» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-886/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-886/2022
15.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver