Məhkəmə qərarları › İş №2(002)-899/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-899/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-899/2020 02.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********58305 “iPhone X” markalı telefon üçün 168 manat ödənilməmiş hissə, 16 manat cərimə. Cəmi 184 manat. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Saçqırxan “Remington” üçün 36 manat ödənilməmiş hissə, 3 manat cərimə. Cəmi 39 manat. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple “AirPods” markalı qulaqcıq üçün 320 manat ödənilməmiş hissə, 32 manat cərimə. Cəmi 352 manat. Ümumilikdə 575 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 605 manat məbləğində borcun “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(002)-899/2020 saylı qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********58305 iPhone X markalı telefon, Saçqırxan Remington və Apple AirPods markalı qulaqcıq almış və nəticədə 575 (beş yüz yetmiş beş) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2996 (iki min doqquz yüz doxsan altı) manat (12 ay x 208 manat+ 500 manat ilkin ödəniş) olan İMEİ Kodu **********58305 iPhone X markalı telefon üçün 184 (yüz səksən dörd)manat olmaqla ondan, 168 (yüz altmış səkkiz)manat ödənilməmiş hissə, 62 (altmış iki) manat cərimə pulu (30 gün x 2.08 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 16 (on altı)manat cərimə;xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 162 (yüz altmış iki) manat (18 ay x 9 manat + 0 manat ilkin ödəniş) Saçqırxan Remington üçün 39 (otuz doqquz) manat olmaqla ondan, 36 (otuz altı) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə pulu (90 gün x 0.09 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 3 (üç)manat cərimə;xx.xx.2019cu tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 480 (dörd yüz səksən) manat (12 ay x 40 manat + 0 manat ilkin ödəniş) Apple AirPods markalı qulaqcıq üçün 352 (üç yüz əlli iki) manat olmaqla ondan, 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 96 (doxsan altı) manat cərimə pulu (240 gün x 0.4 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 32 (otuz iki) manat cərimə miqdarında borc yaranmışdır Cavabdehin cəmi ödədiyi məbləğ 3114 manat təşkil edir. AR MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh «xxxxxxxxxxx» MMC arasında xx.xx.2018-ci il tarixli bağlanmış müqaviləyə əsasən cavabdeh alğısatqı qiyməti 2996 manat olan “İphone X” markalı mobil telefon almışdır. Cavabdeh alınmış əşyaya görə müqavilənin şərtlərinə əsasən 12 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 168 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 16 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2828 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 12 ay müddətinə hər ay 208 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktına əsasən Cavabdeh müqavilələrdə göstərilən malları qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh «xxxxxxxxxxx» MMC arasında xx.xx.2018-ci il tarixli bağlanmış digər müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 162 manat olan “Remington” markalı saçqırxan almışdır. Cavabdeh alınmış əşyaya görə müqavilənin şərtlərinə əsasən 18 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 36 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 3 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 126 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 18 ay müddətinə hər ay 09 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktlarına əsasən Cavabdeh müqavilədə göstərilən malları qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh «xxxxxxxxxxx» MMC arasında xx.xx.2019-cu il tarixli bağlanmış digər müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 480 manat olan “Apple airpods” markalı qulaqcıq almışdır. Cavabdeh alınmış əşyaya görə müqavilənin şərtlərinə əsasən 12 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 320 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 32 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 160 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 12 ay müddətinə hər ay 40 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktlarına əsasən Cavabdeh müqavilədə göstərilən malları qüsursuz halda təhvil almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıqdan görünür ki, «xxxxxxxxxxx» MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyaların əvəzini tam ödəmədiyindən iddiaçının pul tələbinə dair iddia tələbi əsaslı olduğuna görə, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiatəmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********58305 “iPhone X” markalı telefon üçün 168 manat əsas borc , 16 manat cərimə. Cəmi 184 manat. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Saçqırxan “Remington” üçün 36 manat əsas borc , 3 manat cərimə. Cəmi 39 manat. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple “AirPods” markalı qulaqcıq üçün 320 manat əsas borc , 32 manat cərimə. Cəmi 352 manat. Ümumilikdə 575 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 605 manat məbləğində borcun “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Digərtərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiatəmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, 168 (yüz altmış səkkiz) manat əsas borc , 16 (on altı) manat cərimə, cəmi 184 (yüz səksən dörd) manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, 36 (otuz altı) manat əsas borc , 03 (üç) manat cərimə, cəmi 39 (otuz doqquz) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 320 (üç yüz iyirmi) manat əsas borc , 32 (otuz iki) manat cərimə, cəmi 352 (üç yüz əlli iki) manat, ümumilikdə 575 (beş yüz yetmiş) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 605 (altı yüz beş) manat məbləğində borc tutularaq, “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar