Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-9/2024 28.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X1 ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 928.32 manat məbləğində kredit, 95.43 manat məbləğində faiz və 141.78 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11654.52 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 avqust 2019-cu il tarixli, AZ-І seriyalı, 875843 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 avqust 2019-cu il tarixdə 24 №-ə ilə qeyd edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-659/2020 saylı, 24 fevral 2020-cı il tarixli qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işin icraatı Cavabdeh hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-659/2020 saylı, 24 fevral 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırıldıqdan sonra məhkəmə tərəfindən mərhum Cavabdeh vərəsələrinə vərəsəlik haqqında şəhadətnamənin verilib-verilməməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində xidmətlər baş idarəsinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində xidmətlər baş idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-5/2-11-4323/23 saylı məktubla müəyyən edilmişdir ki, mərhum Cavabdeh adına vərəsəlik işinin açılıb-açılmaması barədə müraciətə həmin idarədə baxılmış və “elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində adı çəkilən şəxsin adına vərəsəlik işinin açılması faktı aşkar edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilmədiyinə görə bu əsasla iş üzrə icraata xitam verilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 261.0.7, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-9/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-9/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver