Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-928/2022 09.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bakı şəhəri Probasiya İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Probasiya İdarəsi Cavabdeh oğluna qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nəzarət qurğusunun dəyəri,yəni 2277 manat 40 qəpik məbləğində pulun ondan alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-92/20 saylı, 03.09.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir.Hökm və onun icrasına dair hakimin 28.09.2020-ci il tarixli göstərişi 23.10.2020-ci il tarixdə Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və məhkumun ünvanına 3 gün müddətində şöbəyə gələrək qeydiyyatdan keçməsi barədə bildiri göndərilmişdir.Bundan sonra 10.03.2021-ci il tarixdə şöbənin icra məmuru X2,məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri,cəzanın ıcrası qaydaları,həmin qaydaların pozulmasının hüquqi nəticələri,o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu,həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları,hər hansımüdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi,habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir.Elə həmin müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu,bir ədəd elektron qolbaq,bir ədəd enerji toplayıcı məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir.Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir.Məhkum Cavabdeh 05.05.2021-ci il tarixli izahatında mobil qurğunu enerjiyə qoyarkən atasının əlindən yerə düşdüyünü bildirmişdir.Mobil qurğuya tərəfindən baxış keçirilmiş mobil qurğunun ekranı yararsız hala olduğu müəyyən edilmişdir.Tərəflərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277 manat 40 qəpik hesablanmışdır.Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş,lakin məhkum bu günədək dəymiş ziyanla bağlı heç bir ödəniş etməmişdir.Belə olan halda hesab edirlər ki,cavabdehin günahından,yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir.Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277.40 manat təşkil edir.Mübahisənin başqa həlli mövcud olmadığından hazır ki,iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında cavabdehi yetkinlik yaşına çatmadığından əvvəlcə onun atasının işə qanuni nümayəndə kimi cəlb edildiyini, lakin sonradan o vəfat etdiyindən onun anasının qanuni nümayəndə kimi işə cəlb edildiyini, anasının da onkoloji yataq xəstəsi olduğunu bildirərək, cavabdehin artıq cəzasını çəkib qurtardığını, lakin vurulmuş ziyanı ödəmədiyini bildirərək, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə və onun qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun qanuni nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qaradağ rayon Məhkəməsinin 1(002)-92/2020 saylı, 03.09.2020-ci il tarixli hökmünün məzmunundan görünür ki, ə əsasən, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılınası cəzasına məhkum edilməsi, Cavabdeh yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 10, hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə gün ərzində Bakı şəhəri Qaradağ rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrini yerinə yetirilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Qaradağ rayon Məhkəməsinin 1(002)-92/2010 saylı, 03.09.2020-ci il tarixli hökmü icra edilməsi üçün 28.09.2020-ci il tarixli hökmün icrası barədə göstəriş Qaradağ rayon İcra şöbəsinə göndərilmiş, 23.10.2020-ci il tarixdə şöbəyə daxil olmuş və 23.10.2020-ci il tarixdə hökmün icrası barədə göstəriş icraata qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş, 05.05.2021-ci il tarixli izahatın məzmunundan görünür ki, Cavabdeh izahatında ona verilən suallara cavab olaraq, Qaradağ rayon məhkəməsinin 03.09.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddələri təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğunu, ona təhvil verilmiş elektron nəzarət vasitəsi olan ATENTİ markalı mobil nəzarət qurğusu atasının əlindən evdə telefonu enerjiyə qoyanda yerə düşdüyünü bildirmişdir. İş materiallarında olan 21/3-1149 nömrəli, 18.06.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, Cavabdeh ona verilmiş mobil qurğunu zədələyərək yararsız vəziyyətə salmağı, bu barədə akt tərtib olunduğunu və İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün müvafiq şəxslərə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsi tərəfindən verilmiş cavab məktubunda probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında, cədvəldə qeyd olunan həmin vasitələrin dəyərinin nəzarət subyektin tutulması qeyd olunmuş, həmin cədvəldə ƏDV 347.40 manat, elektron qolbağların 1 ədədinin dəyəri 1930 manat məbləğində qeyd edilməklə, ümumi məbləğin 2277,40 manat olduğumüəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcllənin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Həmin Məcllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Qanunvericiliyin təhlilindən görünür ki, barəsində elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxsə həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilməli və bu barədə protokol tərtib edilməli, əgər həmin vasitə zədələnərsə və ya digər üsulla yararsız vəziyyətə salınarsa, onun dəyəri həmin şəxsdən tutulmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh yetkinlik yaşına çatmayan 20.09.2004-cü il təvəllüdlü Cavabdeh barəsində məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuşdur. Həmin cəzanın icrası məqsədilə icra məmuru tərəfindən ona elektron nəzarət vasitəsinin bir növü olan mobil nəzarət qurğusu tətbiq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən qanunvericiliyin tələbinə əsasən cavabdehə həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh onun barəsində tətbiq olunmuş mobil nəzarət qurğusunu zədələməklə, onu tamamilə yararsız vəziyyətə salmışdır. Bununla da, Cavabdeh onun barəsində tətbiq olunmuş mobil nəzarət qurğusunun işlək vəziyyətdə saxlanması ilə bağlı vəzifələrini icra etməyərək, həmin qurğunu yarasız vəziyyətə salmaqla, həmin qurğunun dəyəri həddində vurulmuş ziyana görə onun hüquqi məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə onu qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə qeyd edilən halları nəzərə alaraq, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, məhkumlar barəsində tətbiq olunan elektron nəzarət vasitələrinin itirilməsi və ya yararsız hala salınması hallarında onların dəyərinin müəyyən olunması üçün müvafiq dövlət qurumu tərəfindən tərtib edilmiş cədvəl əsasında müəyyən olunur. Həmin cədvəldə qeyd edilən elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat olduğu qeyd edilmişdir. Bu halda, məhkəmə cqeyd edilən halları əsas götürərək, cavabdehin hərəkətləri nəticəsinə əmlaka maddi ziyan vuurlması halının, habelə vurulmuş maddi ziyanın məbləğinin aşkar olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh 20.09.2004-cü il təvəllüdlü Cavabdeh onun barəsində tətbiq olunmuş yarasız vəziyyətə salınmış elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20.09.2004-cü il təvəllüdlü Cavabdeh yararsız vəziyyətə salınmış elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-928/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-928/2022
09.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver