Məhkəmə qərarları › İş №2(002)-944/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-944/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-944/2020 02.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********92533 X5 E markalı planşet, İConix Earphones markalı qulaqcıq üçün 44 (qırx dörd) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə. Cəmi 48 manat, 2. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********09311 Samsung Galaxy A3 markalı telefon üçün 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə. Cəmi 643 manat, 3. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********71002 Samsung J2 markalı telefon üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə. Cəmi 396 manat, 4. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********68531 Samsung J3 markalı telefon üçün 207 (iki yüz yeddi) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə. Cəmi 227 manat, Ümumilikdə 1314 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1344 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X1 ödənməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(002)- 944/2020 saylı qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********92533 X5 E markalı planşet, İConix Earphones markalı qulaqcıq, İMEİ Kodu **********09311 Samsung Galaxy A3 markalı telefon, İMEİ Kodu **********71002 Samsung J2 markalı telefon və İMEİ Kodu **********68531 Samsung J3 markalı telefon almış və nəticədə 1314 (min üç yüz on dörd) manat borc yaranmışdır. cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 529 (beş yüz iyirmi doqquz) manat (12 ay x 44 manat + 1 manat ilkin ödəniş) olan İMEİ Kodu **********92533 X5 E markalı planşet, İConix Earphones markalı qulaqcıq üçün 48 (qırx səkkiz) manat olmaqla ondan, 44 (qırx dörd)manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə;xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 936 (doqquz yüz otuz altı)manat (24 ay x 39 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********09311 Samsung Galaxy A3 markalı telefon üçün 643 (altı yüz qırx üç) manat olmaqla ondan, 585 (beş yüz səksən beş)manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə;xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 480 (dörd yüz səksən) manat (20 ay x 24 manat + 0 manat ilkin ödəniş) olanİMEİ Kodu **********71002 Samsung J2 markalı telefon üçün 396 (üç yüz doxsan altı) manat olmaqla ondan, 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə;xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 451 (dördyüz əlli bir) manat (12 ay x 23 manat + 175 manat ilkin ödəniş) olan İMEİ Kodu **********68531 Samsung J3 markalı telefon üçün 227 (iki yüz iyirmi yeddi) manat olmaqla ondan 207 manat ödənilməmiş hissə, 20 manat cərimə miqdarında borc yaranmışdır. Mülki Məcəllənin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh «xxxxxxxxxxx» MMC arasında xx.xx.2018-ci il tarixli bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 529 manat olan “X5 E” markalı planşetvə “İconix earphones” markalı qulaqcıq almışdır. Cavabdeh alınmış əşyaya görə müqavilənin şərtlərinə əsasən 12 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 44 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 4 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 485 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 12 ay müddətinə hər ay 44 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktına əsasən Cavabdeh müqavilələrdə göstərilən malları qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh «xxxxxxxxxxx» MMC arasında xx.xx.2018-ci il tarixli bağlanmış digər müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 936 manat olan “Samsung Galaxy A3” markalı mobil telefon almışdır. Cavabdeh alınmış əşyaya görə müqavilənin şərtlərinə əsasən 24 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 585 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 58 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 351 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 24 ay müddətinə hər ay 39 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktlarına əsasən Cavabdeh müqavilədə göstərilən malları qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh «xxxxxxxxxxx» MMC arasında xx.xx.2018-ci il tarixli bağlanmış digər müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 480 manat olan “Samsung J2” markalı mobil telefon almışdır. Cavabdeh alınmış əşyaya görə müqavilənin şərtlərinə əsasən 20 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 360 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 36 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 120 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 20 ay müddətinə hər ay 24 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktlarına əsasən Cavabdeh müqavilədə göstərilən malları qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh «xxxxxxxxxxx» MMC arasında xx.xx.2018-ci il tarixli bağlanmış digər müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 451 manat olan “Samsung J3” markalı mobil telefon almışdır. Cavabdeh alınmış əşyaya görə müqavilənin şərtlərinə əsasən 12 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 207 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 20 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 244 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 12 ay müddətinə hər ay 23 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktlarına əsasən Cavabdeh müqavilədə göstərilən malları qüsursuz halda təhvil almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıqdan görünür ki, «xxxxxxxxxxx» MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyaların əvəzini tam ödəmədiyindən iddiaçının pul tələbinə dair iddia tələbi əsaslı olduğuna görə, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiatəmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, “X5 E” markalı planşet, “İConix Earphones” markalı qulaqcıq üçün 44 (qırx dörd) manat ödənilməmiş hissə, 04 (dörd) manat cərimə. Cəmi 48 (qırx səkkiz) manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, “Samsung Galaxy A3” markalı telefon üçün 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə, cəmi 643 (altı yüz qırx üç) manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, “Samsung J2” markalı telefon üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə, cəmi 396 (üç yüz doxsan altı) manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, “Samsung J3” markalı telefon üçün 207 (iki yüz yeddi) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, cəmi 227 (iki yüz iyirmi yeddi) manat, ümumilikdə 1314 (min üç yüz on dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1344 (min üç yüz qırx dörd) manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxxxx” X1 ödənilməlidir. Digərtərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, 44 (qırx dörd) manat ödənilməmiş hissə, 04 (dörd) manat cərimə, cəmi 48 (qırx səkkiz) manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə, cəmi 643 (altı yüz qırx üç) manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə, cəmi 396 (üç yüz doxsan altı) manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, 207 (iki yüz yeddi) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, cəmi 227 (iki yüz iyirmi yeddi) manat, ümumilikdə 1314 (min üç yüz on dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1344 (min üç yüz qırx dörd) manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxxxx” X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar