Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-947/2020 18.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 300 manat məbləğində əsas, 90 manat məbləğində cərimə borcu və 21 manat məbləğidə dövlət rüsumu, ümumilikdə 411 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair sadələşdirilmiş icraatın iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 50/14 ünvanında (köhnə ünvan) - «Sunny Electronics» mağazasında fəaliyyət göstərən İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2013-cti il tarixdə 12287 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh aldığı 500 manat dəyərində malların -“paltaryuyan LG” dəyərini 5 ay ərzində hər ay 100 manat olmaqla ödəməli idi. Lakin ödəniş cədvəli üzrə Cavabdeh (müqavilə rəsmiləşdirilərkən əvvəlcədən ödənilmiş komisyon xidmət haqqını çıxmaq şərti ilə) heç bir ödəniş etməmişdir və sonuncu dəfə xx xxxx 2019-cu ildə 100 manat ödəniş olunmuşdur. xx xxxxxx 2013-cü il tarixdə 12287 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə kimi Cavabdeh 300 manat məbləğində əsas, 90 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehə pulu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticə əldə edilməmişdir. Cavabdehin bu hərəkəti nəticəsində ona maddi ziyan dəymişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.6-cı bəndinə əsasən alıcı ödəniş cədvəlinə müvafiq olaraq ödənişi 15 (on beş) gündən artıq gecikdirərsə, Satıcının mal(lar)ı geri tələb etmək və ya mal(lar)ın dəyərinin tam şəkildə ödənilməsini tələb etmək hüququ vardır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmənin ünvanına ərizə yazaraq, işə onun iştirakı olmadan baxılaraq idddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz edərək, iddiaçı qarşısında heç bir borc öhdəliyinin qalmadığını, borcunu tam ödədiyini, bundan əlavə 11 mart tarixində heç bir ödəniş etmədiyini, hazırki iş üzrə iddia müddətinin ötürüldüyünü bildirərək, iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dniləyib, iddia müddətinin tətbiqi barədə ərizəni və ərziədə qeyd olunan dəllilləri, habelə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməklə, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2013-cü il tarixli 12287 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 50/14 ünvanında «Sunny Electronics» mağazasında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və müqaviləyə LG” markalı paltaryuyanı alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2013-cü il tarixli 12287 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, alıcı 5 ay müddətinə, aylıq 100 məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya 300 manat əsas, 90 manat cərimə olmaqla cəmi 390 manat borcunun qaldığı bildirilmiş, göstərilən məbləği 3 iş günündə ödəməyi xahiş olunmuşdur, əks təqdirdə qanunamüvafiq qaydada aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı və borcu ilə yanaşı dövlət rüsumu da daxil olmaqla əlavə xərclər də tutulacağı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2013-cü il tarixli 12287 saylı alqı-satqı müqaviləsi üzrə 300 manat məbləğində əsas, 90 manat məbləğində cərimə borcu, ümumilikdə 390 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 50/14 ünvanında «Sunny Electronics» mağazasında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixli 12287 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmeti qismində LG” markalı paltaryuyan çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 5 ay müddətinə, aylıq 100 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı qeyd olunan müqavilə üzrə cavabdehin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, borcunu indiyədək ödəmədiyini, axırıncı ödənişin xx xxxx 2019-cu il tarixdə 100 manat məbləğində ödəniş etdiyini əsas gətirərək, cavabdehə qarşı belə bir tələb irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmidşri ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması, müqavilənin predmeti olan əşyanın cavabdeh tərəfindən təhvil alınması işin mübahisəsiz hallarıdır. Tərəflər arasında mövcud mübahisənin predmetini əşyanın dəyərinin ödnilib-ödənilməməsi ilə bağlı olan hal təşkil edir. İddiaçı iddia tələbinin əsası kimi cavabdeh tərəfindən təvil alınmış əşyanın dəyərinin tam ödənilməməsi halına istinad etmişdir. Cavabdeh tərəfin məhkəmə iclaısnda verdiyi izahatından aydın olur ki, o, müqavilə üzrə borc öhdəliyini tam icra etdiyini, iddiaçı qarşısında heç bir borc öhdəliyinin olmadığını bildirmişdir. Lakin məhkəmə araşdırmaıs zamanı cavabdeh iddia tələbinə etirazın əsası kimi istinad etdiyi qeyd olunan hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin, habelə müqavilə predmetinin cavabdeh tərəfindən təhvil alınması halını aşkar olmasını, cavabdeh tərəfindən müvafiq borcun ödənilməsini halının çek, qəbz və digər hər hansı sənədlə təsdiq olunmaması halını əsas götürərək, hesab edir ki, iddiaçı cavabdehə qarşı belə birtələb irəli sürməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, cavadeh hazırki iş üzrə mülki qnaunvericiliklə müəyyən eidlmiş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü əsas gətirərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiq eidlməsi barədə ərziəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2013-cü il tarixdə tərəflər arasında məişət texnikasının alqı-satqısına dair 12287 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən malın ümumi dəyəri olan 500 manat pul vəsaitinin 5 ay müddətində iddiaçıya ödəməli idi. İddiaçı aeyd etmişdir ki, sonuncu dəfə xx xxxx 2019-cu il tarixdə 100 manat ödəniş etmiş və bugünə kimi ödəniş etməmişdir. Belə ki, həmin müqavilə xx xxx 2014-cü il tarixə kimi qüvvədə olmuşdur. Lakin iddiaçı bu müddət ərzində məhkəməyə mürcaiət etməmiş, 6 il sonra müraciət edərək, borcun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir.Eyni zamanda bildirmişdir ki, xx.xx.2019-cu tarixdə heç bir ödəniş olunmamışdır, sadəcə iddiaçı iddia müddətinin tətbiq edilməməsi üçün belə bir addım atılmışdır.Qedy olunan halların nəzərə alınaraq, iddianın ləğv edilərək, icraata xitam verilməsi barədə qərardad çıxarılamsını xahiş etmişdir. Məhkəmə hazırki iş üzrə cavabdehin müvafiq ərizəsini və onda qeyd olunan dəlillərini nəzərə alınaraq, hazırki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsini: 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 5 ay müddətinə xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanılmış və müqavilənin müddəti xx xxxxx 2014-cü ilində bitmişdir. İddiaçı müvafiq iddia ərizəsi ilə xx xxxxxx 2020-ci il atrxidə məhkəməyə müraciət etmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən müqavilə tələbi üzrə iddia müddəti 3 il olmaqla, iddia müddətinin axımı şəxsin öz hüququnun pzoulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan, icra müddəti müəyyən edilmiş öhədliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında bağlanılmış müqavilə üzrə öhdəliyin icra müddət 5 ay müddət müəyyən edilməklə, və öhdəliyin icra müddəti xx xxxxx 2014-cü il tarixdə başa çatmışdır İdidaçı cavabdeh tərəfindən həmin kredit müqaviləsi üzrə xx xxxx 2019cu il tarixdə 100 manat ödəniş etdiyini bildirsə də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mülki qanunvericiliklə müəyyən eidlmiş 3 illik iddia müddəti ötürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin müvafiq ərizəsi əsasında iddia müddti tətbiq eidlməklə, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 21 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək,mülki qnaunvericiliyin normalarını rəhbər tutaraq, cavabdehin iddia müddətinin tətbiq eidlməsinə dair yazılı ərzisəini əsas götürərək, hesab edir ki, iddia təmin eidlməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid eidlməlidir.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödınilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-947/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-947/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver