Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-981/2021 08.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Cəfərov Rəhman Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (002)- 1554/2020 saylı qətnaməsi ilə xx xxxx 2011-ci il təvəllüdlü X6 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay əmək haqqının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşğa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq xx xxxx 2011ci il təvəllüdlü X2 və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, hər uşağa görə 180 manat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla iş üzrə Cavabdeh faktiki ailə münasibətlərindən xx xxxx 2011-ci il təvəllüdlü X2 doğulub. Daha sonra cavabdeh X11 ilə xx xxx 2012-ci ildə nikaha daxil olmuşdur. Onların birgə nikahdan xx xxxxxx 2015-ci il təvəllüdlü X10 doğulub. Cavabdehlə ailə münasibətləri pozulduğu üçün X9 qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək xx xxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxx 2015- ci il təvəllüdlü X3 ananın himayəsində saxlanılmaqla, onunla cavabdeh X8 arasında bağlanmış nikahın pozulması, xx xxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh X4 hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (002)- 1554/2020 saylı qətnaməsinə əsasən tərəflər arasında nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və xx xxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2020-ci il tarixdən başlayaraq cavabdeh X4 İddiaçı xeyrinə hər ay əmək haqqının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşğa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilib. Aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (002)-l554/2020 saylı qətnaməsi ilə xx xxxx 2011-ci il təvəllüdlü X6 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay əmək haqqının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşğa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq xx xxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı qızma ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Odur ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, müvafiq məhkəmə qətnaməsi ilə aliment təyin edildiyini, hər ay iki uşağa görə cəmi 260 manat aliment aldığını, həmin pul vəsaitinin isə uşaqların xərclərini ödəmədiyini, uşağının xəstə olduğunu, hər ay müayinəyə aparmaq məcburiyyətində qaldığını, bunun hamısı üçün xərc tələb olunduğunu, özünün heç bir yerdə işləmədiyini, uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirərək, həmin təyin edilmiş alimentin sabit pul məbləğində olan hissəsinin artıralar hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat aliment tutulmasının istədiyini bildirərək və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə malumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdıraraq, habelə iş materiallarına əlavə edilmiş sübutlar məcmuəsini əsas götürərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1554/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment» iddiası tələbinə dair iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 24,05.2012-ci il tarixdə Laçın rayon Qeydiyyat şöbəsində 79 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 İddiaçı ilə qalması və xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay əmək haqqının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan xx xxx 2012-ci il tarixli AZ-İİ 887127 nömrəli doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, X2 xx xxxx 2011-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli AZ-İİİ 659058 nömrəli doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, X10 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarın 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan övladının olması və yetkinlik yaşına çatmamış uşağın iddiaçının yanında qalması, həmçinin onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında rəsmi nikah pozulmuş, həmin nikahdan olan uşaq xx xxxx 2011-ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X10 anasının himayəsindədir. Məhkəmə qətnaməsi əsasında həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay əmək haqqının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin, iddiaçı iddia tələbinin əsası kimi müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin miqdarının uşağın saxlanması, habelə onun təhsili, sağlamlığı ilə bağlı zəruri olan tələbatlarının ödənilməsinə kifayət etməməsi halına istinad etmişdir. Bu halda, məhkəmə uşaqları tərbiyə etmək, qayğısına qalmaq, onları böyütmək hər iki valideynin borcu olduğu halda, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi halı qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verməsi halını, habelə uşaqlarının maddi digər zəruri ehtiyaclarının, tələbatlarının günü-gündən artdığını nəzərə alaraq, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə alimentin artırılan miqdarının məbləğinin müəyyən edilməsi ilə bağlı hesab edir ki, hazırki iş üzrə cavabdehin mövcud maddi vəziyyətini xarakterizə edən halların, habelə uşaqların saxlanılması, böyüdülməsi ilə bağlı öhdəliklərin icrasının hər iki valideynin borcunun olması halının nəzərə alınması məqsədəmüvafiqdir. Həmçinin, iddiaçı əlavə olaraq hər ay hər bir uşaq üçün 180 manat olmaqla, 360 manat sabit pul məbləğində aliment təyin edilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı uşaqların hər ay qeyd edilən məbləğdə xərc çəkilməsinin zəruri olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə qeyd olunan halları nəzərə alaraq, ahbelə uşaqların üstün mənafeyini, daim artan tələbatlarının, zəruri sağlamlıq, təhsil xərclərinin ödənilməsi zərurətinin olduğunu əsas götürərək, hesab edir ki, müvafiq məhkəmə qətnaməsi ilə sabit pul məbləğində təyin edilmiş alimentin məbləğinın artıralaraq, hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində müəyyən eidlməsi ağlabatan məbləğ kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx xxxx 2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1554/2020 saylı qətnaməsi ilə əlavə olaraq tutulan sabit pul məbləğində təyin edilən alimentin miqdarı artırılaraq, hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1554/2020 saylı qətnaməsi ilə əlavə olaraq tutulan sabit pul məbləğində təyin edilən alimentin miqdarı artırılaraq, hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-981/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-981/2021
08.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver