Məhkəmə qərarları › İş №2(002)-99/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-99/2021

02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-99/2021 02.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomaşınına dəyən ziyanın əvəzi olaraq 4166 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxx 2020-ci il tarixdə saat 15.00 radələrində idarə etdiyi avtomobillə Puta-Qızıldaş yolu, Korgöz qəsəbəsini qarşısından çıxarkən yol ayrıcından hərəkət edərkən “KAMAZ 5511 yük” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək avtomaşınla manevr qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmiş, daha sonra həmin maddə ilə Cavabdeh AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. “Ağcabədi Avtoservis və Ticarət Müəssisəsi MMC tərəfindən tərtib edilmiş rəyə əsasən “KAMAZ 5511 yük” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə görə cəmi 4166 manat məbləğində pul vəsaiti tələb olunur. Ona cəmi 4166 manat ziyan dəymişdir. Cavabdeh ona dəyən ziyanı könüllü ödəmək istəmir. Qanunveriliciyə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, vurduğu ziyanı qəbul edir, lakin o məbləğdə pul ödəməyə maddi imkanı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən və xx xxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmiş, daha sonra həmin maddə ilə Cavabdeh AR İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. Törədilmiş xəta nəticəsində KAMAZ 5511 yük” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulduğu qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli 18 nömrəli “Ağcabədi Avtoservis və Ticarət Müəssisəsi MMC tərəfindən tərtib edilmiş rəy görünür ki, “KAMAZ 5511 yük” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə görə cəmi 4166 manat məbləğində pul vəsaiti tələb olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Nəqliyyat vasitələrinin zədələnməsi barədə Qaradağ rayon Polis İdarəsi tərəfindən İddiaçı verilmiş 031476 nömrəli arayışdan görünür ki, “KAMAZ 5511 yük” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh idarə etdiyi avtomobil ilə qəza nəticəsində zədələnmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 0/3855 nömrəli rəyindən görünür ki, “KAMAZ 5511 yük” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3766 (üç yeddi yüz altmış altı) manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları, inzibati xəta haqqında protokol, qərar və digər sübutlarla müəyyən edilmiş işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh xx.xx.2018-ci il idarə etdiyi avtomobillə manevr etmə qaydasını pozmaqla, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə İddiaçı maddi ziyan vurması barədə inzibati protokol tərtib edilmişdir. Beləliklə, iş üzrə tərəflər arasında mübahisələdirilməyən hal-İddiaçı idarə etdiyi olan avtomobilin zədələnməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi və həmin hadisə nəticəsində iddiaçıya maddi ziyan dəyməsi halıdır. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. X3 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 3766 (üç min yeddi yüz altmış altı) manat alınaraq İddiaçı ödənilməli, 100 manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilməli, iddianın qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 3766 (üç min yeddi yüz altmış altı) manat alınaraq İddiaçı ödənilsin. 100 (yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar