Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1001/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair ilk, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qarşı borcun silinməsi barədə qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 5654.05 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilimiş 300 manat xərcin, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 5984.05 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “İddiaçı" İB 17.01.2018ci il tarixli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin müqaviləyə əsasən cavabdehin ünvanı təbii qazla təchiz edilmişdir. “Qazdan istifadə qaydalarının 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır.İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri- qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən aktlar tərtib edilmişdir. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qarşı borcun silinməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 5654.05 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, abonent hesabında 30.03.2018-ci il tarixdə sayğacdan kənar qaz xəttinin olduğu müəyyən edilmiş və buna görə də 1209,60 manat məbləğində cərimə borcu yazılmışdır. Daha sonra isə onun kənar qaz xətti ləğv edilsə də, iddiaçı dəfələrlə eyni akta istinad etmiş və onun abonent hesabına 5654,05 manat məbləğində borc hesablanmışdır. Halbuki, tərəfindən bir dəfə sayğacdan kənar qaz xəttindən istifadə edilmiş və müvafiq akt tərtib olunmuş və cərimə olunmuşdur. Lakin İddiaçı İB qanunsuz və əsassız olaraq ondan 5654,05 manat məbləğində borc tələb edir. Eyni fotoşəkilə istinad olunaraq İddiaçı İB tərəfindən aktlar yazılmış və cərimələr hesablanmışdır. Halbuki, o, bir dəfədən artıq sayğacdan kənar xəttdən istifadə etməmişdir. Amma cavabdeh əsassız olaraq bir neçə akt tərtib edərək borc məbləğini şişirtmişdir. Bundan başqa sayğacdakı qüsura görə də ondan borc tutulması qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ilk iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddia tələbini isə etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ilk iddia tələbini etiraf eməyərək onun təmin edilməməsini xahiş etdi. Qarşılıqlı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, o, sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan yalnız bir dəfə istifadə etmiş və 30.03.2018-ci il tarixli aktda göstərilən məbləğdə-1209.6 manat cərimə hesablanmışdır. Həmin tarixdən sonra isə sonra o, qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə etməmişdir. Bu barədə tərtib edilmiş aktlar həqiqətə uyğun deyildir. Həmçinin qeyd etmişdir ki, sayğaca müdaxilə olması barədə məlumatı olmamış və sayğaca müdaxilə etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 17.01.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının yaşadığı ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********10000 sayla qeydiyyata alınmış abonent koduna 5654.05 manat borc hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların təsdiq edilmiş surətlərinindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Həmin aktlar 30.03.2018-ci il tarixli 58/2345 saylı akt əsasında 1209,60 manat; 30.08.2018-ci il tarixli ******* saylı akt əsasında 1598,40 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 18.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 21.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 20.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 20.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 23.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 23.03.2020-ci il tarixli ******* saylı akt əsasında 226,30 manat hesablanmışdır. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş aktları cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə, həmin akt əsasında (30.03.2018-ci il tarixli) qazın itkisinə görə hesablanmış məbləğin tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Belə ki, cavabadeh həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə iddia tələbinin qalan hissədə təmin olunması məsələsinə qiymət verərək hesab edir ki, qalan hissədə iddia tələbi təmin edilə bilməz. Eləcə də qarşılıqlı iddia tələbi 1209.6 manat hissə istisna olmaqla qalan hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında Cavabdeh itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin aktlar tamamilə formal tərtib edilmiş, həmin ünvanda yaşayan hər hansı bir şəxsin iştirakı təmin edilmədən tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən akt iki nüsxədən ibarət olmaqla tərtib edilməli və bir nüsxəsi barəsində akt tərtib edilən tərəfə təqdim edilməlidir. Bundan əlavə, həmin aktlar tərtib edilərəkən abonentin iştirakı təmin edilmədiyindən, evə də baxış keçirilməmiş və qaz sayğacına kənar müdaxilə olduğu halda belə evdə olan qazla işlədəyən avadanlıqların siyahısı da düzgün tərtib edilməmiş müxtəlif aktlarda müxtəlif avadanlıqlar yazmaqla hansı səbəbdən aktda tərtib edilmiş günə və sərfiyyata uyğun hesablama aparmalarını iddialarında da əsaslandırmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan 30.03.2018-ci il tarixli akt əsasında hesablanmış 1209.6 manat Cavabdeh alınıb İddiaçınə ödənilməli, ilk iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh **********10000 sayla qeydiyyata alınmış abonent hesabına hesablanmış 4444.45 manat borc silinməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun və pozulmuş hüquqların bərpası ilə bağlı çəkilimiş 300 manat xərcin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 15 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan xərclər iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh 1209.6 manat və 15 manat məbləğində dövlət rüsumu, cəmi 1224.6 (bir min iki yüz iyirmi dörd manat altmış qəpik) manat tutularaq İddiaçınə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh **********10000 sayla qeydiyyata alınmış abonent hesabına hesablanmış 4444.45 (dörd min dörd yüz qırx dörd manat qırx beş qəpik) manat borc silinsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1001/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1001/2021
06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver