Məhkəmə qərarları › İş №2(003)-1006/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1006/2021

13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1006/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii X3 üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “təbii X3 üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 5450,14 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 5480,14 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 25.12.2017-ci il tarixində T/17160 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X5 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı, **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istfadə qaydaları”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpay layıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən saz xəttinə özba ına eo ulmasla onun təbii sazdan sanunsuz olara istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə akılaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında 27.03.2018-ci il tarixli ******* saylı akt əsasında 1106,20 manat, 26.04.2018-ci il tarixli ******* saylı akt əsasında 278,20 manat, 29.05.2018-ci il tarixli ******* saylı akt əsasında 146,60 manat, 29.06.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 20.07.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 24.08.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 27.09.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat: 10, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, H, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 29,03.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, 30.04.2019cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 11.03.2020-ci il tarixli ******* saylı akt əsasında 108,20 manat, cəmi 4305 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 113,10 manat, əvvəlki illərdən isə sayğac üzrə 183,84 manat. akt üzrə isə 848.20 borcu qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə müxtəlif vaxtlarda aktlar tərtib olunmuşdur. Həmin aktlardan yalnız 2018-ci ilin mart və aprel aylarında tərtib edilmiş aktları qəbul edir. Belə ki, həmin dövrdə sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etmişdir. Digər aktlar isə İddiaçı İB tərəfindən qanunsuz olaraq tərtib edilmişdir. Belə ki, aktlar tərtib edilməsində iştirakı təmin edilməmiş, aktların bir nüsxəsi qanunvericiliyin tələblərinə uyğun olaraq ona təqdim edilməmiş, formal olaraq guya onun imza etməkdən imtina etməsi qeyd edilmişdir. Eyni zamanda aktlara əlavə edilmiş fotoşəkillər də, özünün də qəbul etdiyi kimi təbii qazdan qanunsuz istifadə edilən dövrdə çəkilmiş şəkillərdi ki, bütün aktlara da eyni səkillər əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X5 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 25.12.2017-ci il tarixli T/17160 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan 27.03.2018-ci il tarixli ******* saylı akt, 26.04.2018-ci il tarixli ******* saylı akt, 29.05.2018-ci il tarixli ******* saylı akt, 29.06.2018-ci il tarixli ******* saylı akt, 20.07.2018-ci il tarixli ******* saylı akt, 24.08.2018-ci il tarixli ******* saylı akt, 27.09.2018-ci il tarixli ******* saylı akt, 31.10.2018-ci il tarixli ******* saylı akt, 30.11.2018-ci il tarixli ******* saylı akt, 28.12.2018-ci il tarixli ******* saylı akt, 31.01.2019-cu il tarixli ******* saylı akt, 28.02.2019-cu il tarixli ******* saylı akt, 29.03.2019-cu il tarixli ******* saylı akt, 30.04.2019-cu il tarixli ******* saylı akt, 30.05.2019-cu il tarixli ******* saylı akt, 28.06.2019-cu il tarixli ******* saylı akt, 31.07.2019-cu il tarixli ******* saylı akt, 30.08.2019cu il tarixli ******* saylı akt, 30.09.2019-cu il tarixli ******* saylı akt, 30.10.2019-cu il tarixli ******* saylı akt, 29.11.2019-cu il tarixli ******* saylı akt, 30.12.2019-cu il tarixli ******* saylı akt, 30.01.2020-ci il tarixli ******* saylı akt, 28.02.2020-ci il tarixli ******* saylı akt, 11.03.2020-ci il tarixli ******* saylı aktların surətlərindən görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən sayğaca müdaxilə edildiyindən 27.03.2018-ci il tarixli ******* saylı akt, 26.04.2018-ci il tarixli ******* saylı akt, 29.05.2018-ci il tarixli ******* saylı akt, 29.06.2018-ci il tarixli ******* saylı akt, 20.07.2018-ci il tarixli ******* saylı akt, 24.08.2018-ci il tarixli ******* saylı akt, 27.09.2018-ci il tarixli ******* saylı akt, 31.10.2018-ci il tarixli ******* saylı akt, 30.11.2018-ci il tarixli ******* saylı akt, 28.12.2018-ci il tarixli ******* saylı akt, 31.01.2019-cu il tarixli ******* saylı akt, 28.02.2019-cu il tarixli ******* saylı akt, 29.03.2019-cu il tarixli ******* saylı akt, 30.04.2019cu il tarixli ******* saylı akt, 30.05.2019-cu il tarixli ******* saylı akt, 28.06.2019-cu il tarixli ******* saylı akt, 31.07.2019-cu il tarixli ******* saylı akt, 30.08.2019-cu il tarixli ******* saylı akt, 30.09.2019-cu il tarixli ******* saylı akt, 30.10.2019-cu il tarixli ******* saylı akt, 29.11.2019-cu il tarixli ******* saylı akt, 30.12.2019-cu il tarixli ******* saylı akt, 30.01.2020ci il tarixli ******* saylı akt, 28.02.2020-ci il tarixli ******* saylı akt, 11.03.2020-ci il tarixli ******* saylı aktların əsasında 4069,70 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfin 26.04.2018-ci il tarixli ******* saylı aktla 5531 m3 istehlak olunmuş qaza görə 553,10 manat, 26.04.2018-ci il tarixli ******* saylı aktla 1391 m3 istehlak olunmuş qaza görə 139,10 manat borcu qəbul etməsini cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, cavabadeh tərəf həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş və cavabadeh tərəfindən etiraf edilmiş olduğu 27.03.2018-ci il tarixli ******* saylı akt, 26.04.2018-ci il tarixli ******* saylı akt üzrə hesabat aktdan görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, yay ayları üçün orta günlük iş reflimi 4 saat və hesabat 41 gün, qış ayları üçün orta günlük iş relimi 6 saat və hesabat müddəti 139 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, yay ayları üçün orta günlük iş refimi 4 saat və hesabat müddəti 41 gün, qış ayları üçün orta günlük iş reyimi 10 saat və hesabat müddəti 139 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş reiimi 18 saat və hesabat müddəti 139 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmə hesab edir ki, 27.03.2018-ci il tarixli ******* saylı akt, 26.04.2018-ci il tarixli ******* saylı akt üzrə aparılmış hesabat PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat olmaqla qış ayları üçün orta günlük iş relimi 6 saat və hesabat müddəti 139 gün aparılması əsassızdır. Həmin hesabat ümumilikdə 41 gün hesablanmaqla aparılmalı, 1x4x41=197 m3, 1,2x6x41=295,2 m3, 1,5x4x41=246 m3, 1,5x10x41=246 m3, 1,5x10x41=615 m3, 0,8x18x41=590,40 olmaqla cəmi 2189,6 m3 qaz sərfi müəyyən olunmaqala hesabat aparılaraq qaz itkisinə görə 2189,6x0.10= 218,96 manat hesabat aparılmalıdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən etiraf edilən aktlar istisna olmaqla digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında tirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, 358,06 manat cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 15 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 15 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 358,06 manat borc və 15 manat məbləğində dövlət rüsumu, cəmi 373,06 (üç yüz yetmiş üz manat 06 qəpik) manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar