Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-101/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı, Cavabdehyeviçin, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdehyeviçə qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehyeviçə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 2564,70 manat məbləğində maddi ziyanın, habelə 4600 manat məbləğində əzilmiş avtomaşının təmir edildikdən sonra əmtəə görünüşünü itirdiyinə görə cəmi 7164,70 manat məbləğində maddi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində ona məxsus Kia Cerato markalı **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri N.Rəfiyev küçəsində parklanmış vəziyyətdə olarkən, həmin küçə ilə hərəkət edən Cavabdeh tərəfindən idarə olunan “Audi A4” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı minik avtomaşınla manevr qaydalarını pozması nəticəsində zəncirvari qəzaya səbəb olmuş, nəticədə ona məxsus Kia Cerato markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomaşına və daha iki digər avtomaşına maddi ziyan yetirmişdir. Hadisə yerinə Bakı şəhər BPİ-nin Müşayiət-Eskort bölüyünün YPX baş inspektoru, polis baş leytenantı X2 gəlmiş, baş vermiş yol-nəqliyyat hadisəsi faktını aşkar edərək rəsmiləşdirmiş, bu məqsədlə xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati protokol, hadisə yerinin sxemi və təlimata uyğun olaraq yol-nəqliyyat qəzası nəticəsində avtomobillərin zədələnməsi barədə müvafiq arayış tərtib edilmişdir. Eyni zamanda, hadisədə günahkar olan “Audi A4” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı minik avtomaşının sürücüsü Cavabdeh barəsində yuxarıda qeyd olunan qəza barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla o, inzibati tənbeh vermə haqqında qəbul olunmuş xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati icraat gedişində süürcü Cavabdeh törətdiyi inzibati xəta barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermədiyindən həmin qərar qanuni qüvvəsini almışdır. Hazırkı yol-nəqliyyat hadisəsində hadisəyə səbəb olan sürücünün diqqətsizliyinə görə Kia Cerato markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomaşını mexaniki ziyan almış və əhəmiyyətli dərəcədə deformasiyaya uğramışdır. Avtomaşına dəymiş ziyan 4446,2 manat miqdarında qiymətləndirilir. Bu barədə Kia Motors texniki servis mərkəzindən xx.xx.2020-ci il tarixdə müvafiq qüsur aktı alınmışdır. Bundan başqa, ona məxsus avtomaşının yol-nəqliyyat hadisəsində zədələnməsi səbəbindən təmir olunması ilə əlaqədar əmtəə dəyərinin 20%-ni itirmişdir. Yəni, avtomaşın bərpa olunduqdan sonra, yol-nəqliyyat hadisəsinə qədərki əmtəə dəyəri 20% aşağı düşmüşdür. Başqa sözlə, mülkiyyətində olan 2013-cü il buraxılışlı Kia Cerato markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomaşının hazırda bazar dəyəri təxminən 23.000 manat olduğundan, avtomaşının əmtəə görünüşünün itirilməsi nəticəsində ona daha 4600 manat ziyan dəymişdir. Göstərilənlərlə bağlı o, müvafiq qaydada cavabdeh “MEQA” sığorta şirkətinə müraciət edərək sığorta hadisəsi barədə məlumat vermişdir. Şirkət sənədləşmə apardıqdan sonra zəncirvari qəzada maddi ziyan çəkmiş hər 3 avtomobilin sahibinə ümumilikdə 5000 manat məbləğində vəsait ayırmış və məbləğ 3 avtomaşına dəyən zərəri özündə əks etdirən Kia Motors texniki servis mərkəzindən “MEQA” sığorta şirkətinə təqdim olunmuş xx.xx.2020-ci il qüsur aktına əsasən proporsional olaraq bölünmüşdür. Bölgüdən ona 1881,5 manat müəyyən edilmiş və ödənmişdir. Avtomaşınına dəyən zərərə görə hesablanmış məbləğ barədə .xx.xx.2020-ci il tarixli 444-04/20 İTŞ saylı məktubla məlumat verilmişdir. Məbləği əldə etməsinə dair xx.xx.2020-ci il tarixli məxaric qəbzi əldə etmişdir. Qəbzdə köçürmə haqqı olan 0,5% tutulduqdan sonra 1872 manat məbləğin ona ödənildiyi öz əksini tapmışdır. Ona dəymiş maddi ziyan sığorta şirkətindən ayrılmış 1881,5 manat vəsaitin ona məxsus avtomaşına dəymiş 4446,2 manat maddi ziyandan çıxıldıqdan sonra qalan 2564,7 manat miqdarında birbaşa ziyan və 4600 manat məbləğində avtomaşının təmirdən sonra itirdiyi əmtəə dəyəri cəmləndikdən sonra ümumilikdə 7164,7 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, yol nəqliyyat hadisəsi nəticəsində Cavabdehyeviç təqsirkar bilinmiş və göstərilənlərlə bağlı o, müvafiq qaydada cavabdeh “MEQA” sığorta şirkətinə müraciət edərək sığorta hadisəsi barədə məlumat vermişdir. Şirkət sənədləşmə apardıqdan sonra zəncirvari qəzada maddi ziyan çəkmiş hər 3 avtomobilin sahibinə ümumilikdə 5000 manat məbləğində vəsait ayırmış və məbləğ 3 avtomaşına dəyən zərəri özündə əks etdirən Kia Motors texniki servis mərkəzindən “MEQA” sığorta şirkətinə təqdim olunmuş xx.xx.2020-ci il qüsur aktına əsasən proporsional olaraq bölünmüşdür. Bölgüdən ona 1881,5 manat müəyyən edilmiş və ödənmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdehyeviç iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, o, baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilməmiş, barəsində tərtib edilmiş protokolu qəbul etməmişdir. Onun avtomobili iddiaçının avtomobili ilə toqquşmamışdır. Ekspert rəyi ilə də razı deyil. Belə ki, iddiaçının avtomobili 2003-cü il buraxılışlıdır. Tələb olunan məbləğdə ziyanın dəyməsi real deyildir, məbləğ şişirdilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və cavabdehin izahatındakı xüsusatları təsdiq etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyünün xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində saat 17:25-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyünün xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində saat 17:00-da N.Rəfiyev küçəsində AUDİ A4 minik markalı ** VP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə nəticədə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 40 manat miqdarında cərimə edilmişdir. İş materiallarından görünür ki, “KİA CERATO” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD seriyalı 126679 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçıdır. İş materiallarında olan “Kia Motors” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “KİA CERATO” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri və təmiri üçün 4446,20 manat tələb olunur. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/3641 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Kia Motors” servis mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışılı “KİA CERATO” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4635,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdehyeviçin baş vermiş yolnəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin, yəni həmin avtomobilin təmirinə çəkilmiş vəsaitin ödənilməsini tələb edir və həmin zərərin həcmini 2564,7 manat məbləğində qiymətləndirir. İddiaçının tutulmalı zərərin həcminin məhz qeyd olunan məbləğdə olması ilə bağlı təqdim etdiyi sübutları “Kia Motors” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktı (4446,20 manat) və “MEQA” sığorta şirkəti tərəfindən ona ödənilmiş pul vəsaitidir (1881,5 manat), (4446,20-1881,5=2564,7 manat). Cavabdeh tərəf isə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olmadığını bildirir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərər iddiaçının tələbi həcmində 2564,7 manat (ekspert rəyində 4635 manat) müəyyən edilməli və müvafiq olaraq iddia tələbi həmin hissədə qismən təmin olunmaqla iddiaçıya məxsus “KİA CERATO” markalı **-KL-*** dövlət nömrə nişanlı avtomobilə dəyən zərərin əvəzi kimi, 2564,7 manat Cavabdehyeviçdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə hüsab edir ki, iddia tələbi əzilmiş avtomaşının təmir edildikdən sonra əmtəə görünüşünü itirdiyinə görə 4600 manat məbləğində pulun tutulması hissəsində əsassızdır. Belə ki, ekspert rəyi ilə vurulmuş zərərin müəyyən edilərkən avtomobilin mümkün əvvəlki vəziyyətində bərpası anlayışına gəlir. Bundan başqa iddiaçı həmin hissədə tələbini əsaslandıran sübutları məhkəməyə təqdim etməmiş, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən iddia tələbi qeyd olunan hissədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat tərəflər arasında bölüşdürülməklə, 50 manatı Cavabdehyeviçdən, 50 manat İddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehyeviçdən 2564,7 manat məbləğində dəymiş maddi zərər və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, cəmi 2584,7 (iki min beş yüz səksən dörd manat yetmiş qəpik) manat alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan 10 (on) manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 (əlli) manatı Cavabdehyeviçdən, 50 (əlli) manatı İddiaçı alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-101/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-101/2021
23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver