Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-103/2021 17.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Qədirova Vəfa idris qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 21L000001600 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 021R**********S saylı, xx.xx.2016-cı il tarixli 021R**********SA saylı, xx.xx.2016-cı il tarixli 021R**********8B saylı, xx.xx.2016cı il tarixli 021R**********SC saylı, xx.xx.2016-cı il tarixli 021R**********SD saylı, xx.xx.2017-ci il tarixli 021R**********8G saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 14072,79 ABŞ dolları ödəmiş onun 15927,21 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020–ci il tarixə hesablanmış faiz borcu 13105,98 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020–ci il tarixə hesablanmış cərimə 12172,62 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndin əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqaviləüzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 021R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 15927,21 ABŞ dolları məbləğində kredit borcu, 13105,98 ABŞ dolları məbləğində faiz borcu və 12172,62 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumiliklə cəmi 41205,81 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Qədirova Vəfa idris qızı iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, bank tərəfindən hesablanmış borc məbləği ilə razı deyildir. Belə ki, bank tərəfindən borc düzgün hesablanmamış, cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2012-ci il tarixində Cavabdeh1 ilə İddiaçı ASC arasında 21L000001600 saylı kredit xətti müqaviləsi imzalanmışdır. Həmin kredit xətti “fə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixində 021R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 24 ay müddətinə, 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı olaraq onunla İddiaçı ASC arasında xx.xx.2012-ci il tarixində, 21S000003909 saylı zaminlik müsaviləsi imzalanmışdır. (lakin həmin zaminlik müqaviləsində kreditin faizi barədə heç bir məlumat verilməmişdir. Sonuncu dəfə xx.xx.2017-ci il tarixində imzalanmış kredit razılaşması və ödəniş planına əsasən kreditin müddəti 8 ay müddətinə, yəni xx.xx.2018-ci il İn tarixinədək uzadılmışdır. Belə ki, zaminliklə təmin edilmiş öhdəliyin müddəti xx.xx.2018-ci il tarixində bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü bəndinə əsasən xx.xx.2012-ci il tarixli, **********07 saylı zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 21L000001600 saylı xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 021R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmış və həmin müqavilə əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli ödəniş planından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdən xx.xx.2017-cı il tarixədək İddiaçı QSC-yə 30000 ABŞ dolları əsas kredit borcu, 9074,06 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları komisiya haqqı borcu olmaqla, cəmi 39074,06 ABŞ dolları məbləğində borcu ödəməli idi. İş materiallarında olan kreditin verilməsi barədə qəbzin surətindən aydın olur ki, Cavabdeh1 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 021R**********S saylı, xx.xx.2016-cı il tarixli 021R**********SA saylı, xx.xx.2016-cı il tarixli 021R**********8B saylı, xx.xx.2016cı il tarixli 021R**********SC saylı, xx.xx.2016-cı il tarixli 021R**********SD saylı, xx.xx.2017-ci il tarixli 021R**********8G saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Eyni zamanda, işə əlavə olunmuş zaminlik müqavilələrindən görünür ki, əsas borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nın zaminliyi ilə təmin edilmiş və onlar bank qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2015-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə 15927,21 ABŞ dolları əsas kredit borcu, 13105,98 ABŞ dolları faiz borcu, 12172,62 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 41205,81 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2015-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixə 15927,21 ABŞ dolları əsas kredit borcu, 6342,22 ABŞ dolları faiz borcu, 3582,87 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 25852,3 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, İddiaçı QSC hazırkı iddia üzrə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/3642 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx xxxxxx 2015-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, xx xxxxxx 2015-ci il tarixli, 021R********** saylı kredit razılaşması, xx xxxxx 2015-ci il tarixli “Saziş”, xx xxxxxx 2016-cı il tarixli “Saziş”, xx xxxx 2016-cı il tarixli “Saziş”: xx xxxxxxx 2016-cı il tarixli “Saziş”; xx xxxxxx 2016-cı il tarixli “Saziş”; xx xxxxxx 2017-ci il tarixli “Saziş”in şərtlərinə müvafiq olaraq Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixə əsas borcu üzrə 15940,31 ABŞ dolları, faiz borcu üzrə 0.00 ABŞ dolları. xx.xx.2020-ci il (maliyyə arayışı) tarixə illik 5% hesablamaqla əsas borc üzrə 15940,31 ABŞ dolları, faiz borcu üzrə 1279,65 ABŞ dolları məbləğində borcunun olduğu hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5976 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx xxxxxx 2015-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, xx xxxxxx 2015-ci il tarixli, 021R********** saylı kredit razılaşması, xx xxxxx 2015-ci il tarixli “Saziş”, xx xxxxxx 2016-cı il tarixli “Saziş”, xx xxxx 2016-cı il tarixli “Saziş”: xx xxxxxxx 2016-cı il tarixli “Saziş”; xx xxxxxx 2016-cı il tarixli “Saziş”; xx xxxxxx 2017-ci il tarixli “Saziş”in şərtlərinə müvafiq olaraq Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixə əsas borcu üzrə 16124,98 ABŞ dolları, faiz borcu üzrə 3419,97 ABŞ dolları məbləğində borcunun olduğu hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 21L000001600 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 021R**********S saylı, xx.xx.2016-cı il tarixli 021R**********SA saylı, xx.xx.2016-cı il tarixli 021R**********8B saylı, xx.xx.2016cı il tarixli 021R**********SC saylı, xx.xx.2016-cı il tarixli 021R**********SD saylı, xx.xx.2017-ci il tarixli 021R**********8G saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqısatqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (ABŞ dolları və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına alavə xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Elşad Cavadov müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən pulun tutulmasına münasibətdə iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, faiz borcuna görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı əsasında təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 9/5976 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan cəmi borcu 19.544,95 ABŞ dolları məbləğində müəyyən edilir. Həmin rəydən görünür ki, Cavabdeh1 əsas borcu 16.124,98 ABŞ dolları və faiz borcu isə 3.419,97 ABŞ dolları, cəmi kredit borcu isə 19.544,95 ABŞ dolları məbləğində təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi xx.xx.2021-ci il tarixli, 9/5976 saylı rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Lakin, məhkəmə cavabdehdən tutulmalı olan əsas borca münasibətdə qeyd edir ki, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyində xx xxxxxx 2021-ci il tarixli ekspert rəyində xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixə cavabdehin banka olan əsas borcunun 16124,98 ABŞ dolları olması müəyyən edilsədə iддиачыnın məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən ися cavabdehin xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixə olan ясас боръu 15927,21 ABŞ dolları təşkil едир. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Мящкямя щесаб едир ки, хцсуси билийи олан орган ъавабдещин əsas боръунун иддиа едиляндян артыг олдуьуну мцяййян ется дя, мящкямя верилмиш тялябляр цзря гятнамя чыхармалы олдуьундан, ясас боръу гейд едилян ряйлярля мцяййян едилмиш щяддя дейил, iддиачыnın məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışında göstərilən həddə, yəni 15927,21 ABŞ dolları məbləğində iddiaçının xeyrinə тутулмалыдыр. Məhkəmə, cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli rəylərinə müqayisəli şəkildə qiymət verərək qeyd edir ki, iддиачыnın məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixə olan faiz боръu 6342,22 ABŞ dolları təşkil едир. xx xxxxxx 2021-ci il tarixli ekspert rəyində isə xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixə cavabdehin banka olan əsas borcunun 3419,97 ABŞ dolları olması müəyyən edilmişdir. Məhkəmə ekspertin хцсуси билийə malik olduğunu nəzərə alaraq, cavabdehdən faiz borcuna görə ekspert rəyində hesablanmış həddə, yəni 3419,97 ABŞ dolları faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, kredit müqaviləsi və ona əlavə bağlanmış razılaşma üzrə verilmiş kreditin xx.xx.2018-ci il tarixədək qaytarmalı olduğu nəzərdə tutulmuşdur. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 12172,62 ABŞ dolları cərimə cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 300 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda digər cavabdehlərin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə alınmış 30000 ABŞ dollarına görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarına əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (Mülki Məcəllənin 470-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına və Mülki Məcəllənin 472.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Konstitusiya Məhkəməsinin bu hala dair qərarında qeyd olunan mövqeyə əsaslanmaqla məhkəmə qeyd edir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 21L000001600 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması əsasında 24 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Hazır ki iş üzrə zaminlərin əlavə sazişlər bağlanarkən məlumatlarının olmaması halına istinad edilməklə həmin kredit razılaşması üzrə zaminliklərinə xitam verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarında olan zaminlik müqavilələrindən də göründüyü kimi, zaminlər kredit xətt müqaviləsində göstərilən müddətdə və məbləğdə əsas borcluya veriləcək kredit borcları üzrə öhdəliyin borclu tərəfindən yerinə yetirilməyəcəyi halda birgə məsuliyyət daşımalarını qəbul etmişlər. Bununla da hazırda həmin xətt müqaviləsi çərçivəsində borcluya müxtəlif vaxtlarda kreditlərin verilməsi barədə razılaşmalardan məlumatsız olmalarına əsaslanılması əsassız olardı. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırki iş üzrə kreditor tərəfindən zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarının, yəni kreditin ümumi məbləğinin artırılması, kreditin faizinin artırılması, kreditin valyutasının dəyişdirilməsi, kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar edilməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, həmi xətt müqaviləsi üzrə zaminliyə xitam verilə bilməz. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdirlər. Buna görə də, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh1 pul vəsaitini qaytamaqla bağlı öhdəliyi üzərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən almaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Bu Məcəllənin 108.2.-ci maddəsində isə göstərilib ki, «Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanunamüvafiq olaraq müəyyən edilir». Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin olunduğundan iddiaçının xeyrinə cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan rəyə əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri 150 manat təşkil edir. İş materiallarında olan rəyə əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2021-ci il tarixli ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış məhkəməmühasibatlıq ekspertizalarının dəyəri ümumilikdə 300,0 manat təşkil edir. Məhkəmə hesab edirki, iddia qismən təmin olunduğundan aparılmış ekspertiza tədqiqatının dəyərindən 300,0 (üç yüz) manat pulun 225,0 (iki yüz iyirmi beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada, qalan hissəsi 75,00 (yetmiş beş) manat İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 15927,21 ABŞ dolları əsas, 3419,97 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19647,18 (on doqquz min altı yüz qırx yeddi ABŞ dolları, on səkkiz sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. Ekspertiza xərci kimi 300,0 (üç yüz) manat pulun 225,0 (iki yüz iyirmi beş) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada, 75,00 (yetmiş beş) manatı İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-103/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-103/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver