Məhkəmə qərarları › İş №2(003)-1049/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1049/2022

30.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1049/2022 30.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 11500 manat və ödənilmiş 125 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin iyun ayında ona məxsus olan avtomaşını təmir etmək üçün Şüvəlan qəsəbəsində yaşayan Cavabdeh vermişdir. X1 əsnasında ona təklif etmişdir ki, qəzaya uğramış avtomaşınları təmir etmək üçün ona pul versin, o isə həmin avtomaşınları təmir edərək satsın və birlikdə pul qazansınlar. O Cavabdeh təklifi ilə razılaşaraq, 2020-ci ilin iyun ayında yaşadığı evin qarşısında avtomobil ticarəti etmək üçün ona 14500 manat məbləğində pul vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Cavabdeh onu aldadaraq pullarını əlindən almış və avtomobil ticarəti etməmişdir. Cavabdeh ona verdiyi 14500 manat məbləğində pulun yalnız 1000 manatını ona qaytarmış, qalan pulu isə qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də o, Cavabdeh barəsində şikayət ərizəsi ilə Xəzər rayon Polis İdarəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsi əsasında Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı X.Yolçuyev araşdırmaya başlamış, onu və Cavabdeh Xəzər RPİ-nin 1-ci PŞ-ya dəvət edərək izahatlarını almışdır. Cavabdeh Xəzər RPİ-nin 1-ci PŞ-da verdiyi izahatda bildirmişdir ki, ona məxsus olan maşını təmir edən zaman onunla tanış olub və avtomobil ticarəti ilə məşğul olmaq, daha sonra isə əldə olunan qazancı bölmək üçün ondan pul istəyib. Cavabdeh izahatında onun təklifi ilə razılaşaraq ona 12500 manat məbləğində pul verdiyi də qeyd etmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, bir ədəd avtomobil təmir etdikdən sonra həmin avtomobili satmış və avtomobilin satışından əldə olunan puldan 1000 manat məbləğində pulu ona qaytarmışdır. Həmçinin o, dələduzluq niyyəti olmadığını, 12500 manat məbləğində pulu ticarətlə məşğul olmaq məqsədilə aldığını və qalan 11500 manat məbləğində pulu tezliklə qaytaracağını da izahatında göstərmişdir. Onunla Cavabdeh arasındakı mübahisə mülki xarakterli olduğundan Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı X.Yolçuyev ərizəm əsasında toplanmış materialları nəzərdən keçirlərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. O da mülki qaydada məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İddiaçı pulu aldığını etiraf edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iddiaçının və cavabdeh izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görəiddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iclasında cavabdehin vermiş olduğu ifadəsindən görünür ki, Cavabdeh mülki iş üzrə İddiaçı 12500 manat pulu almış, həmin puldan 1000 manatını qaytarmış, lakin qalıq 11500 manat pulu isə qaytarmamışdır. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə cavabdehin etirafını qəbul edir və hesab edir ki, Cavabdeh 11500 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumu Cavabdeh alınaraq iddaçı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11500 manat və ödənilmiş dövlət rüsumuna görə 125 manat olmaqla, cəmi 11625 (on bir min altı yüz iyirmi beş) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar