Məhkəmə qərarları › İş №2(003)-1055/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1055/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1055/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, "xxxx" KB ASC-nin Cavabdeh Elburus qızına qarşı pul tələbinə dair sadələşdirilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh Elburus qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Elburus qızından iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 262,20 manat əsas, 0,88 manat faiz borcu olmaqla, cəmi 263,08 manat pulun və 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfəindən məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə edilməmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsinə cavabdehə pretenziya məktubunun ünvanlanması barədə sənəd əlavə edilsə də, həmin sənədin təqdim edilməsinə dair poçt sənədi əlavə edilməmişdir. Belə ki, iddia ərizəsinə poçt qəbzi əlavə edilsə də, həmin qəbz ünvan sahibinə çatdırılması sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinin tələblərinə (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi) riayət edilməmişdir. Eyni zamanda iddiaçı "xxxx" KB ASC cavabdehin poçt ünvanı barədə sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə Cavabdeh Elburus qızına məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətini əlavə edilsə də, həmin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti 09.09.2020-ci il tarixdə bitmişdir. Bu isə məhkəmə tərəfindən eyniləşdirilmənin aparılması imkanını məhdudlaşdırmış olur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin analogiya üzrə tətbiqinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədiyi üçün onun məhkəmə icraatı qeyri-mümkündür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin müəyyən edilmiş tələblərə riayət etməklə məhkəməyə verilmədiyindən iddiaçının ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh Elburus qızına qarşı Cavabdeh Elburus qızından iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 262,20 manat əsas, 0,88 manat faiz borcu olmaqla, cəmi 263,08 manat pulun və 30,40 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsinin qəbulundan imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar