Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1059/2025 11.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3120 manat məbləğində borc pulun, vəkilə ödənilmiş xidmət haqqı kimi 326 manat məbləğində pul vəsaitinin və ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 yanvar 2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh öz aralarında notariat qaydada borc müqaviləsi bağlamışlar. İddiaçı Cavabdeh ilə bağladığı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3120 (üç min yüz iyirmi) manat pulu xx.xx.2024-cü ıl tarixədək ödəmək şərti ilə Cavabdeh vermişdir. xx.xx.2024-cü il tarixə cavabdeh tərəfindən 3120 iddiaçıya ödənilməmişdir. Halbuki cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixədək iddiaçı ilə aralarında yuxarıda qeyd olunan bağlanmış müqavilə əsasında 3120 manat pulu tam ödəmək öhdəliyi götürülmüş, dəfələrlə şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən hal-hazıradək borc ödənilməmişdir. Hazırda cavabdeh həmin borcu qaytarmaqdan imtina etdiyi üçün iddiaçının məhkəmə qaydasında həmin pulun alınması xahişi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəməyə müraciət etmə qaydasını və borc pulun alınması üçün hansı addım atmalı olduğunu, bilmədiyindən vəkilə müraciət edərək ona köməklik göstərilməsini xahiş etmişdir. Həmin xidmətin göstərilməsi üçün vəkillə xidmət müqaviləsi bağlanılıb və bu xidmətə görə iddiaçı 326 manat ödəniş etmişir. Mülki Prosesual Məcəlləsinin müfaviq maddəsinin tələbinə əsasən cavabdeh şəxsə mübahisənin məhkəmədən kənar həlli üçün pretenziya qaydasında müraciət olunmuş, lakin heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış və 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisi tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı borc verən qismində borc alan Cavabdeh 3120 manat borc verməyi, sonuncu isə həmin borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri 11 saylı Vəkil Bürosu tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli, 1204 saylı arayışdan görünür ki, İddiaçı ilə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə arasında hazırki mülki iş üzrə iddiaçının hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2024-cü il tarixli, EM-1850VK-16003/24 saylı müqavilə bağlanmışdır və həmin müqavilə üzrə 326 manat məbləğində xidmət haqqı ödənmişdir. İş materiallarında olan hökümət ödəniş portalına ödənilmiş 26 dekabr 2024-cü il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə verdiyi borc pulu geri tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Buna görə də, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır. Belə ki, hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcun iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, borcun qaytarılmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3120 manat məbləğində borc pul və vəkilə ödənilmiş xidmət haqqı kimi 326 manat məbləğində pul vəsaiti, ümumilikdə 3446 manat məbləğində pul vəsaiti və ödənilmiş 55 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh 3120 (üç min bir yüz iyirmi) manat məbləğində borc pul və vəkilə ödənilmiş xidmət haqqı kimi 326 (üç yüz iyirmi altı) manat məbləğində pul vəsaiti, ümumilikdə 3446 (üç min dörd yüz qırx altı) manat məbləğində pul vəsaiti və ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-1059/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1059/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver