Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1062/2025 22.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (əri) X5, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "həyətə girişin bərpası və pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona 500 manat darvazaya görə zərərin ödənilməsi, onun və ailə üzvlərinin yaşadığı ünvan 1 ünvana girişin təmin edilməsi və 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh əsl cavabdeh kimi X9 ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (əri) X10 məhkəmə iclasında göstərdi ki, 2021-ci ildə oğlunun müalicəsi üçün ona məxsus torpaq sahəsinin bir hissəsini X8 41000 manata satmışdır. Cavabdeh ona məxsus ağacları kəsib, darvazanı oğurlayıb, onların yollarını bağlayıb. Yol bağlı olduğuna görə evinə girə bilmir, qonşu tərəfdən evə girir. Hal-hazırda orada İlqar adlı şəxs ailəsi ilə birgə yaşayır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında əvvəlki cavabdeh qismində iştirak edən X9 göstərdi ki, iddianı qəbul etmir. 2020-ci ildə iddiaçı onlara torpaq sahəsi və ümumi sahəsi 241 kv.m olan yarımtikili satmışdır. Lakin iddiaçı onlara tikintiyə icazə verməmişdir. O 2024-cü ilin yanvar ayında Cavabdeh bu evi torpaqla satmışdır. Cavabdeh həmin yarımtikilini təmir edib sonra özü də Kazımova Aynurəyə satmışdır. Həmçinin o, darvazanı oğurlamayıb. Bu barədə xəbəri yoxdur. İddiaçının öz evinə girişi vardır. Cavabdeh məhkəmə iclasında göstərdi ki, tələbi qəbul etmir. X3 yarımtikili evi və torpaq sahəsi alıb. Sonra evi tikib başa çatdırmışdır. Darvaza əvvəl olmuşdur, həmin darvaza köhnə idi və evi satanda darvazanın pulunu iddiaçıya vermişdir. O isə darvazanı ustalara verib və onlar da darvazanı satıblar. xx.xx.2024-cü il tarixdə iddiaçı yoldan istifadə etmək üçün ondan 10-15 gün möhlət istədi. İddiaçı öz həyətinə girib-çıxa bilir, onun başqa darvazası var. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə cavabdehin izahatını təsdiqləyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan xx.xx.2003-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, 9 saylı fərdi yaşayış evi Belavina Anna X1 miras qalmışdır. İş materiallarına əlavə edilən xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı, X10, X12 və X14 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, 9 saylı fərdi yaşayış evindən ümumi sahəsi 90,9 kv.m yaş. sah.,63 kv.m yar.sah. 27,7 kv.m 4 otaqdan 2 otağı və mülkiyyətlərində olan 0,05148 torpaq sahəsindən 0,02 ha torpaq sahəsini X7 10000 manata satmışdılar. İş materiallarında olan Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,03148 ha torpaq sahəsindən və 2 otaqdan ibarət bir hissə xx.xx.2012-ci il tarixdən İddiaçı 0,02 ha torpaq sahəsindən və 2 otaqdan ibarət bir hissə isə xx.xx.2012-ci il tarixdən X4 mülkiyyətindədir. İş materiallarına əlavə olunan Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,03148 ha torpaq sahəsindən və 2 otaqdan ibarət bir hissə xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı, X10, X12 və X14 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0515 ha olan torpaq sahəsindən onlara məxsus hissədən hər biri 60,25 kv.m olmaqla, ümumlikdə 241 kv.m sahəni X8 7000 manata satmışdılar. İş materiallarına əlavə olunmuş Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, 9F saylı sahə xx.xx.2020-ci il tarixdən X6 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,0074 ha torpaq sahəsindən və 2 otaqdan ibarət bir hissə xx.xx.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, 9F saylı sahə xx.xx.2024-cü il tarixdən Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan diskdəki görüntülərdə iddiaçı və cavabdehin ayrı-ayrı girişlərin görüntüləri var. İddiaçı bildirdi ki, xx.xx.2024-cü il tarixdən bu girişdən istifadə edir. xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən yerində müayinə keçirilmişdir. Yerində müayinədə müəyyən olunmuşdur ki, sözügedən ünvanda iddiaçının və cavabdehin ayrıayrı evləri var və həyətə girişləri ayrıdır. İddiaçı istəyir ki, köhnə yol bərpa olunsun və o, öz həyətinə Kazımova Aynurə mülkiyyətində olan həyətində istifadə etsin və girib-çıxsın. Məhkəmədə müəyyən olundu ki, sözügedən ünvanda iddiaçının və cavabdehin ayrıayrı evləri var və həyətə girişləri ayrıdır. Buna görə də məhkəmə hesab edir ki, evə girişin təmin edilməsi tələbiə əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının cavabdehin darvazanı oğurlaması və ya darvazaya zərər verməsi barədə sübut təqdim etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, bu tələb əsassızdır və təmin olunmamalıdır. Eyni zamanda iddiaçı cavabdehdən mənəvi zərərə görə 500 manat məbləğində pul tələb etmişdir. Lakin iddiaçı ona dəymiş hər hansısa mənəvi zərərlə bağlı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, bu tələb əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə müəyyən olundu ki, iddiaçının heç bir tələbi təmin edilməmişdir buna görə də məhkəmə hesab edir ki, iddiaçının ödənilmiş 100 manat dövlət rüsumu tələbi əsassızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1062/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1062/2025
22.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver