Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1064/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması barədə” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı qızı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2003-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahdan bir uşaqları olmuşdur: xx xxxx 2005-ci il təvəllüdlü X7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(003)-1316/2011 saylı qətnaməsinə əsasən bir uşağının saxlanması üçün cavabdehdən hər ay 154 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmışdır. Hazırda məhkəmə qətnaməsi əsasında təyin edilmiş 154 manat aliment uşağının saxlanmasına çatmır. Hər ay uşağının geyim, yemək və digər xərclərinə 800 manat xərci çıxır. Cavabdeh onlara heç bir yardım göstərmir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(003)-1316/2011 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək cavabdehdən onun xeyrinə bir uşağının saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, iddiaçıdan ümumilikdə 154 manat aliment alır. Həmin məbləğ uşağın saxlanmasın kifayət etmi. Həmçinin bildirdi ki, o ikinci dəfə nikaha daxil olub və həmin nikahdan bir evladı var. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, xx xxxx 2005-ci il təvəllüdlü oğlu X1 üçün hər ay 154 manat sabit pul məbləğində aliment ödəyir. Belə ki, hər ay onun əmək haqqından qazancının ¼ hissəsi miqdarında və 50 manat sabit pul məbləğində olmaqla ümumilikdə 154,0 manat pul tutulur. İddiaçı ikinci dəfə ailə qurub. Maddi imkanları yaxşıdır. O, özüdə ikinci dəfə ailə qurmuşdur və həmin nikahdan da bir övladı var. Maddi vəziyyətində heç bir dəyişiklik yoxdur və alimentin artırılmasına etiraz edir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatını dinləyərək belə qənaətə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəmsinin xx.xx.2011-ci il tarixli 2(003)-1316/2011 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək X6 ilə Cavabdeh arasında xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şğbəsində 807 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx xxxx 2005-ci il təvəllüdlü X5 anası X3 yanında qalması və xx xxxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx xxx 2011-ci il tarixdən başlayaraq hər ay qazancının dörddə bir hissəsi miqdarında və 50 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X3 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnaməsin surətindən görünür ki, atası Cavabdeh oğlu, anası X6 olan xx xxxx 2005-ci il təvəllüdlü X7 Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx xxxxxx 2014-ci il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 92 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məlikov, arvada Zülfüqarova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnaməsin surətindən görünür ki, atası Cavabdeh oğlu, anası X2 olan xx xxxxx 2014-ci il təvəllüdlü X8 Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Bakı Vaqon Təmiri zavodu tərəfindən verilmiş 02 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" QSC-nin Bakı Vaqon Təmiri zavodu xx.xx.1997-ci ildən Elektrik bölməsinə elektrik çilingəri peşəsinə işə qəbul olunub və hal-hazırda həmin zavodda avandanlıqların təmiri üzrə çilingər vəzifəsində çalışır və orta aylıq əmək haqqısı 414 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx xxxxxx 2003-cü il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan xx xxxx 2005-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(003)-1316/2011 saylı qətnaməsi ilə nikah pozulmuş, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx xxx 2011-ci il tarixdən başlayaraq hər ay qazancının dörddə bir hissəsi miqdarında və 50 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X3 xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh ikinci dəfə Nikaha daxil oub. Onun həmin nikahdan X8 adlı bir evlaı olmuşdur. İddiaçı həmin qətnamə qanuni qüvvəyə mindikdən hal-hazıradək olan müddət ərzində özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdehin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. İddiaçı tərəf aliment məbləğinin artırılmasına dair iddiasını hər ay hər uşağa görə ödənilən 154,0 manat məbləğin uşağın saxlanmasına kifayət etməməsi ilə yanaşı həmçinin Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu ilə 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı hal müəyyən edilməmişdir. Ölkə üzrə uşaqlar üçün 2021-ci ildə yaşayış minimumunun hər ay 175 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə və ya daha çox müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsi belə qərara gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətə layiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Göründüyü kimi, bu qərarında Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin “Yaşayış minimumu haqda” qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Konstitusiya məhkəməsinin bu qərarında müəyyən edilmiş “qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulması” müddəasını rəhbər tutaraq, hazırkı mübahisəni həll edərkən məhkəmə nəzərə alır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə hər ay uşağa görə müəyyən edilmiş aliment məbləği (154 manat) “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 175 manat məbləğdən az olsa da, həmin məbləğdən əhəmiyyətli dərəcədə fərqlənmir. Həmin qərarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Qeyd olunan qərara əsasən Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin “Yaşayış minimumu haqda” qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hətta alimentin “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 175 manat həddində tutulması halında da, cavabdehin alimenti iddia edilən məbləğdə ödəməsi üçün zəruri qazanca malik olması halı sübut edilmir, eyni zamanda uşağın cavabdehlə yanaşı iddiaçıdan maddi təminat almaq hüququ vardır. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Qətnamə digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçündür. Məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, hazırda uşağın saxlanması üçün müəyyən edilmiş alimentin məbləği ədalətlidir və alimentin artırılması üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı qızının Cavabdeh qarşı “alimentin məbləğinin artırılması barədə” iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1064/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1064/2021
12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver