Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1079/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 129,16 manat borcun və 20 məbləğində ödənilmiş dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutularaq «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xxxxnın “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1-xx.xx.2017-SM0125 saylı kredit müqaviləsinə əsasən X3 24 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 800 manat məbləğində kredit verilmişdir. X4 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və ölüm faktı Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisi tərəfindən verilən məlumata əsasən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehlər həmin bildirişi qəbul etmiş, lakin cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli 1-xx.xx.2017-SM0125 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə borc verən «xxxx» ASC-nin Yasamal filialı ilə borcalan X4 arasında borcalana istehlak məqsədi ilə 800 manatın verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 «xxxx» ASC-yə 129,16 manat əsas borcu vardır. İş materiallarında olan AZ-İ 900917 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli məktublarından və əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətlərindən görünür ki, xx.xx.2017-ci il tarixə ölmüş X1 miras qalmış əmlak-ödənilməmiş pensiya pul 404.53 manata dair vərəsəsi qızı Cavabdeh3 ½ hissədə pay almaq, oğlu X6, oğlu Cavabdeh2 və Cavabdeh3 1/6 hissədə pay almaq hüquqları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kredit borcunun qaytarılması barədə bildirişdən görünür ki, hazırki iş üzrə cavabdehlərdən 129.16 manat məbləğində borcun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azəbaycan Respublikası Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan X4 xx.xx.2017-ci il tarixdə ölmüş, onun iddiaçı qarşısında 129,16 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Ondan miras qalmış 404.53 manat məbləğində əmlaka dair vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehlərə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişlər. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehlərdən tutulmalıdır. Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 129,16 manat məbləğində borc, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 0.4 mana xidmət haqqı alınaraq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 129,16 manat məbləğində borc, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 0.4 mana xidmət haqqı tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1079/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1079/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver