Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1081/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) torpaq sahəsinə daxil olmağa və ölçü işlərinin aparılmasına yaradılan maneələrinin qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X1 qarşı Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, Yarıməmməd Əsədullayev küçəsi, ev 164 ünvanına daxil olmağa edilən maneələrin Cavabdeh qızma qadağan edilməsi, cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması, müvafiq ərazi idarəsinin mütəxəssislərinin (mühəndis) qeyd olunan torpaq sahəsinə daxil olmasına, ölçü işlərinin aparılması və qapının məcburi açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Əzizbəyov rayonu XDS-nin İKnin 18 noyabr 1991-ci il tarixli 22 saylı qərarı ilə Mərdəkan qəsəbəsində 3/980 saylı torpaq sahəsində fərdi ev tikmək üçün ona ayrılmış 750 kv.m torpaq sahəsi Şağan qəsəbəsi, Yarıməmməd Əsədullayev küçəsi, ev 164 ünvanında ayrılmışdır. Torpaq sahəsinə dair plan ölçü sənədi də hazırlanmışdır. Torpaq sahəsinin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün adiyyatı üzrə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixində cavab verilərək bildirilmişdir ki, torpaq sahəsinə baxış mümkün deyil, buna şərait yaradılmamışdır. cavabdeh buna şərait yaratmamış, süni şəkildə maneələr yaradaraq çıxarışın alınması üçün müayinə işlərinin görülməsinə qanunsuz qadağalar etmişdir. Adiyyəti üzrə cavabdehə bildirilmişdir ki, bu kimi əməllər qanunsuzdur, bu işdən əl çəkilməlidir, ancaq yenədə bunlara məhəl qoyulmamışdır. Bildirir ki, torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayonu XDS-nin İK-nin 18 noyabr 1991-ci il tarixli 22 saylı qərarı ilə 750 kv.m torpaq sahəsi Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində ayrılmışdır. Sonradan ona ayrılmış torpaq sahəsi Xəzər rayonu, Şağan qəsəbə inzibati ərazi vahidliyinə daxil edilmişdir. Torpaq sahəsinin hal-hazırda ünvanı ünvan 1d edilir. Ona məxsus olan torpaq sahəsi X7 Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü vardır. Əlavə olaraq torpağa dair sərəncam və digər zəruri sənədlər mövcuddur. Hazırki iş üzrə cavabdehə hərəkətlər qadağan edilməli maneələr aradan qaldırılaraq torpaq sahəsinə baxışın təmin edilməsi zərurəti vardır. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin həmin əraziyə daxil olmasına, ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirmişdir ki, torpaq sahəsi iddiaçıya məxsusdur və 20 ildir ki, torpaq sahəsinin sənədləşdirməsini istəyir. Lakin cavabdeh qanunsuz olaraq torpaq sahəsini zəbt etmiş və torpaq sahəsinə çıxarışın alınmasına maneələr törədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsi ilə əlaqədar olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin digər şəxslər tərəfindən hasarlanaraq istifadə edildiyi məlum olmuşdur (torpaq sahəsi istifadəsində deyil). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsis olaraq onların mülkiyyətinə verilir. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 011133 torpaq sahəsinin planı və ölçüsündən görünür ki, bu torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 22 saylı qərarı ilə 750 kv.m 3/980 saylı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Dövlət Torpaq kadastrı kitabına xx.xx.2007-ci il tarixdə 2369 nömrə ilə uçota alınmışdır. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 22 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Mərdəkan qəsəbəsində 3/980 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 1758/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X5 və İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı “torpaq və qeyri-qanuni tikilidən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(003)- 163/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Əzizbəyov rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ona ayrılmış 3/980 saylı, sahəsi 750 kv.m olan, Şağan qəsəbəsi, Yarıməmməd Əsədullayev küçəsi, ev 164 ünvanında cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin ona qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qərardad qanuni qüvvəyə minmişdir. Həmin qərardaddan görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 1758/2019 saylı qətnaməsi mövcud olduğundan, hazırkı iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin həmin qərardaddan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən mülki iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli 10/7393 saylı ekspert rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 750.0 kv.m torpaq sahəsi Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı əsasında İddiaçı keçmiş X7 Komitəsi tərəfindən verilmiş kadastr planında göstərilən sahə ilə eynilik təşkil edir. Göstərilən 750 kv.m torpaq sahəsinin 81 kv.m hissəsi faktiki hasardan kənarda yerləşməklə yol kimi istifadə olunur (qonşu sahələr). Göstərilən torpaq sahəsi ümumilikdə 750 kv.m təşkil edir. Qeyd olunan torpaq sahəsi digər şəxslər tərəfindən iki hissəyə bölünməklə üzərində iki yaşayış evi inşa edilmişdir. Sözügedən torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunur. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4666/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-163/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-417/2022 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, Cavabdeh) “ayrılmış torpaq sahəsinin ölçülüb təqdim edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan görünür ki, iddiaçının tələbi, yəni Əzizbəyov XDS İK-nın xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə iddiaçıya ayrılmış 750 kv.m olan 3/980 nömrəli torpaq sahəsinin ölçülüb ona təqdim edilməsi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin həmin qərardaddan görünür ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2897 nömrəli ekspert rəyinə əsasən sözügedən torpaq sahəsinin yeni ünvan qaydalarına əsasən ünvan 4 ünvanında yerləşdiyi müəyyən edilmiş, həmçinin göstərilən torpaq sahəsinin ümumilikdə 750 m2 təşkil etdiyi, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı ilə mövcud hasar arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, torpaq sahəsi üzərində digər şəxslər tərəfindən iki yaşayış inşa evi inşa edildiyi və sözügedən torpaq sahəsindən İddiaçı istifadə etmədiyi müəyyən edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2991/2024 saylı qərardada əsasən hazırkı iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2991/2024 saylı qərardadı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, hazırda iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsaslanmaqla qaldırılmışdır. Həmin mənktubdan görünür ki, iddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı həmin quruma müraciət etmiş, lakin şərti göstərilən torbaq sahəsi digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi üçün müraciət təmin edilməmişdir. İddiaçının hazırki tələbi də məhz müvafiq idarənin mütəxəssislərinin (mühəndis) qeyd olunan torpaq sahəsinə daxil olmasına, ölçü işlərinin aparılması və qapının cavabdeh tərəfindən məcburi açılması ilə bağlıdır. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbi əvvəlki işlər üzrə tələbləri ilə eynilik təşkil etmir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir - 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. -49-cu maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. -84-cü maddəsinin 1 və 2-ci hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən edilir ki: -iddiaçıya Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 22 nömrəli qərarı Mərdəkan qəsəbəsində 3/980 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 011133 nörməli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. - İş üzrə tərəflər arasında olmuş əvvəlki mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallara əsasən iddia irəli sürülmüş torpaq sahəsi cavabdehin istifadəsindədir. Yəni, cavabdehin istifadəsində olan torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı əsasında İddiaçı keçmiş X7 Komitəsi tərəfindən verilmiş kadastr planında göstərilən sahə ilə eynilik təşkil edir. - torpaq sahəsi, yeni ünvan qaydalarına əsasən ünvan 4 ünvanında yerləşir. -iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüquqlarını dövlət reyesrtində qeydiyyata alınması barədə müraciəti – idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman digər şəxslər tərəfindən hasarlanaraq istifadə edilməsi əsası ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina edilmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş üzrə müəyyən edilmiş hallara əsasən görünür ki, cavabdehin istifadəsində olan torpaq sahəsi, iddiaçıya ayrılmış torpaq sahəsi ilə eynidir. İddiaçı ona ayrılmış torpaq sahəsinin, bu torpaq sahəsinə dair verilmiş plan və ölçüsünə əsasən mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina edilmiş, imtinanın əsası isə cavabdehin istifadəsində olması səbəbindən mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerində baxışın (yerində müayinənin) keçirilməsinin mümkün olmamasından ibarət olmuşdur. Torpaq sahəsinin cavabdehin qanuni əsaslarla istifadəsində olması barədə isə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da müəyyən olunur ki, iddiaçıya, ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün və bu məqsədlə Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinin yerində müayinə edilməsinə cavabdeh tərəfindən maneələr yaradılır. Bu hal isə iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinin qanunsuz pozulmasından ibarətdir. Belə ki, müvafiq qaydada mübahisələndirilməmiş torpaq sahəsinin ayrılmasına dair qərar və bu qərar əsasında həmin torpaq sahəsinə dair verilmiş plan və ölçüsü iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin həmin əraziyə daxil olmasına, ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılması barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin həmin əraziyə daxil olmasına, ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2(003)-1081/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1081/2025
08.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver