Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-110/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdeh və onun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüquqnun tanınması və yaşayış sahəsinə köçürülmə barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məlum hadisələrlə əlaqədər Laçın rayonunda məcburi köçkün düşürək Bakı şəhərində məskünlaşmışdır. Mərhum X17 Əmir Xan oglu Cavabdeh ilə doğma anası rəhmətə getdikdən sonra, ikinci dəfə ailə həyatı qurmuş ailə münasibətlərdən övladları olmamışdır. Mübahisəli mənzil olan ünvan 2 ünvanında yerləşən mənzil, məhz onun maddi vəsaiti hesabına tikilmiş tam yaşayış vəziyyətinə 2003-cü ildən gətirilmişdir. Atası yaşlı və biraz xasiyyətdən kür adam olduğundan o müvəqqəti olaraq onun qalan ömrünü rahat yaşaması üçün öz zəhməti və maddi vəsatətinin hesabına tikdirdiyi mübahisəli mənzili müvəqqəti yaşamaları üçün atası və cavabdehi ora yığmışdır. Mənzilin bütün kommunal və digər xərcləri onun tərəfindən ödənilir. Atası yaşlı olduğu üçün mənzili digər təmiri və bərpa işləri də özü tərəfindən görülmüşdür. X1 12.05.2020-ci il tarixdə rəhmətə getdikdən sonra baxmayaraq ki, atasnın xəstə yatdığı vaxtlardada Sona xanım bir ailə kimi atasına heç bir qayğı göstərməmişdir. Yenə də o bir övlad olaraq daim atasının qayğısında durmaqla onun bütün dəfn xərcləri də ödənilmişdir. Ancaq ona təəcüblü və maraqlıdır ki, hazırda onun maddi vəsafiti hesabına tikilən ona məxsus olan ərizədə qeyd olunan ünvandakı mübahisəli mənzilə Cavabdeh onu buraxmır. O onun bu hə rəkətini qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, atası yaşlı və biraz xasiyyətdən kür adam olduğundan o, mübahisəli mənzili tikdirmiş, lakin özuünün ayrı evi olduğundan həmin evdə yaşamamışdır. Lakin mübahisəli mənzil onun tərəfindən tikilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X9 iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçının atası onun həyat yoldaşı olub, 20 ilə yaxın müddətdə onlar birgə yaşayıb, 2006cı ildən hikaha daxil olublar və birgə təsərrüfat aparıblar. İddiaçının köçürülməsi və istifadə hüququnun tanınmasını istədiyi tikiliyə dair hər hansı sənəd yoxdur. Həmin evi o və həyat yoldaşı birlikdə 2002-2003-cü illərdə tikmişlər. İddiaçı həmin tikilidə yaşamayıb, onun özünün ayrıca evi var. Məhkəmə iclasında Cavabdeh vəkili X5 bildirdi ki, qeyd edilən tikili özbaşına tikilidir. Həmin tikiliyə dair hər hansı hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin tikiliyə dair iddiaçının hər hansı bir hüquq yoxdur. İddiaçı qeyd edilən evdə yaşamamışdır. Həmin tikili cavabdeh və onun mərhum həyat yoldaşı tərəfindən 2002-2003-cü illərdə tikilimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, Qənimətin atası Abbasın qonşusudur. Laçın rayonundan məcburi köçkün düşərək Bakı şəhəri Qala qəsəbəsində məskunlaşmışdır. Qənimətin anası rəhmətə getdikdən sonra atası Abbas Sona adlı qadınla ailə həyatı qurdu. Abbas və Sona Qənimətin vasaitilə tikilmiş Qala qəsəbəsi, yeni yaşayış massivi, döngə 1, ev 4 ünvanında yaşayırdılar. Qənimətin atası üçün aldığı torpaq 0,04 ha idi, həmin evi məhz Qənimət tikdirib. Qənimət heç vaxt Sonanın o evdə yaşamasına etiraz etməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, Qənimətin atası Abbasın qonşusudur. Laçın rayonundan məcburi köçkün düşərək Bakı şəhəri Qala qəsəbəsində məskunlaşmışdır. Qənimətin anası rəhmətə getdikdən sonra atası Abbas Sona adlı qadınla ailə həyatı qurdu. Abbas və Sona Qənimətin vəsnitilə tikilmiş Qala qəsəbəsi, yeni yaşayış massivi, döngə 1, ev 4 ünvanında yaşayırdılar. Həmin evin torpaq sahəsini Qənimət onun yeznəsindən almışdı, bir il sonra isə evi tikdirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, O Qənimətin tanışıdır. Usta işləyir. Həmin evi 2003-cü ildə o usta kimi tikmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, o Qənimətin atası Abbasla əmioğludur. Laçın rayonundan məcburi köçkündürlər. Qənimətin anası rəhmətə getdikdən sonra atası Abbas Sona adlı qadınla ailə həyatı qurmuşdur. Abbas və Sona Qənimətin vəsaiti hesabına tikilmiş Qala qəsəbəsi, Yeni yaşayış massivi döngə 1, ev 4 ünvanında yaşayırdılar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Qala bələdiyyəsinin 08.01.2021-ci il tarixli 09 nömrəli arayəşda qeyd edilmişdir ki, Cavabdeh Qala qəsəbəsi Zeytun sovxozu ev 7 mənzil 1D ünvanında 60,5 m2 əmlaka və 600 m2 torpaq sahəsinə görə vergi ödəyicisi kimi qeydə alınmışdır. Həmin ünvanda qeydiyyatsız yaşayır. Məhkəm iclasında müəyyən edildi ki, iddiaçının atası mərhum X18 Xan oglu Cavabdeh ilə doğma anası rəhmətə getdikdən sonra, ailə həyatı qurmuşdur. İddiaçının atası ilə cavabdeh 14 il nikah münasibətlərində olmuşlar. Nikahda olduqları müddətdə Qala qəsəbəsi ərazisində inşa etmiş olduqları özbaşına tikilidə yaşamışdırlar. Həmçinin Qala bələdiyyəsinin vermiş olduğu arayışdan Cavabdeh Qala qəsəbəsi Zeytun sovxozu ev 7 mənzil 1D ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlərin vermiş oldğu ifadələridən həmin tikilidə iddiaçının atası mərhum X18 Xan oglu Cavabdeh ilə birgə yaşadığı və həmin tiklilinin 2003-cü ildə inşa edildiyi müəyyən edilmişdir. Həmçinin şahid ifadlərəindən müəyyən edilmişdir ki, həmin tikilinin inşası zamanı iddiaçı tərəfindən vəsait qoyulmuş, lakin həmin tikildə İddiaçı yaşamamışdır. Həmin tikilinin inşasına vəsaitin qoyulması cavabdeh Sona tərəfindən inkar edilmiş və həmin tikilinin onun və mərhum həyat yoldaşının birgə vəsaiti hesabına 20 ilə yaxın müddət ərizində inşa etdiklərini bildirmşdir. Hazırda iddiaçı, onun ünvan 1 ünvanına istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə iddia tələbinin yaşayış sahəsinə istifadə hüququnun tanınması hissəsinə münasibətdə qeyd edir ki, mübahisə predmeti olan ev özbaşına tikinti olduğundan və həmin tikiliyə iddiaçının hüquqları yaranmadığından, iddiaçı qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsilə mübahisəli evə ümumiyyətlə hər hansı istifadə hüququnun tanınmasını sübut edə bilmədiyindən ünvan 1 ünvanına istifadə hüququnun tanınması hissəsində iddia rədd edilməlidir. Həmçinin iddiaçının iddia tələbinin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından və mübahisə edilməyən izahatlarından da göründüyü kimi iddiaçı Qənimət köçürülməli olduğunu iddia etdiyi ünvanda yaşamamışdır. İddiaçı daşınmaz əmlak kimi mübahisəli tikiliyə dair dövlət tərəfindən tanınan və qorunan hüququn sahibi olmadığından, onun və həmin tikilidə yaşamış digər şəxslərin də daşınmaz əmlak kimi həmin tikili ilə hüquqi bağlılığı ola bilməz. Qeyd edilənlərə əsasən məhkəm hesab edir ki, İddiaçı Cavabdeh qarşı onun ünvan 1 ünvanına istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı onun ünvan 1 ünvanına istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-110/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-110/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver