Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-113/2022 04.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh3 qarşı “yol-bəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “BMVV” markalı, ** MY *** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərərə görə, 83 397,98 manat (səksən üç min üç yüz doxsan yeddi manat, doxsan səkkiz) pulun, iddia ərizəsi üzrə ödənilmiş 30,0 manat (otuz manat) dövlət rüsumu, olmaqla, ümumilikdə 83427,98 manat (səksən üç min dörd yüz iyirmi yeddi manat, doxsan səkkiz) məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 22.04.2021-ci il tarixində saat 22:30-da Cavabdeh2 məxsus “Mercedes Benz” markalı, ** UC *** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə mülkiyyətçi adından çıxış etmiş Cavabdeh1 tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnamə ilə Cavabdeh3 tərəfindən Mirəli Qaşqay küçəsində yol nəqliyyat hadisəsi törədilmiş və İddiaçı məxsus “BMVV” markalı, ** MY *** dövlət nömrə nişanlı avtomobilə külli miqdarda maddi ziyan vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz” markalı, ** UC *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh3 barəsində inzibati protokol tərtib edilmiş və o hadisənin törədilməsində təqsirli bilinmişdir. Hadisə nəticəsində zərərçəkmiş “BMVV” markalı, ** MY *** dövlət nömrə nişanlı avtomobilin rəsmi servis tərəfindən həyata keçirilmiş qiymətləndirməsinə əsasən, avtomaşının təmir və bərpası üçün ehtiyat hissələri və xidmət haqqı daxil olmaqla, 83397,98 (səksən üç min üç yüz doxsan yeddi manat, doxsan səkkiz) manat maddi zərərin dəyməsi müəyyən edilmisdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələnbinin dəymiş maddi ziyanın cavabdehlərdən tutulması hissəsində təmin olunmasını xahiş etdi. Ələavə olaraq bildirdi ki, məhkəmə-əmtəəşünaslıq rəyində göstərilən məbləğlə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, qeyd olaunan qəza ona məxsus avtobillə onun tərəfindən törədilmişdir. Lakin dəymiş ziyanla razı deyil. Belə ki, iddia tələbində göstərilən məbləğ həddindən artıq şişirdilib. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan İXP ******* saylı X2 Protokoldan görünür ki, 22.04.2021-ci il tarixdə saat 22:30-da mercedes Benz E280 minik **-UC-*** qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh3 tərəfindənAzərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan 22.04.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 22.04.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40,0 manat cərimə olunmuşdur. İş materiallarında olan “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları” na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/10893 saylı 22.04.2021-ci il tarixli aktın sürətindən görünür ki, Cavabdeh3 alkoqol sərxoşluğu vəziyyəti aşkarlanmamışdır. İş materiallarında olan “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları” na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/10894 saylı 22.04.2021-ci il tarixli aktın sürətindən görünür ki, İddiaçı alkoqol sərxoşluğu vəziyyəti aşkarlanmamışdır. İş materiallarında olan Qüsür Aktından görünür ki, , avtomaşının təmir və bərpası üçün ehtiyat hissələri və xidmət haqqı daxil olmaqla, 83397,98 (səksən üç min üç yüz doxsan yeddi manat, doxsan səkkiz) manat maddi zərərin dəyməsi müəyyən edilmisdir. İş materiallarında olan 9/6981 saylı, 05.11.2021-ci il tarixli rəydən görünür ki, nəzəri hesablama yolu ilə təmiri rentabelli hesab edilməyən, qəzadan sonra təxminən avtomobilin ümumi dəyərinin 40% həcmində hissələrinin salamat qalması nəzərə alınmaqla, 2017-ci il buraxllışlı, “BMW 540" minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin 22 aprel 2021-ci İl tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 49980,00 (83300m-40%) manat müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiasının əsası kimi istinad etdiyi “BMVV” markalı, ** MY *** dövlət nömrə nişanlı avtomobilin, “Mercedes Benz” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh3 tərəfindən vurulması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi işin materialları ilə sübut olunur. Hadisənin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Mercedes Benz” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobillə və həm də Cavabdeh3 tərəfindən idarə edilən zaman məhz onun tərəfindən vurulduğundan vurulmuş ziyan Cavabdeh3 alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) yalnız Cavabdeh3 tərəfindən törədildiyindən vurulmuş ziyan yalnız Cavabdeh3 alınaraq İddiaçı ödənilməlidir. Lakin iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, məhkəmə hesab edir ki, həcminə görə qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, 2017-ci il buraxllışlı, “BMW 540" minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin 22 aprel 2021-ci İl tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 49980,0 manat müəyyən olunmuşdur. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 49980,0 manat olduğunu işin hallarına uyğun sayır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh3 49980,0 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin digər cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi Cavabdeh2 məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Mercedes Benz” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə Cavabdeh3 tərəfindən vurulduğundan vurulmuş ziyan yalnız Cavabdeh3 alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materiallarından aydın olur ki, ““Mercedes Benz” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 oğluna məxsus olsa da, Cavabdeh3 tərəfindən idarə edilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanundan görünür ki, “mülkiyyət hüququ ilə” və “digər qanuni əsasla” ifadələri arasında “və” deyil, “və ya” bağlayıcısından istifadə olunmuşdur. Ona görə də həm mülkiyyətçi, həm də digər qanuni sahib birgə məsuliyyət daşıya bilməzlər. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu qanuni əsaslarla idarə etmiş olan Cavabdeh3 daşımalı, Cavabdeh2 oğluna və Cavabdeh1 münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi olan “BMW” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə Cavabdeh3 tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) Cavabdeh3 tərəfindən törədildiyindən vurulmuş 49980,0 manat ziyan Cavabdeh3 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh3 alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh3 alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100,0 manat məbləğində pul vəsaiti də Cavabdeh3 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 49980,0 (qırx doqquz min qodduz yüz səksən manat) manat məbləğində dəymiş zərərin əvəzi və ödənilmiş 30,0 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3 alınaraq dövlət büdcəsinə ödənilsin. (X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22,) Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-113/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-113/2022
04.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver