Məhkəmə qərarları › İş №2(003)-1132/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1132/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1132/2020 12.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçılar İddiaçı1,İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X5, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat məbləğində borc pulun və 30 manat dövlət rüsumun tutularaq İddiaçı1, 19000 ABŞ dolları məbləğində borc pulun tutularaq İddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xeyli müddətdir ki, tanışlığı vardır. Cavabdeh ona, yəni İddiaçı1 5000 (beş min) manat məbləğində borcu vardır. Cavabdeh ondan 2015-ci ildə 5000 manat alıb demişdir ki, tezliklə qaytaracaq. O, həmin pulu bankdan götürüb vermişdir. Cavabdeh ona 5000 manat borcu olması barədə qəbz yazıb imza etmişdir. Cavabdeh ona, yəni İddiaçı2 19000 (on doqquz min) ABŞ dolları məbləğində borcu vardır. O, həmin məbləği “X3 Bankı”ndan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən götürüb Cavabdeh vermişdir. Cavabdeh ona 19000 ABŞ dolları məbləğində borcu olması barədə qəbz yazıb imza etmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək ona olan borcunu qaytarmaqdan boyun qaçırır. Məcburiyyət qarşısında qalıb o, ərizə ilə polisə müraciət etmişdir. Nizami RPİ-nin 24-cü Polis şöbəsində araşdırma aparılmış və mülki qaydada məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdeh Gürcüstan Respublikası vətəndaşıdır və orada qeydiyyatdadır. Lakin Cavabdeh sonuncu dəfə xx.xx.2019–cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qılman İlkin küçəsi, yeni məhəllə ünvanına qeydiyyata alınmışdır. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, Cavabdehlə o yaxın dost olmuşlar. Mahir ondan borc pul istəyəndə o qardaşından bankdan özünün adına pul götürərək Cavabdeh verməsini xahiş etmişdir. Qardaşı İddiaçı2 həmin vaxt bankdan 19000,0 ABŞ dolları pul götürüb onun vasitəsi ilə Mahirə vermişdir. Aralarında olan razılığa əsasən Mahir Həmin məbləği ödəniş cədvəli üzrə İsmayılın əvəzindən banka ödəməliydi. Lakin o, həmin borcan 2015-ci ilin yanvar ayınadək ümumilikdə 7416,0 ABŞ dollarıbanka ödəmişdir. Həmçinin ona olan borcundan təqribən 2015-ci ilin əvvəlindən başlayaraq hər ay 200 manat olmaqla, 3 ay ərzində 600 manat ödəmişdir. Həmin vaxt Azərbaycan manatı məzənnəsinə uyğun olaraq 600 manat 570 ABŞ dolları edirdi. Bu 600 manat “xxxxxx” bankdan götürülən kreditə aiddir. xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə kimi “xxxxxx” banka olan borcdan 7566 ABŞ dolları məbləği özü ödəmişdir. Hal-hazırda Cavabdeh banka olan borca görə 12195 ABŞ dolları və özünün həmin borcdan ödədiyi 7566 ABŞ dolları, cəmi 19761 ABŞ dolları məbləğində borcu vardır. Ona verdiyi 5000,0 manatıda özündən vermişdir. Sadəcə pulu vaxtında qaytarsın deyə öz qohumunun adına kredit götürüb verdiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh onun qardaşının dostudur. Qardaşı onadan xahiş elədi ki onun adına kredit götürüb Mahirə versin. Onun adına olan bankdan götürülmüş 19000,0 ABŞ dolları Cavabdeh verilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh 2014-cü ilin dekabr ayına qədər İddiaçı2 adına “xxxxxx” bankdan götürülmüş həmin kredit borcundan ümumilikdə 7416 ABŞ dolları məbləğində ödəniş etmişdir. Həmçinin Cavabdeh xx.xx.2014-cü ilin mart, aprel, may aylarında, hər ay 200 manat olmaqla, cəmi 600 manat pulu İddiaçı1 vermişdir Həmin vaxt dollar kursu ilə 600 manat 570 ABŞ dolları edir.xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə kimi “xxxxxx” banka olan borcdan 7566 ABŞ dolları məbləği İddiaçı1 ödəmişdir. Hal-hazırda Cavabdeh banka olan borca görə 12195 ABŞ dolları və İddiaçı1 ödədiyi 7566 ABŞ dolları, cəmi 19761 ABŞ dolları məbləğində borcu vardır. Cavabdeh əlavə olaraq İddiaçı1 5000 manat borcu vardır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirmiş və izahatında qeyd etmişdir ki, onun pula ehtiyacı olduğundan o dostu İddiaçı1 borc pul istəmişdir. Bundan sonra Faiqin qardaşı İsmayılı öz adına bankdan 19000 ABŞ dolları kreditə pul götürüb İddiaçı1 vasitəsi ilə ona vermişdir. Aralarında olan razılığa əsasən İsmayıldan götürülən pul vəsaitini ödəniş cədvəli üzrə onun tərəfindən banka qaytarılması barədə razılaşmışlar. O, da həmin kredit müqaviləsi üzrə banka bir ildən artıq ödəniş etmiş, təxmini 15000-16000 ABŞ dolları pul ödəmişdir. İddia tələbinin 5000 manat hissəsində isə iddia tələbini qəbul etmir. Belə ki, o, İddiaçı1 qohumunun adına hər-hansı pul götürməmişdir. İddia tələbinin 5000,0 manat olan hissəsini qəbul etmirəm. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(033)-2520/2016 nömrəli məhkəmə əmrinə əsasən borclu İddiaçı2 və X1 müştərək qaydada 9581,8 ABŞ dolları məbləğində əsas borc, 2613,82 ABŞ dolları faiz borcu olmaqla, 12195,62 ABŞ dolları məbləğində borc pulun və 20 manat məbləğində dövlət rüsumunun “xxxxxx” İKB ASC-nin xeyrinə tutulması əmr edilmişdir. İş materiallarında olan "xxxxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank İddiaçı1 illik 26% olmaqla 18 ay müddətinə 15000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan qəbzdə "Faiqin qohumunun adına 5000 manat götürmüşəm. Həmin şəxsin Faiqə borcu olub. Bank bağışlamasa, mən o pulu Faiqə ödəyəcəyəm" göstərilmişdir. İş materiallarında olan qəbzdə "İddiaçı2 adına olan “xxxxxx” Bankdan kredit götürüb mənə verib. Mən ödəyəcəyəm" göstərilmişdir. İş materiallarında olan İddiaçı1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, Cavabdeh ona olan borcundan təqribən 2015-ci ilin əvvəlində hər ay 200 manat olmaqla, 3 ay ərzində 600 manat ödəmişdir. Bu 600 manat “xxxxxx” bankdan götürülən kreditə aiddir. “xxxxxx” bankdan götürülən kreditlə əlaqədar 19000 ABŞ dolları və 5000 manat əlavə olaraq borcu vardır. İş materiallarında olan İddiaçı2 vəkili X5 məhkəməyə ünvanladığı ərizədən görünür ki, Cavabdeh “xxxxxx” bankdan xx.xx.2014-cü ilin mart, aprel, may aylarında, hər ay 200 manat olmaqla, cəmi 600 manat pulu İddiaçı1 vermişdir. Cavabdeh 2014-cü ilin dekabr ayına qədər kreditin 7416 ABŞ dolları məbləğini ödəmişdir. xx.xx.2015-ci ildən xx.xx.2015ci ilə kimi “xxxxxx” banka olan borcdan 7566 ABŞ dolları məbləği İddiaçı1 ödəmişdir. Halhazırda Cavabdeh banka olan borca görə 12195 ABŞ dolları və İddiaçı1 ödədiyi 7566 ABŞ dolları, cəmi 19761 ABŞ dolları məbləğində borcu vardır. Cavabdeh əlavə olaraq İddiaçı1 5000 manat borcu vardır. Həmin vaxt dollar kursu ilə 600 manat 570 ABŞ dolları edir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı ərizədən görünür ki, iddia ərizəsini qismən qəbul edir. İddia ərizəsində 19000 ABŞ dollarını götürmüşdür. Bir ildən artıq ödəmiş, təxmini 15-16 min ABŞ dolları ödəmişdir. 5000 manat hissəsində isə iddia tələbini qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə (xx xxxx 2016-cı il tarixədək qüvvədə olan) əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh İddiaçı2 borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı2 19000 ABŞ dolları pul aldığını etiraf etmişdir. Cavabdeh tərəf İddiaçı2 19000 ABŞ dolları pul aldığını etiraf etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Belə olan halda, cavabdeh 19000,0 ABŞ dolları borcu aldığını etiraf etdiyindən İddiaçı2 tələbinin 19000,0 ABŞ dolları hissəsini sübut etmək yükündən azad olmuş, həmin məbləği qaytarmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Beləki, işin mübahisələndirilən halıcavabdehin 19000 ABŞ dolları məbləğində puldan 15000-16000 ABŞ dolları qaytarılmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, işin bu halı məhkəmə araşdırması zamanı təsdiqini tapmamaışdır. O cümlədən, cavabdeh bu halın sübutu üçün məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Əksinə məhkəmə tərəfindən müəyyyən edilmişdir ki, Cavabdeh 19000 ABŞ dolları məbləğində olan borcundan 600 manat, həmin zaman üçün ABŞ dollarının məzənnəsinə uyğun olaraq 570 ABŞ dolları və 7416 ABŞ dolları məbləğində pul ödəmişdir. (19000-7416-570=11014). Məhkəmə hesab edir ki, cavabdeh 19000 ABŞ dolları məbləğində puldan 15000- 16000 ABŞ dolları ödəniş etdiyini sübuta yetirə bilmədiyindən, iddiaçı isə cavabdeh tərəfindən 570 ABŞ dolları və 7416 ABŞ dolları məbləğində pul ödənildiyini bildirdyindən, cavabdehdən İddiaçı2 xeyrinə 11014 ABŞ dolları məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh İddiaçı1 xeyrinə 5000 manat məbləğində pulun tutlması hissəsində təmin edilməməlidir. Beləki, İddiaçı1 iddia ərizəsində 5000 manat pulu bankdan götürüb cavabdehə verdiyini bildirsə də, bu qeyd edilən halların sübutu üçün iddiaçı heç bir sübut təqdim edə bilməmişdir. O cümlədən cavabdhdə 5000 manat pulu iddiaçıdan almadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. MM-in 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. MM-in 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdehndan 11014 ABŞ dolları məbləğində borc pul qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq alınıb İddiaçı2 verilməli, iddia tələbi Cavabdeh 5000,0 manat pulu alınıb İddiaçı1 verilməsi hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçı X2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” (maddə 77.1). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11014,0 (on bir min on dörd) ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq İddiaçı2 xeyrinə tutulsun. İddiaçı2 xeyrinə Cavabdeh 30 manat dövlət rüsumu tutulsun. İddia tələbi Cavabdeh 5000,0 manat pulun alınıb İddiaçı1 verilməsi hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar