Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-114/2024 15.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Xəzər rayonu Buzovna Bələdiyyəsi və X8) “torpaq üzərində hüquqların həyata keçirilməsi ilə bağlı törədilmiş maneələrin aradan qaldırılması” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Xəzər rayonu Buzovna Bələdiyyəsi və X8) “torpaq üzərində hüquqların həyata keçirilməsi ilə bağlı törədilmiş maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 800 kv.m. torpaq sahəsində qanuni əsaslarla əldə etdiyi 300 kv.m. və 250 kv.m. torpaq sahələri üzərində hüquqlarının həyata keçirirməsi ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsinin 540 nömrəli 30 dekabr 2006-cı il tarixli Sərəncamı ilə X6 Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün 800 kv.m. torpaq sahəsi ayrılmışdır. X8 həmin torpaq sahəsinin alqı-satqısına dair akt imzalayaraq torpaq sahəsini mülkiyyətinə qəbul etmiş, ona torpaq sahəsinin yerləşdiyi sxem təqdim edilmişdir. Digər iddiaçı ilə onlar əmi oğlanlarıdır və Buzovna qəsəbəsində fərdi yaşayış evi tikmək üçün Əliyev İlqardan o, 3 sot torpaq sahəsi, digər İddiaçı1 isə 2,5 sot torpaq sahəsini qanuni əsaslarla əldə etmişlər. Bu barədə onlara AR İİ № 100411 saylı etibarnamə, digər iddiaçiya isə AR İİ № 980163 saylı etibarnamələr verilmişdir. Torpaq sahəsini aldıqdan 3 il müddətində bu sahəni abadlaşdırıb hasara almışlar, üzərində meyvə ağacları əkmişlər, elektrik enerjisinin tikəcəyi yerə daxil olması üçün elektrik xətti çəkmişlər. Həmin torpaq sahəsinə aid vergiləri torpağa dair mükəlləfiyyətləri onlar ödəmişlər. İş üzrə cavabdeh 2 ay bundan qabaq onlara məxsus olan torpaq sahəsinə gələrək əsassız və qanunsuz olaraq həmin torpaq sahəsinin ona məxsus olmasını bildirmiş və həmin torpaq sahəsində tikinti aparmağa mane olmuşdur. Əmlakdan sahiblik və sərəncam hüquqları bizə aid olsa da cavabdehin qanunsuz hərəkətləri ucbatından onlar bu hüquqlarından tam istifadə edə bilmir. Həmin mübahisə ilə bağlı cavabdehin qanunsuz hərkətləri ilə əlaqədar AR DİN-in Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və onlara mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməkləri bildirilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh və Xəzər rayonu Buzovna Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, cavabdeh və 3-cü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, X1 rayonu Buzovna Bələdiyyəsinə ona torpaq sahəsinin ayrılması üçün xx.xx.2006-cı il tarixdə müraciət etmişdir. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Əzizov X3 Bələdiyyəsinə ona torpaq sahəsinin ayrılması üçün xx.xx.2006-cı il tarixdə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 540 saylı xx.xx.2006-cı il tarixli sərəncamının surətindən görünür ki, Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün 800 m” torpaq sahəsini “Torpaq məcəlləsi”nin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq vətəndaş X6 (ünvan: Bakı şəh, Sabunçu ray, Sabunçu qəs, A.Rəsulzadə küç, ev.3A, m.1, xx.xx.2006-cı il tarixli ərizəsi) 1m”-ın qiyməti 1 manat 76 qəpik hesabı ilə satılması qərara alınmışdır. İş materiallarında olan tədiyə bildirişinin surətindən görünür ki, İddiaçı1 vergi ödəyicisi kimi qeydiyyata alınaraq ona 120012HMKWWM vergi ödəyicisi kodu verilmişdir. İş materiallarında olan tədiyə bildirişinin surətindən görünür ki, İddiaçı2 vergi ödəyicisi kimi qeydiyyata alınaraq ona 12021xxxxxxx vergi ödəyicisi kodu verilmişdir. İş materiallarında Azərbaycan Respublikası DİN Xəzər RPİ-nin 2-ci PŞ-nın xx.xx.2023-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı2 Xəzər RPİ-nin 2-ci PŞ-nə müraciət etmişdir, lakin göstərilən məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi sədrinin 27/3 saylı xx.xx.2006-cı il tarixli qərarının surətindən görünür ki, Maştağa Bələdiyyəsinə ünvan 2 ünvanında yaşayan 1963-ci il təvəllüdlü X4 ərizə ilə müraciət edərək xahiş edir ki, Maştağa Bələdiyyəsi tərəfindən 47 saylı xx.xx.2006-cı il tarixli sərəncamla Xanlar yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi onun mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin qərarının surətindən görünür ki, Maştağa Bələdiyyəsinin 27/3 saylı qərarı ilə Xanlar yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ümumi sahəsi 1000 kv m olan torpaq sahəsi alıcıya satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4844 saylı rəyindən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq 636,0 kv.m olmaqla, mişar daş hasarla iki hissəyə bölünüb. Torpaq sahəsi üzərində tikili yoxdur. Təqdim edilmiş bələdiyyə sərəncamına əsasən X6 ayrılmış 800,0 kv.m torpaq sahəsi faktiki olaraq 636,0 kv.m təşkil edir. İddiaçıların istifadəsində olan torpaq sahələrinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sahənin mövqeyini dəqiqləşdirmək mümkün olmur. Sahənin qeydiyyatı barədə məlumat yoxdur. Göstərilən sahə qeydiyyatdan keçmədiyindən hər hansı üst-üstə düşmək halını araşdırmaq mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sahənin mövqeyini dəqiqləşdirmək mümkün olmur. Sahənin qeydiyyatı barədə məlumat yoxdur. Göstərilən sahə qeydiyyatdan keçmədiyindən hər hansı üst-üstə düşmə halını araşdırmaq mümkün deyildir. Sahədən 60-70 metr məsafədə ləğv edilmiş neft quyusu məlumatları mövcuddur. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və Xəzər rayonu Buzovna Bələdiyyəsinə qarşı Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 800 kv.m. torpaq sahəsində qanuni əsaslarla əldə etdiyi 300 kv.m. və 250 kv.m. torpaq sahələri üzərində hüquqlarının həyata keçirilməsi ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etmişlər. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsinin 540 nömrəli 30 dekabr 2006-cı il tarixli Sərəncamı ilə X6 Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün 800 kv.m. torpaq sahəsi ayrılmışdır və torpaq sahəsinin alqı-satqısına dair akt imzalayaraq torpaq sahəsini mülkiyyətinə qəbul etmişdir. İddiaçılar fərdi yaşayış evi tikmək üçün Əliyev İlqardan İddiaçı2 0,03 ha torppaq sahəsi, digər İddiaçı1 isə 0,025 sot torpaq sahəsinə AR İİ № 100411 saylı və AR İİ № 980163 saylı etibarnamələr verilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadı əsasında təyin edilmiş əlavə mühəndis tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/4844 saylı rəyindən görünür ki, bələdiyyə sərəncamına əsasən X6 ayrılmış 800,0 kv.m torpaq sahəsi faktiki olaraq 636,0 kv.m təşkil edir, göstərilən sahə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sahənin qeydiyyatı barədə məlumat yoxdur. Göstərilən sahə qeydiyyatdan keçmədiyindən hər hansı üst-üstə düşmə halını araşdırmaq mümkün deyildir. Sahədən 60- 70 metr məsafədə ləğv edilmiş neft quyusu məlumatları mövcuddur. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi xx.xx.2024-cü il tarixli, 10/4844 saylı rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçıların iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı iş üzrə iddiaçıların tələbləri dövlət mülkiyyətində olan torpaqla bağlı olduğundan, onların heç bir hüquq müəyyənedici sənədi olmadığından və beləliklə də həmin torpaq sahəsinin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında yaşayış sahəsindən çıxarma tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin hallarından görünür ki, iddiaçılar tərəfindən mübahisəli ünvana dair onların hər hansı hüququnun olması təsdiq olunmamışdır. İddiaçılar məhkəməyə mübahisəli sahəyə dair Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 540 saylı xx.xx.2006-cı il tarixli sərəncamının surətini təqdim etmişlər. Məhkəmə hesab edir ki, iddiaçıların təqdim etdiyi sərəncam mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Belə ki, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, bələdiyyə sərəncamına əsasən X6 ayrılmış 800,0 kv.m torpaq sahəsi faktiki olaraq 636,0 kv.m təşkil edir, göstərilən sahə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir, yəni sahə Dövlət mülkiyyəti torpağıdır. Beləliklə, iddiaçıların tələbi onların adına dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə iddiaçıların həmin daşınmaz əmlaka qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçıların sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar qeyd edilən torpaq sahəsinə dair tələb irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədilər, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi və bundan başqa həmin torpaq sahələrinin Dövlət mülkiyyətinə aid olduğu müəyən edildi. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci iddiaçılardan tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 manat müştərək qaydada iddiaçılardan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə ümumilikdə göstərilən halları nəzərə almaqla hesab edir ki, iddiaçının tələbi əsassızdır və buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Xəzər rayonu Buzovna Bələdiyyəsi və X8) “torpaq üzərində hüquqların həyata keçirilməsi ilə bağlı törədilmiş maneələrin aradan qaldırılması” tələbi barədə iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50,0 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-114/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-114/2024
15.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver