Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-115/2020 29.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Abdulla Murad Vaqif oğlunun katibliyi, İddiaçı "xxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İKB ASC ("xxxxxxxxx" ASC) Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddiaərizəsiilə məhkəməyə müraciətedərəkCavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2014– cü il 09 sentyabr tarixli kredit müqaviləsi üzrə 17678,47 manat əsas borc, 9294,12 manat faiz borcu və 233,39 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 27205,98 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC–yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi; "İddiaçı" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 "xxxxxxxxx" ASC-nin xeyrinə 2014–cü il 09 sentyabr tarixli kredit müqaviləsi üzrə 17678,47 manat əsas borc, 12142,62 manat faiz borcu və 830,43 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 30651,52 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxxxxxxx" ASC–yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 "xxxxxxxxx" ASC-nin xeyrinə 2014–cü il 09 sentyabr tarixli kredit müqaviləsi üzrə 17678,47 manat əsas borc, 14205,05 manat faiz borcu və 1380,53 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 33264,05 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxxxxxxx" ASC–yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi və "xxxxxxxxx" ASC (“İddiaçı“ İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014–cü il 09 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “İddiaçı“ İKB ASC-nin “3 saylı” filialından illik 25%–lə 84 ay müddətinə 20500 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evi 2014–cü il 09 sentyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014–cü il 09 sentyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-cu il iyulun 12–dək Cavabdeh1 2014–cü il 09 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 17678,47 manat əsas, 9294,12 manat faiz, 233,39 manat cərimə borcu olmaqİa, ümumilikdə cəmi 27205,98 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək ınəqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, ekspertizanın rəyi ilə razı olmadığını bildirərək iddianın artırılmış həcmdə tam təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 oğlu iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən faiz və cərimə məbləği çox hesablandığından iddia ilə razı deyildir. Eyni zamanda bildirmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində 52000 manat müəyyən edilmişdir. İddianın qismən təmin olunmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2014–cü il tarixli 3-G-1-0-589-14 №li kredit müqaviləsindən görünür ki, İddiaçı İKB Cavabdeh1 illik 25 faizlə 84 ay müddətinə 20500 manat məbləğində kredit vermişdir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı fərdi yaşayış evi xx.xx.2013-cü ildə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı İKB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 3-G-1-0-589-14 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı İKB-i tərəfindən Cavabdeh1 verilən krediti təmin etmək üçün Cavabdeh1 məxsus Bakı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bu ipoteka müqaviləsi qanunvericiliyə uyğun olaraq notariat kontorunda təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətindən aydın olur ki, Cavabdeh1 İddiaçı İKB-nin kassasından həmin tarixdə 20500 manat pulu qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı fərdi yaşayış evi xx.xx.2014-cü ildə İddiaçı İKB-nin 3 saylı filialının adına rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən aydın olur ki, Cavabdeh1 hər ay xx.xx.2014-cü ildən başlayaraq 518,89 manat (sonuncu ay 518,43 manat) məbləğində olmaqla, cəmi 43586,30 manat məbləğində ödəniş etməli idi. İş materiallarına əlavə edilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişin surətindən aydın olur ki, iddiaçı borclunu ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönədilməsi barədə xəbərdar etmişdir. Eyni zamanda həmin bildirişin məzmunundan aydın olur ki, İddiaçı İKB ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması tələb edilmişdir. İş materiallarında olan İddiaçı İKB tərəfindən Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunun məzmunundan müəyyən edilir ki, bank Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, həmin ərizə olan möhürə əsasən mübahisəli mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsində göstərilən öhdəliklərini lazımınca icra etməmiş, onun banka 17678,47 manat əsas borcu, 9294,12 manat faiz borcu, 233,39 manat cərimə (dəbbə) borcu olmaqla, cəmi 27205,98 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsində göstərilən öhdəliklərini lazımınca icra etməmiş, onun banka 17678,47 manat əsas borcu, 12142,62 manat faiz borcu, 830,43 manat cərimə (dəbbə) borcu olmaqla, cəmi 30651,52 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsində göstərilən öhdəliklərini lazımınca icra etməmiş, onun banka 17678,47 manat əsas borcu, 14205,05 manat faiz borcu, 1380,53 manat cərimə (dəbbə) borcu olmaqla, cəmi 33264,05 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2018-ci il tarixli arayışından aydın olur ki, xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuş Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Zirə qəsəbə nümayəndəliyinin 23 saylı, xx.xx.2014cü il tarixi arayışının surətindən aydın olur ki, ünvan 2 ünvanında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı cavabdehi tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdar etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26155 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan olan kassa mədaxil qəbzləri və hesabdan Çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 3–G–1–0–589– 14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 iddia tələbi üzrə xx xxxx 2019-cu il tarixinə İddiaçı İKB ASC-yə olan borcu 26731,15 manat müəyyən edilir, o cümlədən: əsas borc üzrə 17882,47 manat; faiz borcu üzrə 8848,68 manat. İş materiallarına əlavə olunmuş Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı İKB ASC-nin adı dəyişdirilərək «xxxxxxxxx» ASC adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən,borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş üzrə sübutlarla müəyyən edildiki, xx xxxxxxxx 2014-cü il tarixli, 3–G–1–0–589–14 saylıkreditmüqaviləsi üzrə illik 25%–lə 84 ay müddətinə 20500 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən, 4 otaqlı, 153,04 kv.m ümumi, 77,52 kv.m yaşayış, 75,52 kv.m yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evi 2014–cü il 09 sentyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdehbu kreditmüqaviləsi üzrə öhdəliklərini lazımıncayerinə yetirməmiş, nəticədəiddiaçıya borcu yaranmışdır. İddiaçı 17678,47 manat əsas borc, 14205,05 manat faiz borcu və 1380,53 manat cərimə borcu olmaqla, cəmi 33264,05 manat təşkil edən borcun tutulmasını tələb edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertrəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26155 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixə banka olan cəmi borcu 26731,15 manat məbləğində müəyyən edilir. Həmin rəydən görünür ki, Cavabdeh1 əsas borcu 17882,47 manat və faiz borcu isə 8848,68 manat məbləğində təşkil edir. Qeyd edilir ki, məhkəmənin ekspertiza təyini haqqında xx.xx.2019-cu il tarixli qərardadında Cavabdeh1 İddiaçı İKB ASC-yə olan borcunun iddia tələbində borc məbləği hesablanan tarixədək hesablanmağı haqqında sual qoyulduğuna görə, cari hesabdan çıxarış məlumatlarına əsasən iddia ərizəsinin tarixindən, yəni xx.xx.2019-cu il tarixdən sonrakı tarixlərdə iddiaçı tərəfindən iddia tələbi artırılan zaman tələb olunan faiz borcu hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilən faiz borcu üzrə 445,44 manat (9294,12-8848,68=445,44) məbləğində fərq də nəzərə alınaraq, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən 13759,61 manat (14205,05-445,44=13759,61) məbləğində faiz borc tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia faiz borcunun cavabdehdən tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən qeyd edilən kredit müqaviləsi üzrə yaranmış 13759,61 manat məbləğində faiz borcu tutulmalıdır. Lakin, məhkəmə ekspert rəyinin 17882,47 manat məbləğində əsas borcuna dair hissəsini ona görə qəbul etmir ki, iddiaçının iddia tələbi əsas borcunun cavabdehdən tutulması hissəsində ekspertin müəyyən etdiyi hissədən az məbləğ, yəni 17678,47 manat məbləğində təşkil edir. Məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, hesab edir ki, iddiaçının tələb etdiyi əsas borc məbləği cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyində kredit müqaviləsi üzrə hesablanmış əsas borcu iddiaçının iddia tələbində göstərilən məbləğdən artıq məbləğ təşkil etdiyindən, iddiaçının tələb etdiyi əsas borc, yəni 17678,47 manat cavabdehdən tutulmalıdır. Məhkəmə bununla yanaşı, Cavabdeh1 hesablanmış 1380,53 manat cəriməni (dəbbə pulunu) tənasübsüz surətdə yüksək sayır və onun miqdarının 200 manatadək azaldılmasını iddiaçının bütün mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən «dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir…» Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bundan başqa, Mülki Məcəllənin 21-ci maddəsində göstərilib ki, hüquqi pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Bu Məcəllənin 108.2.-ci maddəsində isə göstərilib ki, «Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir». İş materiallarından görünür ki, iddiaçı hazırki işin məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat xidmət haqqı və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və xidmət haqqını ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin işə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İddia qismən təmin edildiyindən iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu, xidmət haqqı və ekspertiza xərci cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı "xxxxxxxxx" ASC-nin xeyrinə 17678,47 manat məbləğində əsas borc, 13759,61 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu, 30 manat məbləğində dövlət rüsumunun əvəzi, 10 manat məbləğində ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun, 20 manat xidmət haqqının əvəzi olmaqla və 100,0 manat ekspertiza xərci olmaqla, cəmi 31798,08 manat pul tutulmalıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Bu Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnu yaradır. Məhkəmə hesab edir ki, Cavabdeh1 pulun tutulmasına dair tutma onun mülkiyyətində olan və bank qarşısında ipoteka ilə yüklü olunan yaşayış evinə yönəldilməlidir. Həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait Cavabdeh1nın banka olan borcun qaytarılmasına yönəldilməlidir. Qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbinin ipoteka predmetinin boşaldılması hissəsi təmin edilə bilməz. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinin boşaldılması göstərilməmişdir. Bundan başqa ipoteka predmetinin boşaldılması dedikdə, həmin hərəkətin konkret olaraq nədən ibarət olması qeyri-müəyyəndir və bu tələbin təmin olunması Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş ünvan 3 ünvanında yerləşən 22 saylı mənzildə qeydiyyatda olan Cavabdeh1 və digər cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində bu şərtlər nəzərdə tutulmamış və eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda da bu hallar göstərilməmişdir. Həmçinin ipoteka saxlayan bank tərəfindən istifadə hüququnun itirilməsi barədə tələbin irəli sürülməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq isə iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1 və 59.2-ci maddələrinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Qeyd olunan maddi hüquq normasından görünür ki, ipoteka predmeti olan yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra həmin yaşayış sahəsinin köhnə mülkiyyətçisi ilə yeni mülkiyyətçi arasında mənzil kirayə müqaviləsi bağlanıla bilər. Göründüyü kimi qanunda ipoteka predmeti olan yaşayış sahəsinin istifadə edilməsi ilə bağlı münasibətlər yeni mülkiyyətçiyə aid edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka saxlayan bankın ipoteka predmeti olan yaşayış sahəsinə istifadə hüquqlarının xitam verilməsi barədə iddia qaldırmaq səlahiyyəti yoxdur, yəni iddiaçı bu tələblərin irəli sürməsi üçün müvafiq subyektiv hüquqa malik olan şəxs kimi qəbul edilə bilməz və bu hissədə iddia tələbi rədd olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti 52000 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxxxxxxx" ASC (“İddiaçı“ İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilməli, iddiaçı "xxxxxxxxx" ASC-nin xeyrinə 17678,47 manat məbləğində əsas borc, 13759,61 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun, 20 manat xidmət haqqının əvəzi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 (bir yüz) manat məbləğində pul olmaqla, cəmi 31798,08 (otuz bir min yeddi yüz doxsan səkkiz manat, səkkiz qəpik) manat məbləğində borc pul Cavabdeh1 tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı evə yönəldilməli, ipoteka predmeti olan bu mənzil ilkin satış qiyməti 52000 (əlli iki min) manat olmaqla açıq hərracdan satılmalı, satışdan əldə olunan pul vəsaiti "xxxxxxxxx" ASC-yə olan borcun qaytarılmasına yönəldilməli, qalan məbləğ Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bu yerdə məhkəmə xatırladır ki, AzərbaycanRespublikasıMPM-in218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxxxxxxx" ASC (“İddiaçı“ İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilsin. İddiaçı "xxxxxxxxx" ASC-nin xeyrinə 17678,47 manat məbləğində əsas borc, 13759,61 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi məbləğində pul olmaqla, cəmi 31698,08 (otuz bir min altı yüz doxsan səkkiz manat, səkkiz qəpik) manat məbləğində borc pul Cavabdeh1 tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı evə yönəldilsin. İpoteka predmeti olan bu mənzil ilkin satış qiyməti 52000 (əlli iki min) manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti "xxxxxxxxx" ASC-yə olan borcun qaytarılmasına yönəldilsin. Qalan məbləğ Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 (bir yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-115/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-115/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver