Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1152/2021 08.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Cavabdeh “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Məmmədov Sahib Hökumət oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 oğlu və İddiaçı5 cavabdeh Azərbaycan Hava Yolları QSC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin bazar qiymətinə müvafiq olaraq dəyərinin ödənilməsi, həmçinin vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 oğlu və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azal Avia Şirkətinin mülkiyyətlərində olan Yevlax rayon X1 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə mülkiyyətlərinə verilmiş, TN-104, Kod 90104048 saylı dövlət aktına əsasən 12,43 ha torpaq sahəsinin zəbt edilmiş 9,10 ha torpaq sahəsindən 2013-2020-ci il dövr üçün vurmuş olduğu zərərə görə 108119,24 manat, həmcinin torpaq sahəsini özündə saxlamaqla ona qaytarılma mümkünsüzlüyünü nəzərə alaraq, həmin torpağın maya dəyərinin real bazar qiyməti ilə 109200 manat məbləğinin cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddia ərizəsi icraata götürülmüş, müvafiq prosessual hərəkətlər edilməklə məhkəmə iclasları təyin edilmişdir. Məhkəmə iclasında cavabdeh “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi cavabdeh hüquqi şəxsi hüquqi ünvanın Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 11 olduğunu bildirdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 oğlu və İddiaçı5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 oğlu və İddiaçı5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki mülki iş ərazi aidyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hüquqi şəxsləin dövlət qeydiyyatı idarəsinin dövlət reyestrindən çıxarışdan görünür ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdehin rəsmi qeydə alındığı yer Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati ərazisinə aid olduğundan, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 oğlu və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azal Avia Şirkətinin mülkiyyətlərində olan Yevlax rayon X1 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə mülkiyyətlərinə verilmiş, TN-104, Kod 90104048 saylı dövlət aktına əsasən 12,43 ha torpaq sahəsinin zəbt edilmiş 9,10 ha torpaq sahəsindən 2013-2020-ci il dövr üçün vurmuş olduğu zərərə görə 108119,24 manat, həmcinin torpaq sahəsini özündə saxlamaqla ona qaytarılma mümkünsüzlüyünü nəzərə alaraq, həmin torpağın maya dəyərinin real bazar qiyməti ilə 109200 manat məbləğinin cavabdehdən alınaraq iddiaçılara verilməsi tələbinə dair 2(003)-1152/2021 saylı mülki işin materialları baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1152/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1152/2021
08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver