Məhkəmə qərarları › İş №2(003)-1170/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1170/2022

26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1170/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1150 manat məbləğində borcun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15.07.2021-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 sürücülük vəsiqəsinin alınmasında köməklik etməsindən ötrü 1150 manat məbləğində pul vermişdir. Lakin onlar 1150 manat məbləğində pulunu alaraq ona qarşı dələduzluq etmiş və dəfələrlə etdiyi şikayətlərə baxmayaraq onun 1150 manat pulu qaytarmamışdırlar. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2 cavabdehlər sırasından çıxarılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin onun pulu Nadirə vermişdir. Nadir bildirirdi ki, pulu Zabitə verib, lakin o Zabiti şəxsən tanımırdı. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, İddiaçı pulu özünə götürməmişdir. Cavabdeh2 ona kart nömrəsi göndərmişdir, o da Miriyə pulu həmin karta vurmalı olduğunu bildirmişdir. Pulun göndəməsi ilə bağlı hər hansı bir sübutu yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xəzər RPİ-nin İstintaq şöbəsinin 18.12.2021-ci il tarixli qərarından görünür ki, ifadəsi alınmış Cavabdeh1 bildirmişdir ki, İddiaçı onun bacısı oğludur. 2021-ci ilin may ayında İddiaçı ondan sürücülk vəsiqəsi almasında köməklik etməsini xahiş etmiş, o bir il qabaq tanış olduğu Cavabdeh2 bu barədə demiş, Zabit bu işdə ona köməklik etməsini xahiş etmiş və öz aralarında razılaşmışlar. 15.07.2021-ci il tarixdə Bakı şəhəri Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən “Ulduz” marketin içindəki “Milliön” aparatından Cavabdeh1 ilkin olaraq Cavabdeh2 hesab kartına 320 manat, ikinci dəfə isə 780 manat, ümumilkdə 1150 manat pul göndərmişdir. Bundan sonra Cavabdeh2 verdiyi vədinə əməl etməmiş və ona qarşı dələduzluq etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı sürücülük vəsiqəsi alınması ilə bağlı Cavabdeh1 1150 manat pul vermişdir. Cavabdeh1 isə pulu Cavabdeh2 kart hesabına ötürdüyünü bildirmişdir. Cavabdeh Ağayev X1 Miri İslam oğlundan faktiki oaraq pulu alıdığını etiraf edir, lakin pulu Zabit adlı şəxsə göndərdiyini desə də, buna dair sübut təqdim etməmişdir. Göründüyü kimi, Cavabdeh1 heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 1150 manat məbləğində pul əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 1150 manat məbləğində pul əldə etməklə əsassız varlanmışdır. Bu hal Cavabdeh1 polisə verdiyi izahatla müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 1150 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 1150 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar