Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1214/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 6000 manat borc məbləğinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 3 ilə yaxındır dostluq edir. Cavabdeh onun səmimiliyindən istifadə edərək, onu aldadaraq, ondan qısa müddətdə 10.000 manat pul almış, 4.000 manatı qaytarmışdır. Baxmayaraq ki, cavabdeh, 18-ci Polis Bölməsində izahat verərək bildirmişdir ki, guya onun hal-hazırda 5.000 manat borcu mövcuddur, lakin, o, min manatın qaytarılması barədə təhqiqatçıya heç bir sübut təqdim edə bilməmiş və bununla əlaqədar Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırılma aparılıb fakt təsdiqini taparaq “29” avqust 2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilərək, mülki qaydada məhkəməyə müraciət edilməsi tövsüf olunmuşdur. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İzahatına əlavə olaraq bildirdi ki, cavabdehə 2 il əvvəl 10000 manat məbləğində borca pul vermişdir. Həmin pul məbləğini 5 gün müddətində qaytarılması şərti ilə vermişdir. Lakin, cavabdeh həmin puldan 4000 manat hissəsini qaytarmış, qalan hissəsini isə qaytarmamışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu əsasında Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş edilmiş HK-1/2507 nömrəli İddiaçı şikayət ərizəsi əsasında toplanmış araşdırma materialından görünür ki, Cavabdeh polis şöbəsində xx.xx.2022-ci il tarixdə verdiyi izahatında bildirmişdir ki, o, İddiaçı 2 ilə yaxındır ki tanıyır. Sənanın bir qədər maddi imkanı yaxşı olduğu üçün ondan borc pul alıb qaytarmışdır. Son dəfə isə maddi çətinliyi ilə əlaqədar ondan 10000 manat borc pul almış, pulu şəxsi ehtiyaclarına xərcləmiş və həmin puldan 5000 manatını qaytarmışdır. Qalan borcunu isə hissə-hissə qaytarırmış. Həmin materialda olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixi qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 10000 manat məbləğində borca pul verilmiş, lakin tərəflər arasında yazılı qaydada borc müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsaəsn əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2020-ci ildə iddiaçı tərəfindən cavabdehə borc pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, şifahi qaydada həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında 2020-ci il tarixdə şifahi qaydada bağlanmış borc kimi pulun verilməsinə dair əqd qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Eyni zamanda məhkəmə qeyd edir, tərəflər arasında borca pulun verilməsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pul məbləğinin 6000 manat hissəsinin qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, işə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdehə məlumat verilməsinə (sms göndərilməsinə) baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməməklə iddiaya qarşı etirazını və ya sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıdan 10000 manat pul alındığı öz təsdiqini tapdığından və həmin pulu qaytarmasını sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşdüyündən, həmçinin həmin pulu qaytarmağı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən, cavabdeh tərəfindən alınmış 10000 manat puldan 6000 manat hissəsi qaytarılmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 6000 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, Cavabdeh 6000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-1214/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1214/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver