Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-122/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı BOKT Aqrarkredit QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT Aqrarkredit QSC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə mülki işə məhkəməninin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş qalan 20747 ABŞ dolları məbləğində əsas borc, 14997,63 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə isə 35744,63 ABŞ dolları məbləğində pulun, məhkəməyə müraciət üçün 30 (otuz) manat pul vəsaiti Cavabdeh “Aqrarkredit (Azərbaycan)” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulmalı olan məbləğ ipoteka predmeti olan, Cavabdeh məxsus **-ML-*** dövlət qeydiyyat nömrəli «HYUNDA İX 35» minik markalı avtomobilinə yönəldilərək açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, ipoteka qoyulmuş avtomobil satıldıqda satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə isə qalan məbləğin Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında 21.10.2011-ci il tarixli 0246 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə avtomobil almaq məqsədi ilə 17% tətbiq edilməklə, 36 ay müddətinə 24910 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-ML-*** dövlət qeydiyyat nömrəli «HYUNDA İX 35» minik markalı avtomobil 21.10.211-ci il tarixdə 246 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 21.10.2011-ci il tarixli, AA seriyalı, 024739 nömrəli “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bugünə kimi kredit borcunun ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh borc öhdəliyini icra etmir, buna görə də borcun təminatı kimi Cavabdeh tərəfindən ipotekaya qoyulmuş avtomobil qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Məhkəmə iclasında iddiaçinin nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 0246 saylı, 21.10.2011-ci il tarixli kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında avtomobilin satın alınması üçün 36 ay müddətinə, illik 17% ödəmək şərti ilə, 24910 ABŞ dolları məbləğində kreditin verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 246 saylı, 21.10.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün dəyəri 29305 ABŞ dolları məbləğində qiymətləndirilmiş, 2011-ci il buraxılışlı, tip-sedan, ağ rəngli, ban nömrəsi KMHJU81BDBU373678, mühərrik G4KDBU506424 olan «Hyundai İX-35» markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "‘Aqrarkredit” QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1459 saylı, 24 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İş materiallarından görünür ki, tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsi barədə cavabdehə bildiriş göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 22.10.2011ci il tarixdə verilmiş AB № 644170 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ML *** dövlət qeydiyyat nişanlı, «Hyundai İX35»-minik markalı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, 246 saylı, 21.10.2011-ci il tarixli ipoteka müqaviləsi 21.10.2011-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsində qeydə alınaraq, bu barədə AA № 024739 saylı çıxarış verilmişdir. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında 10.06.2021-ci il tarixli 2140 nömrəli ərizə 10.06.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınmışdır. İş materiallarında olan arayışdan görünür ki, 28.10.2018-ci il tarixə Cavabdehnın kredit müqaviləsi üzrə 20747 ABŞ dolları əsas borcu, 14997,63 ABŞ dolları faiz borcu, cəmi 35744,63 ABŞ dolları borcu mövcuddur. İş materiallarından görünür ki, Cavabdeh kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılmasına dair xəbərdarlıq edilmiş və ipoteka predmetinə tutmanın yönəldilməsinə notariat qaydasında razılaşmanın təsdiq edilməsi və bu razılaşma əsasında ipoteka predmetini açıq bazarda sataraq əldə olunan vəsaitin öhdəliyin icrasına yönəldilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Məhkəmə iclasında müəyyən edildi ki, krediti müqaviləsi əsasında cavabdeh avtomobil almaq üçün bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin kreditin təminatı olaraq cavabdeh özünə məxsus olan «Hyundai İX35» markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü etmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka ptredmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Hazırki işdə cavabdeh iştirak etmədiyindən, məhkəmə tərəfindən ipoteka predmeti olan avtomobilin likvid qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilmişdir, lakin avtomobil ekspertizaya təqdim edilmədiyindən ekspertizanın aparılması mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında ipoteka ilə yüklü edilən avtomobilin likvid qiyməti barədə tərəflər arasında razılaşma olmadığından, hazırda isə ipoteka predmeti məhkəmə ekspertizasına təqdim edilmədiyindən, ipoteka perdmetinin qiyməti məhkəmə qətnaməsinin icrası zamanı icra prosesində müəyyən edilməklə açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, göstərilənlər qətnamənin icrası zamanı həll edilməli məsələ olduğundan, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20747 ABŞ dolları əsas borc, 14997,63 ABŞ dolları faiz borcu ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq iddiaçı BOKT Aqrarkredit QSC-yə ödənilməli, tələb Cavabdeh məxsus olan və 21.10.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «Hyundai İX35» markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracdan satılmalı, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh BOKT Aqrarkredit QSC-yə olan borcu ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20747 ABŞ dolları əsas borc, 14997,63 ABŞ dolları faiz borcu, cəmi 35744,63 (otuz beş min yeddi yüz qırx dörd dollar 63 sent ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq iddiaçı BOKT Aqrarkredit QSC-yə ödənilsin. Tələb Cavabdeh məxsus olan və 28.10.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «Hyundai İX35» markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilə (2011-ci il buraxılışlı, tip-sedan, ağ rəngli, ban nömrəsi KMHJU81BDBU373678, mühərrik G4KDBU506424 olan) yönəldilsin və həmin avtomobil açıq hərracdan satılsın, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh BOKT Aqrarkredit QSC-yə olan borcu ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-122/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-122/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver