Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1226/2022 23.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülkiişə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli 2(003)-3886/2015 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı “pul” tələbinə dairə iddia ərizəsi təmin edilərək Cavabdeh cəmi 3500 (üç min beş yüz) manat pulun tutularaq ona ödənilməsi qət edilib. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Xəzər rayon İcra Şöbəsinə göndərilib. Lakin Xəzər rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbidən mümkün olmayıb. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli qərardadı ilə Cavabdeh ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da iddiaçını pulundan fayda əldə etməkdən məhrum etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 23 dekabr 2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 1102,5 (min yüz iki manat beş qəpik) manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini nəzərinə çatdırıb. Aşağıda göstərilənlərə əsasən Cavabdeh Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli 2(003)-3886 2015 saylı qətnaməsinin qəbul edildiyi 10 sentyabr 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 6 il 5 ay müddətində 1137,5 (min yüz otuz yeddi manat beş qəpik) manat pulun alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. müddətdə göstərilən məbləği mənə ödəməkdən imtina etmişdir. Buna görə də, Cavabdeh Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli 2(003)-3886/2015 saylı qətnaməsinin qəbul edildiyi 10 sentyabr 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 6 il 5 ay müddətində hər il üçün 175 (yüz yetmiş beş) manat, cəmi 1137,5 (min yüz otuz yeddi manat beş qəpik) (3500 Azn/100%=35 x 5%=175 Azn, 175 Azn x 6 il 5 ay =1137,5 Azn) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinə uyğun qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli 2(003)-3886/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dairə iddia ərizəsi təmin edilərək Cavabdeh cəmi 3500,0 (üç min beş yüz) manat pulun tutularaq ona ödənilməsi qət olunmuşdur. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hətəmov X1 rayonu Qaragöl kəndində qeydiyyatda olmaqla, məcburi köçkün düşərək hal-hazırda Yasamal rayonu, Mətbuat pr-ti 24 ünvanında məskunlaşmışdır. İş materiallarında olan MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanda qeydiyatdadır. İş materiallarında olan Bakı şəhər Xəzər rayon məhkəməsinin sorğusu əsasında məhkəmənin dəftərxanası vasitəsi ilə daxil olmuş Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinin 23.05.2022-ci il tarixli, 29155 saylı məktubundan görünür ki, borclu Cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün 31.03.2021-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul olunaraq Xəzər rayon Polis idarəsinə göndərilmiş və barəsində axtarış işi açılmışdır. borclu Cavabdeh bu günədək borc üzrə heç bir ödəniş etməmişdir. Muikı Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfındən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafıq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Hazırda İddiaçı Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli 2(003)-3886/2015 saylı qətnaməsinin qəbul edildiyi 10 sentyabr 2015-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 24.02.2022-ci il tarixədək olan 6 il 5 ay müddətdə hər il üçün 175,0 manat olmaqla cəmi 1137,5 manat pulun ona ödənilməsini iddia edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli 2(003)- 3886/2015 qətnaməsinə əsasən iddiaçı tərəf olaraq İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilərək Cavabdeh 3500,0 manat məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Lakin məhkəmənin qətnaməsinin icra edilməsi bu günədək mümkün olmayıb. Cavabdeh isə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “onadan faydalanmağa görə” özgəsinin pul vəsaitini qanunsuz saxlanılması, onu qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3- cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Göründüyü kimi, mülki qanunvericilikdə zərər vurulması (mülki hüquq pozuntusu) öhdəliyin yaranma əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcunu gecikdirdiyindən, tələbkar gecikdirilmiş vaxt üçün əldən çıxmış faydaya görə cavabdehdən pul tələb etməkdə haqlıdır. Belə ki, hazırda İddiaçı Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli 2(003)-3886/2015 saylı qətnaməsinin qəbul edildiyi tarixdən hazırki iddia ərizəsinin birinci instansiya məhkəməsinə təqdim edildiyi 24.02.2022-ci il tarixədək olan müddət üçün illik 5 faiz olmaqla, 1137,5 manat pulun tutularaq ona ödənilməsini xahiş edir. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Belə ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli 2(003)- 3886/2015 saylı qətnaməsinin qəbul edildiyi tarixdən hazırki iddia qaldırılan tarixədək (24.02.2022-ci il) olan müddət 6 il 5ay 14 gün edir. Belə olan halda cavabdehin qətnamə ilə müəyyən edilmiş 3500,0 ödəmədiyi dövrdə gecikdirilmiş günlər üçün illik 5 faiz dərəcəi ilə hesablanmalı olan məbləğ (3500,0 x 5% = 175,0 x 6 il 5 ay 14 gün= 1129,60 manat faiz) təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş 3500,0 manat məbləğinə illik 5% hesablamaqla 1129,60 manat (3500,0 x 5% = 175,0 x 6 il 5 ay 14 gün= 1129,60 manat faiz) məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 142, 77.1, 88, 2160, 227, 358, 360 və 362-ci maddələrini rəhbərtutaraq, QƏT E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 1129,60 manat (bir min yüz iyirmi doqquz manat, altmış qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1226/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1226/2022
23.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver