Məhkəmə qərarları › İş №2(003)-1227/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1227/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1227/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 09 sentyabr 2020-ci il tarixli, 01353 saylı saylı Kredit Müqaviləsinin, Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında 09 sentyabr 2020-ci il tarixli, 01353/ZM Zaminlik Müqaviləsinin ləğv edilməsi və 09 sentyabr 2020-ci il tarixli, 01353 saylı Kredit Müqaviləsinə üzrə Cavabdeh1 aid 1511.11 manat məbləği əsas borc, 65.48 manat məbləğində hesablanmış adi faizlər üzrə borc, 12.91 manat isə vaxtı keçmiş borc üzrə esablanmış cərimə faizləri olmaqla cəmi 1589.50 manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarnın müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 36.26 manat pul əsaitinin, ümumilikdə 1625.76 manat məbləğində pul vəsaitinini cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT 'TMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı BOKT MMC arasında bağlanmış 09 sentyabr 2020-ci il tarixli, 11353 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı BOKT MMC-dən 24 ay müddətinə qaytarılmaq şərtilə İlik faiz dərəcəsi 24% faiz olmaqla 3550 manat məbləğində İskredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə Azmikroinvest” BOKT MMC arasında 09 sentyabr 2020-ci il tarixli, 01353/ZM saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər: Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 09 sentyabr 2020-ci il tarixli, 01353 saylı Kredit Müqaviləsinin, Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01353/ZM saylı zaminlik müqaviləsinin ləğv edilməsi və mülki qanunvericiliyə uyğun olaraq, məhkəmə qətnaməsi qəbul olunana qədər faiz və cərimə borcunun hesablanması dayandırılmadığı üçün 29 Aprel 2022-ci il tarixinə əsasən 09 sentyabr 2020-ci il tarixli, 01353 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 aid 1511.11 manat məbləği əsas borc, 137.01 manat məbləği hesablanmış adi faizlər üzrə borc, 73.07 manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 1721.19 manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq odənilmiş 36.26 manat məbləğində pul vəsaitinin, ümumilikdə 1757.45 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmyaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan 01353 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında sonuncuya 24 ay müddətinə 24 faiz ödəmək şərtilə 3550 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli 01353/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıması barədə kreditor qarşısında öhdəlik götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh1nın İddiaçı BOKT MMC-yə xx.xx.2022-ci il tarixə olan borcu 1511.11 manat əsas, 137.01 manat faiz borcu, 73.07 manat cərimə borcu, cəmi 1721.19 manat təşkil edir. İş materiallarından və İddiaçı BOKT MMC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərin surətlərindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və öhdəliklərini icra etmədiyi təqdirdə bağlanılmış müqavilələrin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə digər cavabdehlərin (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 "xxxx" BOKT MMC ilə aralarında bağlanmış kredit müqaviləsi əsasında 3550 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında penya ödəmək barədə öhdəlik götürmüşdür. Digər Cavabdeh2 isə zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşlar. Qeyd olunan maddələrə əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunan sübutların iddianın əsaslı olduğunu dəlalət edir. Odur ki, məhkəmə hesab edir ki, 1511.11 manat əsas, 137.01 manat faiz borcu, 73.07 manat cərimə borcu, cəmi 1721.19 manat məbləğində borc cavabdehlərədən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, kredit və zaminlik müqavilələrinin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəflərə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə tərəflər arasında bağlanılmış kredit müqaviləsi və zaminlik müqaviləsi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 36.26 manat cavabdehlərdən İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 01353 saylı kredit müqaviləsi və İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 01353/ZM saylı zaminlik müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək 1511.11 manat əsas borc, 137.01 manat faiz, 73.07 manat cərimə, cəmi 1721,19 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 36,26 manat tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 01353 saylı kredit müqaviləsi və İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 01353/ZM saylı zaminlik müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək 1511.11 manat əsas borc, 137.01 manat faiz, 73.07 manat cərimə, cəmi 1721,19 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 36,26 manat tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar