Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1232/2021 16.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Kreditin və kredit faizinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - «xxxx» ASC) məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 manat məbləğində əsas borcun, 408 manat məbləğində faiz borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.09.2014-cü il tarixli 2(003)-3600/2014 saylı əmri ilə xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X2 2000 manat məbləğində əsas borcun, 4008 manat məbləğində faiz borcun və 20 manat məbləğində dövlət rüsumunun kreditor «xxxx» ASC-nin xeyrinə ödənilməsi əmr olunmuşdur. X5 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə əmri ilə razı olmadığını bildirmiş və məhkəmə əmrinin ləğv edilərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli qərardadı ilə borclu X3 barəsində çıxarılmış 12.09.2014-cü il tarixli 2(003)-3600/2014 saylı məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun borcalan) arasında bağlanan 27.02.2014-cü il tarixli 6-P-1-0- 468-14 saylı kredit müqaviləsinə əsasən borcalana 2000 manat məbləğində illik 3276 olmaqla 18 ay müddətinə kredit verilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Kredit müqaviləsinin 9-cu maddəsinə əsasən “Borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,1%-i miqdarında Banka dəbbə pulu ödəməlidir. Məhkəmə iclasında iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X8 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 verdiyi izahatında iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 27.02.2014-cü il tarixli 6-P-1-0-468-14 saylı kredit müqaviləsindən görünür ki, «İddiaçıbank» KB ASC ilə X5 arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə “Bank” tərəfindən kredit alana 18 ay müddətinə illik 32 % hesablanmaqla 2000 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan 1916/14 nömrəli, 02.09.2014-cü il tarixli arayışdan görünür ki, X3 2000 manat məbləğində əsas, 408 manat faiz borcu vardır. İş materiallarına əlavə edilmiş «xxxx» KB ASC tərəfindən X4 ünvanlanmış 14.05.2014-cü il tarixli bildirişdən görünür ki, X1 borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iddiaçının və cavabdehin nümayəndələrinin izahatları, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, «İddiaçıbank» İKB ASC ilə X5 arasında 27.02.2014-cü il tarixdə 18 ay müddətinə illik 32 % hesablanmaqla 2000 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən «İddiaçıbank» İKB ASC 2000 manat məbləğində kredit verməyi, X5 isə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmağı üzərinə götürmüşdür. İş üzrə iddiaçı «İddiaçıbank» İKB ASC həmin məbləğdə pulu X4 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia təmin edilməli, X2 oğlundan 2000 manat məbləğində əsas, 408 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 03.09.2014-cü il tarixli ödəniş tapşırığından görünür ki, «İddiaçıbank» İKB ASC tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 2000 manat əsas, borc, 408 manat faiz borcu və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 2428 manat pul «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1232/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1232/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver