Məhkəmə qərarları › İş №2(003)-1235/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1235/2025

20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1235/2025 20.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Azəriqaz İB-nə vurulmuş 5357,23 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat mməbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 77,58 dövlət rüsumunun və ümumilikdə isə 5835.58 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq Azəriqaz İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 03-10322 nömrəli Qqaz paylayıcı ilə məişət qurğusu istifadəçisi arasındas qazən alqı sataqısı barərdə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasıında Azəriqaz İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qevd olunan ünvana "Azəriqaz" İB-nın Bakı X2 Departamenti tərəfindən **********00050 nömrəli abonent kodu verilmişdir.Sözügedən ünvanda fərdi yaşayış evini təbii gazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Smart G-4 **********682 nömrəli qaz sayĝacı quraşdırılmışdır.Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və "Qazdan istifadə gavdalarınin tələblərinə əməl etmək) və "X1'nin 6.5-ci bəndinin (qazpaylayıcı səbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır."Azeriqaz İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş tebii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən gaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətələri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əmakdaşları tərəfinden foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin salahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1836 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669.60 manat. xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1339.20 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat olmaqla ümumilikdə 5218.56 manat məbləğində "Azəriqaz lB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilərə əlava olaraq bildirilir ki, cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq "Azeriqaz lB'-yə 138.67 manat məbləğində qalıq borcu olmusdur. Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz" İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olarag 5357.23 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində "Azəriqaz İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsnin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təgsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində gaz paylayıcısına daymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqani olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış "İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları'na əsasən müəyyən edilmişdir. Yuxarıda qeyd etdilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən gazpaylayıcı şəbəkəyə qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirler Kabinetinin xx.xx.2011 tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları'nin 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödanilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbində 5357,23 manat və 77,58 manat dövlət rüsumunun, ümumilikdə isə 5435,58 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-342/2024 saylı qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 5218.56 manat dəymiş zərər, qazdan istifadəyə görə yaranmış 138.67 manat pul və ödənilmiş dövlət rüsumu görə 77.58 manat olmaqla, cəmi 5434.81 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı İB-nə ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-342/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və həmin işi təzələnərək mahiyyəti üzrə baxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-1235/2025 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-342/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsi qərar alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə saslınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin əvvəlki iclaslarında da iştirak etməyən iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini iddianın təmin olunmasınıl cavabdehin etirafını nəzərəalınmasın xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavacdeh Cavabdeh nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, onlara məxsus ünvanda həqiqətən də, sayğacdan kənar xətt çəkməklə təbii qazdan qeyri-qanuni istifadə olunmuşdur. onunHəmin vaxt ünvanda iki gözlü qaz avadanlığı və iran sobası istifadə edilmişdir. Lakin aktlar əsasında ona zərər hesablanarkən həddən çox zərər hesablanmışdır. Məhkəmə prosesinin iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməklə yek məhkəmə aktı çıxarılmaını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli, 03/22384 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh 2023-cü ilin iyil ayına (abonent kodu: **********00050) 5357,23 manat (5218,56 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə akt əsasında hesablanmış borc, 138,67 manat debitor borc) manat zərər hesablanmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, № ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamənin surətindən görünür ki, abonent kodu **********00050 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 16200 m3 həcmində qaz itkisi hesablanmaqla 1836 manat (16200 x 0,20 = 1836 manat) dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamənin surətindən görünür ki, abonent kodu 1**********00050 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 5580 m3 həcmində qaz itkisi hesablanmaqla 669.60 manat (5580 x 0,12 = 669.60 manat) dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamənin surətindən görünür ki, abonent kodu **********00050 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 5400 m3 həcmində qaz itkisi hesablanmaqla 648 manat (5400 x 0,12 = 648 manat) dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamənin surətindən görünür ki, abonent kodu **********00050 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 11160 m3 həcmində qaz itkisi hesablanmaqla 1339.20 manat (11160 x 0,12 = 1339.20 manat) dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamənin surətindən görünür ki, abonent kodu **********00050 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3024 m3 həcmində qaz itkisi hesablanmaqla 362.88 manat (3024 x 0,12 = 362.88 manat) dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamənin surətindən görünür ki, abonent kodu **********00050 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3024 m3 həcmində qaz itkisi hesablanmaqla 362.88 manat (3024 x 0,12 = 362.88 manat) dəymiş ziyan hesablanmışdır Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdimetməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qazpaylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazpaylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, iddiaçıya ümumilikdə aktlar əsasında 5218,56 manat məbləğində borc hesablanmışdır. Cavabdehin nümayəndəsi həqiqətən də aktların tərtib edildiyi vaxt təbii qazdan qeyriqanuni istifadə etdiyini etiraf edərək, aktda dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsi hissəsində iddia tələbini qəbul etməklə iddiaçını bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə hesab edir ki, İddiaçı İB-i tərəfindən cavabdehin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında Cavabdeh 5218,56 manat ziyan hesablasa da iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada iddaçı tərəf həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni cavabdehin məhz 5218,56 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı etiraf edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilsə də, aktla əsaslanmaqla itirilmiş qazın bərpası üçün dəymiş ziyan üçün 5218,56 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdehin evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. cavabdehin yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsədə ona ziyan hesablanarkən qaz avadanlıqlarının orta günlük iş rejimini əsas götürülməklə iddiaçıya zərər hesablanmışdır. Hazırda qaz avadanlıqlarının orta günlük iş rejminin aktlar üzrə hesablanması ağlabatan hesab etmək olmaz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab edir ki, cavabdeh yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsədə həmin aktlara ayrı-ayrılıqda hesablama aparılarkən aktlar üzrə orta günlük iş rejimi 24 saat olmaqla hesablanmalar aparılmışdır. Eyni zamanda qeyd olunan qaz avadanlıqları üzrə hesablama aparılarkən yay-qış vaxtları nəzərə alınmamaqla hesablamalar aparılmışdır. İş materiallarında olan aktlardan görünür ki, həmin aktların 2-si yazyay aylarında təbii qazdan sayğacdan kənar qaz xəttindən istifadəyə görə, 14-ü isə isə qış aylarında istifadəyə görə hesablanmışdır. Bundan başqa qeyd olunan ünvanda zərər hesablanarkə aktlrın 4-ü üzrə 30 günə görə hesablansada dıgər iki akt üzrıə müvafiq olaraq 60 və 90 günə görə hesablanma aparılmışdır. Məhkəmə bir aya görə itirilmiş təbii qazın hesablanması qaydasını araşdıraraq hesab edir ki, dəymiş ziyan hesablanarkən istehlakçıya məxsus evdə yaz-yay aylarında 1 ədəd PQ-4 və QSSQ-dən, qış aylarında isə əlavə olaraq iran sobasından istifadə olunduğu nəzərə alınmalı, yaz-yay ayları üçün PQ-4 qaz üçün və QSSQ üçün orta günlük iş rejmi 4 saat, qış ayları üçün PQ-4 qaz üçün və QSSQ üçün orta günlük iş rejmi 6 saat, iran sobası üçü (qış ayları) 16 saat müyyən edilməklə 30 günə görə dəymiş ziyan hesablanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, yaz-yay aylarında itirilmiş təbii qazın dəyərinin 2 akt üzrə bir ədəd PQ-4 qaz sobası və QSSQ-ə (samovar) görə 384 kub metr (1.2x4x30=144, 2x4x30=240), qış aylarında itirilmiş təbii qazın dəyərinin 4 akt üzrə bir ədəd PQ-4 qaz sobası, QSSQ-ə (samovar) və dəmir sobaya görə 1296,0 kub metr (1.2x6x30=216, 2x6x30=360,1.5x16x30=720) olmaqla hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, araşdırılan yaz-yay ayları üçün tərtib olunmuş 2 aktın hər biri üzrə 46,08 (384 kub.m x0.12) manat hesablanmaqla, cəmi 92,16 manat (2 x 46,08), qış ayları üçün tərtib olunmuş 4 aktın hər biri üzrə 155,52 (1296 kub.m x 0.12) manat hesablanmaqla, cəmi 622,08 manat (4 x 155,52), cəmi 714,24 manat məbləğində borcun cavabdehə hesablanması ədalətli və ağlabatandır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi aktlar əsasında hesablanmış borc hissəsində qismən təmin edilməli, Cavabdeh 578,88 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə iddia tələbinin debitor borc hissəsi il bağlı qeyd edirki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin təbii qazdan istifadəyə görə onun 138,67 manat debitor borcu ödənilməmiş qalmışdır.Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00050 olan) 852,91 (714,24+ 138,67) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 65,58 manat məbləği iddiaçının özünə aid edilməli, 12,0 manat məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh 852,91 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 12,0 manat olmaqla, ümumilikdə 864,91 manat tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 714,24 manat dəymiş zərər, təbii qazdan istifadəyə görə yaranmış 138,67 manat pul və ödənilmiş dövlət rüsumuna görə 12,0 manat olmaqla, cəmi 864,91 manat tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) hesabına ödənilsin. 65,58 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçındən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar