Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1236/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” X1 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 17-A-1 -0-7287-13 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 213.58 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx xxxxxx 2017-ci il tarixə ödənilməmiş 424.26 manat faiz borcu, həmin günə hesablanmış 1179.07 manat dəbbə pulu, ümumilikdə 1816.91 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması; tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA509841ban, 211132522DFCX0267 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” X1 (İddiaçı) 6 saylı filialı ilə Cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixli 17-A-1 - 0-7287-13 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11 -ci bəndlərinə əsasən illik 16% hesablanmaqla 48 aylıq müddətə cavabdehə 11 450 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin 2013-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA509841ban, 211132522DFCX0267 mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı xx xxxxxx 2013-cü il tarixli 17-A-1 -0-7287-13 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.3-cü bəndinə əsasən tərəflərin razılığı ilə 15 000 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2013-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA509841 ban, 211132522DFCX0267 mühərrik nömrəli, ağ rəngli avtomobildir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli”nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 325 manat ümumilikdə isə 15 563 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Cavabdeh tərəfindən Banka sonuncu ödəniş xx xxxxxxx 2018-ci il tarixdə, 325 manat məbləğində olmuşdur. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Kredit müqaviləsinin 14.2-ci bəndinə görə “borc alan kreditdən təyinatı üzrə istifadə etməməsinə görə tam məsuliyyət daşıyır”. Kredit müqaviləsinin 7.3-cü bəndində qeyd olunur ki, “krediti və kredit üzrə faizlərin vaxtından əvvəl tələb edilməsi zamanı Kreditor həmin tələblərlə bərabər faktiki vurulmuş zərəri və kreditin verilməsi üçün çəkilmiş xərcləri Borc alandan tələb edə bilər. Bu halda Borc alan həmin tələbləri Kreditora ödəməlidir”. Kredit müqaviləsinin 9.2-ci bəndinə müvafiq olaraq “Borc alan üzərinə düşmüş öhdəlikləri icra etmədikdə,lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün bu müqavilənin 1.14-cü maddəsinə əsasən 15% miqdarda dəbbə pulu ödəyir”. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin 16.1 və 16.2-ci bəndlərinə əsasən müqavilə kredit vəsaiti Kreditor tərəfindən Borc alanın ssuda hesabına köçürüldüyü andan qüvvəyə minir və borcalanın bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunadək davam etdirilməlidir. Həmçinin, Cavabdeh kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin, Cavabdeh qeyd edilən Fərmanla nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı Fərmanın son icra müddəti xx xxxxxx 2019-cu il tarixədək Banka heç bir müraciət etməmişdir. Qeyd olunanlara əsasən, “xxxx” X1 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 17-A-1 -0-7287-13 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 213.58 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx xxxxxx 2017-ci il tarixə ödənilməmiş 424.26 manat faiz borcu, həmin günə hesablanmış 1179.07 manat dəbbə pulu, ümumilikdə 1816.91 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması; tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA509841ban, 211132522DFCX0267 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müracət edərək, Cavabdeh qarşı borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, İddiaçı («xxxx» İKB) ASC ilə Cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixdə 17-A-1-0-7287-13 №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sonuncuya istehlak məqsədilə illik 16 % hesabı ilə 48 ay müddətinə 11450 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin əsli ilə təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh borcunu xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay banka 325 manat ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, İddiaçı («xxxx» İKB) ASC ilə Cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixdə 17-A-1-0-7287-13 №-li istehlak krediti müqaviləsi bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya olan əsas borcu 213.58 manat, faiz borcu 424.26 manat və cərimə 1179.07 manat olmaqla, cəmi borc 1816.91 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3. maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Kredit müqaviləsinin 1.4. bəndindən görünür ki, bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə Cavabdeh məxsus «Daewoo Gentra» markalı **-GL- *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka qoyulmuşdur. İş materiallarında olan, İddiaçı («xxxx» İKB) ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsindən və işdə olan sənədlərdən görünür ki, Cavabdeh mülkiyyətində olan «Daewoo Gentra» markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı («xxxx» İKB) ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan, İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2013-cü il tarixli seriya AA seriyalı 114817 №-li Çıxarışın əsli ilə təsdiq edilmiş surətindən görünür ki, həmin avtomobilin İddiaçı («xxxx» İKB) ASC qarşısında ipoteka ilə yüklü edilməsi rəsmi dövlət qeydiyyatına alınmışdır . İş materiallarına əlavə edilmiş bildirişdən, həmçinin işin digər materiallarından görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.3. maddəsinin tələb etdiyi qaydada tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş və bildiriş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsində qeydə alınmışdır. İddiaçı («xxxx» İKB) ASC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 15.000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə, əmlakın dəyərinə dair mübahisənin olmamasını nəzərə alaraq, əmlakın ipoteka müqaviləsində qeyd olunan dəyəri ilə razılaşır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı («xxxx» İKB) ASC-yə ödənilməmiş 213.58 manat əsas, 424.26 manat faiz borcu, 1179.07 manat cərimə borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı («xxxx» İKB) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 213.58 manat əsas borc, 424.26 manat faiz borcu, 1179.07 manat cərimə, ümumilikdə 1816.91 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan «Daewoo Gentra» markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil 15.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə 1816.91 manat məbləğində borc və dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh 213.58 manat əsas borc, 424.26 manat faiz borcu, 1179.07 manat cərimə, ümumilikdə 1816.91 (bir min səkkiz yüz on altı manat doxsan bir qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan «Daewoo Gentra» markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil 15.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 1816.91 manat məbləğində borc və dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1236/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-1236/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver