Məhkəmə qərarları › İş №2(003)-1243/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1243/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1243/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqavilə üzrə borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqavilə üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25 noyabr 2013-ci il tarixli kredit müqaviləsi üzrə banka 1508.51 ABŞ dolları əsas borc, 1362.84 ABŞ dolları faiz borcu, 779.18 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 13 iyul 2016-cı il tarixdən 17 iyun 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 322.20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3972.73 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 25 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 24 faizlə 24 ay müddətinə 12750 ABŞ Dolları kredit götürmüşdür. xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2016-cı il tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 25 noyabr 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 17 iyun 2020-ci il tarixədək Cavabdeh1 banka 25 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 1508.51 ADŞ Dolları əsas borc, 1362.84 ABŞ Dolları faiz borcu, 779.18 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 13 iyul 2016-cı il tarixdən, 17 iyun 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 322.2 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3972.73 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştiak edən şəxslərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 Həzə oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 19-M-2-0-1257-13 nömrəli kredit müqaviləsindən görünür ki, bank 24 ay müddətinə illik 28% olmaqla Cavabdeh1 Həzə oğluna 12750 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 19-M-2-0-1257-13 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, kredit müddəti 12 ay müddətinə uzadılmış və kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixi xx.xx.2016-cı il müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 19-M-2-0-1257-13 saylı zaminlik müqavilələrindən görünür ki, o, xx.xx.2013-cü il tarixli 19-M-2-0-1257-13 nömrəli kredit müqavilələri üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 19-M-2-0-1257-13 saylı zaminlik müqavilələsinə xx.xx.2015-ci il tarixli əlavədən görünür ki, o, xx.xx.2013-cü il tarixli 19-M-2-0-1257-13 nömrəli kredit müqaviləyə xx.xx.2015-ci il tarixli 19-M-2-0-1257-13 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, 12750 ABŞ dolları Cavabdeh1 ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3753 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 Həzə oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 19-M-2-0-1257-13 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə əlavə müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu müqavilə bitən müddətə, yəni xx.xx.2016-cı il tarixinə əsas borc üzrə 2457,47 ABŞ dolları, faiz borcu üzrə 407,69 ABŞ dolları təşkil edir. Həmçinin qeyd edilmişdir ki, hesabdan çıxarış məlumatlarından görünür ki, müqavilə müddətindən sonra, yəni xx.xx.2016-cı il tarixdən 1077,81 ABŞ dolları pul vəsaitinin ödənilməsi müəyyən edilir. Həmin məbləğlər bank tərəfindən əsas borc məbləğindən silinmiş müəyyən edilir ki, 2457,47 ABŞ dolları - 1077,81 ABŞ dolları= 1379,66 ABŞ dolları əsas borc məbləği təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2905 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 19-M- 2-0-1257-13 nömrəli kredit müqaviləsi və xx.xx.2016-cı il tarixli əlavə qeyd olunan şərtləi nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-yə müqavilə borcu xx.xx.2016-cı il tarixə borc 2672,09 ABŞ dolları, əsas borc 2654,39 ABŞ dolları, faiz borcu 17,70 ABŞ dolları təşkil edir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-288/2018 nömrəli qətnaməsindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ üzrə 1908.49 ABŞ dolları, faiz üzrə 26,31 ABŞ dolları, cərimə üzrə 50 ABŞ dolları, cəmi 1984,80 ABŞ dolları məbləğində borc ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat dövlət rüsumu müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 5045/2019 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-288/2018 nömrəli qətnaməsi ləğv edilmiş və "xxxx" KB ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi barədə iddiası baxılmamış saxlanılmışdır. İş materiallarında olan Cavabdeh1 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədə iddia müddətinin tətbiq edilməklə Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi barədə iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh2 məhkəməyə ünvanladığı ərizədə zaminlik öhdəliyinə xitam verilməsi və ona aid hissədə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" İKB ASC-dən illik 24 faizlə 24 ay müddətinə 12750 ABŞ Dolları kredit götürmüşdür. xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2016-cı il tarixədək təyin edilmişdir. Həmçinin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə həmçinin müəyyən etdi ki, kredit müqaviləsi cavabdehlər tərəfindən öhdəliklərin icra edilməməsinin nəticəsi olaraq, bank tərəfindən iddia ərizəsi ilə Sabunçu Rayon Məhkməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli 2(008)-288/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ üzrə 1908.49 ABŞ dolları, faiz üzrə 26,31 ABŞ dolları, cərimə üzrə 50 ABŞ dolları, cəmi 1984,80 ABŞ dolları məbləğində borc ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat dövlət rüsumu müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 5045/2019 nömrəli qərardadı ilə baxılmamış saxlanılmışdır. Baxılmamış saxlanılması əsası olaraq, bank tərəfindən “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanına riayət edilməməsi olmuşdur. Həmçinin iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 19-M- 2-0-1257-13 nömrəli kredit müqaviləsi və xx.xx.2016-cı il tarixli əlavə qeyd olunan şərtləi nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-yə müqavilə borcu xx.xx.2016-cı il tarixə borc 2672,09 ABŞ dolları, əsas borc 2654,39 ABŞ dolları, faiz borcu 17,70 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcnun tutulması hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 1508,51 ABŞ dolları məbləğində əsas borca münasibətdə cavabdehlərdən 779,18 ABŞ dolları məbləğində dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 17,70 ABŞ dolları məbləğində dəbbə (cərimə) pulu tutulmalıdır. İddiaçının iddia tələbinin xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 322,20 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə də münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarınada qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi–maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM–in 425-ci maddəsi). Qeyd olunanları nəzərə alaraq, məhkəm hesab edir ki, kreditor hazırkı mülki iş üzrə iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin 6.1-ci maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminliklə bağlı normalara və zaminlik müqaviləsinin tələblərinə müvafiq olaraq borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Həmçinin cavabdehlərin iddia müddətinin tətbiqi il bağlı ərizələrinə münasibətdə məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Məhkəmə sözügedən müqavilənin icra müddətini müəyyənləşdirdikdən sonra qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən isə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki işin materiallarından göründüyü kimi xx.xx.2013-cü il tarixli 19-M-2-0-1257-13 nömrəli kredit müqaviləsinə əsasən bank 24 ay müddətinə illik 28% olmaqla Cavabdeh1 Həzə oğluna 12750 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2015-ci il tarixli 19-M-2- 0-1257-13 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, kredit müddəti 12 ay müddətinə uzadılmış və kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixi xx.xx.2016-cı il müəyyən edilmişdir. Həmçinin xx.xx.2013-cü il tarixli 19-M-2-0-1257-13 nömrəli kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda iddiaçı bank tərəfindən xx.xx.2013-cü il tarixli 19-M-2-0-1257-13 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması ilə bağlı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli 2(008)-288/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ üzrə 1908.49 ABŞ dolları, faiz üzrə 26,31 ABŞ dolları, cərimə üzrə 50 ABŞ dolları, cəmi 1984,80 ABŞ dolları məbləğində borc ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat dövlət rüsumu müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 5045/2019 nömrəli qərardadı ilə baxılmamış saxlanılmışdır. Baxılmamış saxlanılması əsası olaraq, bank tərəfindən “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanına riayət edilməməsi olmuşdur. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfindən məhkəməyə hazırkı kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu da özlüyündə iddia müddətinin axımının dayanmasına səbəb olmuşdur. İş üzrə yekun qərar xx.xx.2019-cu il tarixdə qəbul edilmiş və bundan sonra iddia müddətinin axımı başlamış hesab edilmişdir. Həmçinin Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi ərizəsinə münasibətdə məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il qərarında qeyd olunur ki, gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il qərarında qeyd olunur ki, gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. Belə tarix ilkin müqavilədə göstərilmədiyi təqdirdə, müqavilə ilkin müqavilənin bağlandığı gündən bir il müddətində bağlanmalıdır; zaminlik müqaviləsi isə müvafiq şərtlərlə müəyyən edilmiş formada əsas öhdəliyə dair razılığın əldə edildiyi andan qüvvəyə minir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə müqavilənin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Zaminlik müqaviləsinin tərəfləri əsas müqavilə ilə nəzərdə tutulan hərəkətləri etməkdən boyun qaçıra bilərlər və belə halda mənfi deyil, müsbət maraqları odəyirlər, öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. Qeyd olunduğu kimi, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, MM-in 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiklərindən iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixə, yəni xx.xx.2016-cı il tarixə 2654,30 ABŞ dolları əsas borc, 17,70 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 13 iyul 2016-cı il tarixdən 17 iyun 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 322.20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3024,20 ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 200 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixə, yəni xx.xx.2016-cı il tarixə 2654,30 ABŞ dolları əsas borc, 17,70 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 13 iyul 2016-cı il tarixdən 17 iyun 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 322.20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3024,20 ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və 30 (otuz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakışəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar