Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1245/2022 11.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 6991,50 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 7021,50 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı X2 Departamentində qeydiyyatda olmaqla xx.xx.2017-ci il tarixli, T/16828 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İB-nin Bakı X2 Departamenti tərəfindən **********10000 hesab nömrəsi verilmişdir. Həmin ünvana G-4 markalı 1702AZ**********70 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən sayğacdan kənar xətt aşkar edildiyindən xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 29 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 163,60 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 105,30 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 341,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 246,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 51,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 355,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 69,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 300.20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 38,80 manat, xx.xx.2018-ci il tarıxlı, ******* saylı akt əsasında 1262,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 262 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 241,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 265,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 40,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 60,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarıxli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən Cavabdeh təbii qazdan qeyri qanuni istifadəyə görə 6991,50 manat debitor borcu qalmışdır. Qaşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, ona məxsus ünvan 2 ünvanı ilə bağlı İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsəd də hesablanmış 6991,50 manat məbləğində borcun silinməsinə və bu borca görə onun əmək haqqından tutulmuş 440,12 (dörd yüz qırx manat 12 qəpik pulun ona geri qaytarılnması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə qaşılıqlı iddianın məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, ilk iddia üzrə iddiaçı “Azərqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə ilk iddia üzrə iddiaçı “Azərqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi abonentin qazdan qeyri-qanuni isitfadəsi ilə bağlı olduğuna görə hesablanmış borcun tutulması, qarşılıqlı iddia üzrə iddiaçının tələbi də məhz qeyd edilən aktlar üzrə borcun silinməsi ilə bağlı olduğundan həmin tələbə də eyni hüquqi qiymət verilməlidir. Məhkəmə mülki işin materiallarını və işdə iştiak edən şəxsin işzahatını dinləyərək, hesab edir ki, ilk və qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli, T/16828 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan aktların surətlərindən görünür ki, Cavabdeh qeyri qanuni sayğaca müdaxiləsi ilə bağlı xx.xx.2016-cı il tarixli, ******* saylı akt, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarıxli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlarda abonentin təbii qazdan qeydi-qanuni istifadə etdiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, itirilmiş qazın bərpası üzrə hesablamaya əsasən xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 29 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 163,60 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 105,30 manat, xx.xx.2017ci il tarixli, ******* saylı akt əsasında 341,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 246,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 51,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 355,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 69,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 300.20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 38,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 1262,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 262 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 241,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 265,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 40,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 60,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarıxli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 3/1093 nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik qaynaq izi vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qazdan istifadə Qaydaları»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli, T/16828 saylı müqavilə bağlanılmışdır. Həmçinin iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik qaynaq izi vardır. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından görünür ki, abonentin qanunsuz qaza qoşulması ilə bağlı İddiaçı tərəfindən aktlar tərtib edilmişdir. Aktlardan da göründüyü kimi abonentə borc hər ay qaza qeyri-qanuni qoşulma ilə bağlı tərtib edilmişdir. Lakin tərtib edilmiş aktlarda həm abonenti işitakı təmin edilməmiş və akt yalnız birliyin nümayəndələri tərəfindən imzalanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspert rəyində tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik qaynaq izinin olması dolayısı ilə qaz xəttinə müdaxilə edilməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, müdaxilə halının olması qismən öz təsdiqini tapır, lakin qaz xəttinə müdaxilə üzrə yalnız bir akt üzrə hesabatın doğruluğu qənaətinə gəlməyə əsas verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 2 ünvanı ilə bağlı İddiaçı İBnin əməkdaşları tərəfindən tərtib olunmuş aktlardan yalnız birinə münasibətdə əsaslı hesab etmək olar. Mülki işin materiallarından göründüyü kimi iş üzrə ilk akt xx.xx.2016-cı il tarixli, ******* saylı aktdır və həmin akt əsasında 172,80 manat borc hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia qeyd edilən hissədə əsaslı hesab edilə bilər. Qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin borca görə onun əmək haqqından tutulmuş 440,12 (dörd yüz qırx manat 12 qəpik pulun ona geri qaytarılnması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, idda tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən onun əmək haqqından tutulmuş 440,12 (dörd yüz qırx manat 12 qəpik pulun tutulması və bu tutulmanın məhz hazırkı aktlar üzrə tutulmasına dair məhkmə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat pul İddiaçı xeyrinə tutulmalı, ilk iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən əsassız olaraq hesablanmış 6818,70 manat borc silinməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə İddiaçı özünə aid edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 64 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 manatın, 44 manatı ilk iddia üzrə İddiaçındən, 20 manatı isə Cavabdeh tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında hesablanmış 172,80 manat pul İddiaçı xeyrinə tutulsun. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən əsassız olaraq hesablanmış 6818,70 manat borc silinsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 manat məbləğində pulun 44 manatı ilk iddia üzrə İddiaçındən, 20 manatı isə Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1245/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1245/2022
11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver