Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1251/2020 07.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Gənclik fılialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli İK 709 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 105,79 ABŞ dolları əsas, 962,23 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1068,2 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı X4 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Gənclik” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli İK N2 709 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 30% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3arasında xx.xx.2011-ci il tarixli İK 709 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixli İK 709 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2019-cu il tarixinə kimi kredit müqaviləsi üzrə əsas və faiz borclarını tam ödəməli olduğu halda əsas borcundan 2,894.21 ABŞ dolları, faiz borcundan 1,322.74 ABŞ dolları ödəniş etmişdir. Hal–hazırda Cavabdeh1 Banka 105,79 (yüz beş, yetmiş doqquz) ABŞ dolları əsas, 962.23 (doqquz yüz altmış iki dollar, 23 sent) ABŞ dolları faiz olmaqla, cəmi 1068.02 (bir min altmış səkkiz dollar, 02 sent) krcdit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli İK 709 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 45 % olmaqla cərimə faizi ödəyir. 3.1 .2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-ci bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalamn kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhtəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanın Bank qarşısında öhtəliklərini icra etməməsi və ya lazımınca icta etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəməiclasındaiddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, İK 709 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə İddiaçı ASC-nin Gənclik filialı arasında 24 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh3 İddiaçı ASC-nin Gənclik filialı ilə Cavabdeh1nın arasında bağlanmış xx.xx.2011-ci il tarixli, ik 709 nömrəli istehlak krediti müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderindən görünür Kİ, 3000 ABŞ dolları Cavabdeh1 ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişlərdən görünür ki, borclular kredit müqaviləsi üzrə borc barədə xəbərdar edilmişlər. İş materiallarında olan İddiaçı ASC-nin Gənclik filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 279 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ASC-nin Gənclik fılialının müştərisi olan Cavabdeh1 xx.xx.2011-ci il tarixli 709/F-01-İ saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 132.24 (bir yüz otuz iki dollar 24 sent) ABŞ dolları ödəniş “Azərbaycan Respublikasında fıziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar kompensasiya ödənilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Gənclik filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 440 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixli 709/F-01-İ nömrəli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixə əsas borcu 924 ABŞ dollar, faiz borcu 194,04 ABŞ dolları təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Eyni zamanda kreditalan məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbini qəbul etməklə yalnız ödəməyə maddi imkanının olmasını bildirmişdir. Həmçinin, Digər cavabdeh də (zamin) məhkəmə iclasından xəbərdar olmaqla iddiaya qarşı hər hansı etiraz irəli sürməməklə məhkəmə iclasında da iştirak etməmişdir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. İddiaçının cavabdehlərdən müştərək qaydada 962,23 ABŞ dolları faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından gpründüyü kimi tərəfləri arasında xx.xx.2011-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi 24 ay müddətinə bağlanmış və kredit müqaviləsinin bitmə tarixi xx.xx.2013-cü ildir. Həmçinin iddiaçının məhkəməyə təqdim etmiş olduğu maliyyət arayışında Cavabdeh1 xx.xx.2011-ci il tarixli 709/F-01-İ nömrəli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixə faiz borcu 194,04 ABŞ dolları təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia faiz borcunun ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 faiz borcuna görə müştərək qaydada 194,04 ABŞ dolları pul tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC-nin Gənclik fılialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli İK 709 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 105,79 ABŞ dolları əsas, 194,04 ABŞ dolları faiz borcu olmaqla, cəmi 299,83 (iki yüz doxsan doqquz ABŞ dolları 83 sent) məbləğində borcun Azərbaycan manatının ödəniş gününə olan məzənnəsi nəzərə alınmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin Gənclik fılialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli İK 709 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 105,79 ABŞ dolları əsas, 194,04 ABŞ dolları faiz borcu olmaqla, cəmi 299,83 (iki yüz doxsan doqquz ABŞ dolları 83 sent) məbləğində borcun Azərbaycan manatının ödəniş gününə olan məzənnəsi nəzərə alınmaqla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1251/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1251/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver