Məhkəmə qərarları › İş №2(003)-1256/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1256/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1256/2023 23.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xəlil qızına qarşı “kredit müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli GARA-8899-1842 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 8436,66 manat əsas borc, 473,09 manat cari faiz borcu və 140 manat cari dəbbə pulu borcu olmaqla, cəmi 9049,75 manat kredit borcunun və ödənilmiş 110,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi R.E.Eldarov iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında illik 25 faizlə 18 ay müddətinə 10000 manat kredit verilməsini nəzərdə tutan xx.xx.2022-ci il tarixli GARA-8899-1842 saylı kredit müqaviləsi imzalanmış və kreditin aylıq 672 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Kredit öhdəliklərinin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə digər cavabdehlər arasında xx.xx.2022-ci il tarixdə GARA-8899-1842+GARA-9137 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh və əsas borclu olan Cavabdeh1 tərəfindən kredit öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirilməmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixə 8436,66 manat əsas borc, 473,09 manat cari faiz borcu və 140 manat cari dəbbə pulu olmaqla, cəmi 9049,75 manat borcu yaranmışdır. Məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli GARA- 8899-1842 saylı kredit müqaviləsindən müəyyən olunur ki, kredit təşkilatı borcalana təşkilatda aktiv olan kredit borcunun bağlanması və ev təmiri məqsədi ilə 10000 manatı illik 25 faiz olmaqla 18 ay müddətinə kredit alana verməyi, kredit alan isə krediti və faizi ödəniş planına uyğun olaraq təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcverən borcalanın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən bu bəndin müvafiq yarımbəndlərində qeyd edilmiş hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği və dəbbə pulu ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən, borcalan ödəniş cədvəli üzrə krediti vaxtında qaytarmadıqda kreditverən hər gecikdirilən gün üçün kreditin və faizinin ödənilməmiş hissəsinə görə, gecikdirilən günlər üçün də faiz hesablanmaqla birgə, kreditin ödənilməli olan lakin ödənilməmiş hissəsinin 1 faiz miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. "xxxx" BOKT MMC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, kredit təşkilatı ayırdığı kreditə görə 10000 manatı Cavabdeh1 hesabına köçürmüşdür. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli GARA- 8899-1842 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikindən müəyyən olunur ki, borcalan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində hər ay 672 manat, xx.xx.2023-cü il tarixdə isə 678,14 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit verən "xxxx" BOKT MMC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3, borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixdə GARA-8899-1842+GARA-9137 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 məbləği 10000 manat, müddəti 18 ay olan xx.xx.2022-ci il tarixli GARA-8899-1842 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Zaminlik müqaviləsinin 3.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə kredit müqaviləsinin qüvvəyə mindiyi vaxtdan hüquqi qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir və bu müqavilə üzrə iddia müddəti kreditin müddətinin bitdiyi gündən hesablanmaqla üç il təşkil edir. "xxxx" BOKT MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2022-ci il tarixli GARA-8899-1842 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 8436,66 manat, faiz borcuna görə 473,09 manat, cərimə borcuna görə 140 manat olmaqla cəmi 9049,75 manat borcu vardır. Onun tərəfindən cəmi ödənilmiş məbləğ 3065,17 manat olmaqla bundan 1563,34 manat əsas borc, 1225,38 manat faiz borcu və 276,45 manat dəbbə pulu təşkil edir. "xxxx" BOKT MMC-nin cavabdehlərə ünvanladığı xəbərdarlıqlardan müəyyən olunur ki, borcverən birgə borclulara borc qaytarılmadığı halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, borcun tam həcmdə tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 "xxxx" BOKT MMC ilə aralarında bağlanmış kredit müqaviləsi əsasında 10000 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında penya ödəmək barədə öhdəlik götürmüşdür. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Qeyd olunan maddələrə əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas, faiz məbləği və dəbbə pulu cavabdehlərdən birgə qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə müddət göstərilmədiyindən otuz gün ərzində cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri nəticəsində borcverənə əsas borca görə 8436,66 manat, faiz borcuna görə 473,09 manat faiz borcu və 140 manat cərimə borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, birgə borclulardan müştərək qaydada əsas borca görə 8436,66 manat, faiz borcuna görə 47,09 manat və cəriməyə görə 140 manat tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli GARA- 8899-1842 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli GARA-8899-1842 saylı kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 8436,66 manat, faiz borcuna görə 473,09 manat, cəriməyə görə 140 manat olmaqla, cəmi 9049,75 manat borc və dövlət rüsumuna görə 110,40 manat olmaqla, ümumilikdə cəmi 9160,15 (doqquz min yüz altmış manat, on beş qəpik) "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar